Məhkəmə qərarları › İş №2(027)-483/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-483/2021

11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-483/2021 11.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla və xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 xəstəliyini nəzərə alaraq 450 manat sabit pul məbləğində alimentin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə rəsmi qaydada ayrılmışlar. Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay cəmi 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatlarının ödənilməsinə yetmir. Oğlu Aslan xəstə olduğu üçün daimi müalicəyə ehtiyacı var. Həmçinin məktəblidir. Özü heç yerdə işləmir və valideynlərinin himayəsində yaşayır. Övladlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə meyvə və qələm biznesi ilə məşğuldur. Maddi vəziyyəti yaxşıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 psixoloji xəstə olduğunu, müalicəyə ehtiyacı olduğunu qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh xx xxxxxxxx 2015-ci il təvəllüdlü X2 psixoloji xəstə olmadığını, babasil xəstəsi olduğunu, oğlunu müalicə alması üçün əlindən gələni edəcəyini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2015-ci il tarixdə X4 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X3 anadan olmuşlar. İş materiallarına əlavə edilmiş Quba KPŞ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 uşaq yaşında fobik pozuntusu, narahatlıq və oyanıqlıq diaqnozu ilə xx.xx.2020-ci il tarixdən Quba MRX-nın konsultativ poliklinika şöbəsinin pisxiatrik kabinetində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xəstənin tibbi kartasının çıxarışından görünür ki, xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 “qanayan babasil” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(027)-2073/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-81.2-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən, uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşağ böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasını və xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 xəstəliyi ilə əlaqədar əlavə 450 manat məbləğində pul tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməldir. Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində pul tutularaq, İddiaçı verilməldir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-2813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 140 manat olmaqla ümumilikdə 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixdə anadan olmuş X2 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat sabit pul məbləğində pul tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar