Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-473/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)- 1523/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 19.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat olmaqla sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində ödədiyi rüsumu və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 400 (dörd yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 30.09.2012-ci il tarixdə el adəti üzrə ailə qurmuş, birgə münasibətdən 19.12.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən 2014-cü ildən ayrı yaşayırlar. 19.12.2013-cü il təvəllüdlü X6 onun himayəsindədir. Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)-1523/2014 saylı qətnaməsinə əsasən 21.08.2014-cü il tarixdən başlayaraq 19.12.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 75 (yetmiş beş) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını ödəmir. Aliment məbləği bir neçə il bundan əvvəl müəyyən edilmişdir. Həmin vaxtdan bu vaxta kimi artıq aliment məbləği də artmış, ölkədə ərzağa, geyimin və digər xidmətlərin qiyməti də qalxmışdır. Uşağın ehtiyaclarını valideynlərinin köməyi ilə təmin edir. Göstərdiklərimi nəzərə alaraq iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X10 iddianı müdafiə etmişdir. İş üzrə Cavabdeh iddia ərizəsinə etiraz göndərərək, Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli qətnaməsi ilə ondan 75 (yetmiş beş) manat aliment tutularaq iddiaçıya verilməsi qət edilməsinə baxmayaraq hər ay iddiaçıya 100-120 manat aliment ödəmişdir. Özü heç yerdə işləmir, lakin bunlara baxmayaraq iddianı qismən qəbul edərək ondan hər ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı və onun nümayəndəsi və vəkili X8 dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 454010 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19.12.2013-cü il təvəllüdlü X2 Simuzər Firuz qızı ilə Cavabdeh birgə uşağıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)- 1523/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh 19.12.2013-cü il təvəllüdlü X4 münasibətdə atalığı müəyyən edilmiş, 19.12.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh 21.08.2014-cü il tarixdən başlayaraq hər ay 75 (yetmiş beş) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)-1523/2014 saylı qətnaməsinə əsasən, 19.12.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh 21.08.2014-cü il tarixdən başlayaraq hər ay 75 (yetmiş beş) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 19.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)-1523/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 118 (bir yüz on səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası MPMin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş 75 (yetmiş beş) manat aliment artırılaraq, aylıq 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 1416 (bir min dörd yüz on altı) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən (Qanun 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir), iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan hissənin 1%-i təşkil edir. Odur ki, 34,16 (otuz dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 400 (dörd yüz) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 400 (dörd yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən ilkin mediasiya prosesi zamanı ödənilmiş rüsumun əvəzi 50 (əlli) manat məbləğində Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin 24.09.2014-cü il tarixli 2(027)-1523/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 34,16 (otuz dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İlkin mediasiya prosesi zamanı ödənilmiş rüsumun əvəzi 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-473/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-473/2022
03.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver