Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-464/2023 03.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu sındıraraq yararsız hala saldığına görə ondan 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(027)-81/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128- ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə elektron nəzarət vasitəsi tətbiq edilərək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapted, bir ədəd kabro və bir ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh İddiaçınə gəldiyi zaman mobil nəzarət qurğusuna baxış keçirilmişdir. Baxış zamanı mobil nəzarət qurğusunun sınaraq yararsız hala düşdüyü müəyyən olunmuşdur. Cavabdeh izahatında nərdivandan yıxıldığını və həmin zaman mobil qurğunun cibində olduğu üçün sındığını bildirmişdir. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusunun ekranı sınmış və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də o, qeyd olunan ziyanı ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, elektron nəzarət vasitəsi ehtiyatsızlıqdan sınmışdır. Hal-hazırda işləmir. Qeyd olunan məbləği ayda az-az ödəyə bilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(027)-81/2022 saylı qərarına əsasən Quba Rayon Məhkəməsinin 1 (027)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökm ilə məhkum Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətə islatı işləri cəzası cəzası 6 (ajtı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 23:30-dan 06:30-dək yaşadığı Quba rayonu, Birinci Nügədi kəndində yerləşən evi tərk etməmək, Quba rayonunun hüdudlarından çıxmamaq şərti ilə, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəza çəkilməsi müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə birlikdə dəyəri 2277,40 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Quba RİPŞ-nin böyük icra məmuru X1 və məhkum Cavabdeh Ramazan oğlunun iştirakı ilə tərtib eidlmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusu sınaraq yararsız hala düşdüyündən xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən təhvil alınmış və məhkuma yeni ENV tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə sübutlarla müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(027)- 81/2022 saylı qərarına əsasən Quba Rayon Məhkəməsinin 1 (027)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli hökm ilə məhkum Cavabdeh Azərbaycan Respublikası CM-nin 128ci maddəsinə əsasən təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətə islatı işləri cəzası cəzası 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. İddiaçı cavabdehdən mobil nəzarət qurğusunun ekran şüşəsini sındıraraq işlək vəziyyətdə olmadığına görə onun 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənməsini tələb etmiş, məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində 2277,40 manat məbləğində ziyan dəyməsi sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Sadalanan maddi hüquq normalarını hazırki iddiaya tətbiq edərək məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 2277,40 manat məbləğində pul alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-464/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-464/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver