Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-499/2021 26.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 46.01 USD əsas, 37.84 USD faiz, 182.08 USD cərimə, cəmi 265.93 USD məbləğində vəsaitin və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Satıcı X2 ilə alıcı Cavabdeh arasında 12 ay müddətinə, illik 30 % ödəmək şərtilə 428 AZN məbləğində xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.Daha sonra kreditor (satıcı) X2 ilə yeni kreditor adlandırılan "xxxx“ lizinq şirkəti MMC arasında bağlanmış "Tələbin güzəşt edilməsi" haqqında müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. İddiaçı ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanan xx.xx.2013-cü il tarixli «xxxxinq Müqaviləsi»nə, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən "xxxx" lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini “xxxx”a (İddiaçı-yə) güzəşt etmiş və həmin sazişlələ "Tələb hüququnun keçməsi barədə" arayış vermək hüququ ’‘xxxx" lizinq şirkəti MMC-dən İddiaçı-yə verilmişdir.Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə Satıcı müqavilənin 1.2-ci maddəsində göstərilən malı alıcının mülkiyyətinə verməyi, Alıcı isə malı qəbul etdikdən müəyyən müddət sonra onun satış qiymətini razılaşdırılmış dövriliklə Satıcıya ödəməyi qarşılıqlı surətdə öhdələrinə götürüblər. Lakin borclu müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən Alıcı ödənişlərini vaxtında ödəmədikdə, hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin illik 180-360%-dək miqdarında dəbbə pulu ödəməlidir.Tələb hüququnun keçməsi və yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı borcluya bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan borc məbləği ödənilməmişdir. Nəticədə cavabdehin xx.xx.2015-ci il tarixli FC-150064955 alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə İddiaçı-yə 46.01 USD əsas, 37.84 USD faiz, 182.08 USD cərimə, cəmi 265.93 USD məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı-nin xeyrinə 37.84 USD əsas, 182.08 USD faiz, 182.08 USD cərimə, cəmi 265.93 USD məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarıda olan "xxxx“ lizinq şirkəti MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli xxxxing müqaviləsi üzrə tələb hüququnun keçməsi haqqında müqaviləyə əsasən, Cavabdeh ilə bağlanmış xx.xx.2015-ci il tarixli FC-150064955 saylı alqı-satqı müqaviləsi üzrə bütün tələb hüquqları İddiaçı-yə keçmişdir. İş materiallarından olan, satıcı X2 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli FC-150064955 saylı alqı-satqı müqaviləsindən görünür ki, məişət avandanlığı (ALTUS soyuducu) 12 ay müddətinə, illik 30 % ödəmək şərtilə cavabdehə 428 AZN-ə satılmışdır. İş materiallarıda olan xx.xx.2015-ci il tarixli FC-150064955 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünürki, ABŞ dolları ekvivalentində faktiki gün üçün Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq (1 dollar-1.0450 AZN) Azərbaycan manatı ilə müəyyən olunub. İş materiallarıda olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı-yə alqısatqı müqaviləsinə əsasən 46.01 USD əsas, 37.84 USD faiz, 182.08 USD cərimə, cəmi 265.93 USD borcu vardır. İş materiallarıda olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, «İddiaçı” KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarıda olan AZE 0******* şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Quba rayonu Zərdabi kəndində qeydiyyatdadır. İş materiallarıda olan xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2020- ci il tarixli, tələb hüququnun keçməsinə və yaranmış borcun ödənilməsinə dair bildirişlərdən görünürki, Cavabdeh yazılı xəbərdarlığ olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli FC-150064955 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 46.01 USD əsas, 37.84 USD faiz, 182.08 USD cərimə, cəmi 265.93 USD borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı” KB ASC-yə ödənilməsi barədə tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh 46.01(qırx altı) ABŞ doları bir sent əsas borc, 37.84(otuz yeddi) ABŞ dolları səkkiz sent faiz borcu, 182.08 (bir yüz səksən iki) ABŞ dolları, səkkiz sent cərimə, cəmi 265.93 (iki yüz altmış beş) ABŞ dolları məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulub İddiaçı-nin xeyrinə ödənilsin. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-499/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-499/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver