Məhkəmə qərarları › İş №2(027)-475/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-475/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-475/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Aqayar oğlundan 16055 (on altı min əlli beş) manat məbləğində maddi ziyanın, 141 (bir yüz qırx bir) manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, Rəşşad Süleymanov ondan bir neçə dəfə borc pul alıb, həmin məbləğ cəmi 17000 manat təşkil edib. Bu məbləğdən çox az hissəni qaytardığdan sonra qalan 16055 manat pulu bu günə kimi də qaytarmayıb. Əlavə olaraq bildirdi ki, pulu cavabdehə o deyil oğlu Hafiz borc olaraq vermişdir. Göstərilənləri nəzərə alaraq, iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, Quba rayonu, İİ Nügədi kəndində BDU tədristəcrübə istirahət mərkəzinin direktoru vəzifəsində çalışır. İllərin təcrübəli müəllimidir. Daima Vətəninə layiqli xidmətlət göstərmiş və tələblərinə örnək olmaq üçün çalışmışdır. 2013-2014-cü illərdə uzaq qohumu Cavabdeh Aqayar oğlu xəstə olduğu üçün, müalicə olunmağa imkanı olmadığından ondan 17.000 manat məbləğində borc pul istəyib. Xəstə olduğundan ona yazığı gəlib kömək etmək məqsədi ilə ona ümumilikdə 17.000 manat məbləğində borc pul verib. Belə ki, 25.11.2013-cü ildə 2000 manat, 10.02.2014-cü ildə 1200 manat, 17.02.2014-cü ildə 2500 manat,18.02.2014-cü ildə 4800 manat və 24.02.2014-cü ildə 6500 manat olmaqla cəmi 17.000 manat məbləğində pulu borc olaraq, qaytarmaq şərti ilə cavabdehə verib. Cavabdeh borcundan 14.03.2014-cü ildə 475 manat və 09.04.2014-cü ildə isə 470 manat pul qaytarmışdır. Onun halhazırda olan borcu 16055 manat təşkil edir. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehə dəfələrlə pulunu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınıb. Ona görə də, cavabdehdən borcunun alınaraq ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Aqayar oğlundan 16055 (on altı min əlli beş) manat məbləğində maddi ziyanın, 141 (bir yüz qırx bir) manat məbləğində ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh X4 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı deyil, onun oğlu Hafizdən cəmi 6000 manat pul alıb, ondan da 2670 manatını ödəyib. Yerdə qalan məbləğdən başqa on heç bir borcu qalmayıb. Ona görədə göstərlənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh X3 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, işdə olan Quba RİHB-nın Güləzi İƏD-si nümayəndəliyinin 29.12.2012-ci il tarixli 463 nömrəli arayışından məlum olur ki, İddiaçı Quba rayonu, Afurca kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmədə müəyyən edildi ki, cavabdeh X4 borc pulu İddiaçı deyil onun oğlu Hafizdən almışdır. Həmin faktı İddiaçı da təsdiq etmişdir. Məhkəmədə İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə onuda qeyd edir ki, iddia ərizəsi iddaçının oğlunun adından verilməli olduğu halda, iddiaçının adından qanuna uyğun olmayaraq verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “borc” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-çi maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X2 qarşı “borc” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar