Məhkəmə qərarları › İş №2(027)-474/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-474/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-474/2023 31.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-10189/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və sabit pul məbləğində alimentin, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində xidmət haqqının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 15 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 31 avqust 2012-ci il tarixdə X4 oğlu adlı uşağları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduğları ilk vaxtlar münasibətləri yaxşı olsa da, lakin sonradan pisləşmişdir. Aralarında olan problemlər səbəbindən o, nikahın pozulması aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-10189/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, aralarında bağlanmış nikahın pozulması, xx.xx.2012- ci il təvəllüdlü X4 oğlunun onun yanında saxlanılması, Cavabdeh xx.xx.2012ci il təvllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 137 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği yaşayış minimumdan dəfələrlə azdır. Qeyd edilmiş qətnamə 2017-ci ildə qəbul edilmiş, artıq 2017-ci ildən 5 ilə yaxın vaxt keçmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə idia tələbini müdafiə edərək bildirmişdir ki, 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlu sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbində oxuyur. Həftənin 5-ci günləri evə gəlir. Uşağın gözləri zəif olduğu və lövhəni görə bilmədiyi üçün onu orta məktəbdən çıxarıb hazırki məktəbin qeydiyyatına almışlar. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlu hazırda anasının yanında qalmır. Uşaq internat məktəbində qalır. 720 manat maaş alır və yeni ailə qurmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlu anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-10189/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X4 oğlu anası X1 himayəsində saxlanılmışdır. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 137 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmuşdur. İş materiallarında olan Quba rayon Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarından görünür ki, X4 oğlu H55-Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, H52.2-Refraksiya və akkomodasiya pozğunluqları, Astiqmatizm, H53.O-Görmə pozğunluqları, Anopsiya nəticəsində ambliopiya xəstəliyindən əziyyət çəkir. İş materiallarından görünür ki, Cavabdeh ********** saylı VÖEN əsasında "xxxx" MMC-də idarə qulluqçusu vəzifəsində işləyir və aylıq əmək haqqısı 160 manat təşkil edir. Cavabdeh ********** saylı VÖEN əsasında "xxxx" ASC-də dispetçer vəzifəsində işləyir və aylıq əmək haqqısı 720 manat təşkil edir. İş materiallarında olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 oğlu həmin məktəbin 5-ci sinifində oxuyur. O, məkətəbi xx.xx.2030-cu il tarixdə bitirəcək. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Məhkəmə hesab edir ki, Suraxanı rayon məhkəməsinin 2(010)-10189/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə uşaq üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında pul məbləğində aliment tutulmalı və iddia təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun 25 manatı və hüquqi yardıma görə ödədiyi 50 manat məbləğində pulun 25 manatı Cavabdeh alınaraq, iddiaçıya ödənilməslidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Suraxanı rayon məhkəməsinin 2(010)-10189/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 31 avqust 2012-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 50 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar