Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-499/2022 12.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsi üzrə 1103 ( min yüz üç) manat 17 qəpik əsas borc, 07 (yeddi) manat 26 qəpik faiz borcu, 491 (dörd yüz doxsan bir) manat 06 qəpik dəbbə borcu olmaqla, cəmi 1601 (min altı yüz bir) manat 49 qəpik kredit borcunun və ödənilmiş 36 (otuz altı) manat 10 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı BOKT ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə 5 il müddətinə, 1 faizlə, 1429 (min dörd yüz iyirmi doqquz) manat 55 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh BOKT qarşısında 1103.17 manat əsas borc, 7.26 manat hesablanmış faiz borcu, 491.06 manat dəbbə pulu olmaqla, cəmi 1601.49 manat borcu yaranmışdı. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsi üzrə 1103 ( min yüz üç) manat 17 qəpik əsas borc, 07 (yeddi) manat 26 qəpik faiz borcu, 491 (dörd yüz doxsan bir) manat 06 qəpik dəbbə borcu olmaqla, cəmi 1601 (min altı yüz bir) manat 49 qəpik kredit borcunun və ödənilmiş 36 (otuz altı) manat 10 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 5 il müddətinə, illik 1% ödəmək şərtilə, 1429 (min dörd yüz iyirmi doqquz) manat 55 qəpik məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsi üzrə BOKT-a 1103 ( min yüz üç) manat 17 qəpik əsas borc, 07 (yeddi) manat 26 qəpik faiz borcu, 491 (dörd yüz doxsan bir) manat 06 qəpik dəbbə borcu olmaqla, cəmi 1601 (min altı yüz bir) manat 49 qəpik kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 1429 (min dörd yüz iyirmi doqquz) manat 55 qəpik kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan 10.12.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən iddia ərizəsinə görə 36 (otuz altı) manat 10 dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı BOKT ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat 10 məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsinə əsasən, 1103 ( min yüz üç) manat 17 qəpik əsas borc, 07 (yeddi) manat 26 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 06 qəpik cərimə borcu, cəmi 1131 (min yüz otuz bir) manat 66 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat 10 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT ASC-nin xeyrinəödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.07.2019-cu il tarixli, 0026/22 saylı kredit müqaviləsinə əsasən, 1103 ( min yüz üç) manat 17 qəpik əsas borc, 07 (yeddi) manat 26 qəpik faiz borcu, 21 (iyirmi bir) manat 06 qəpik cərimə borcu, cəmi 1131 (min yüz otuz bir) manat 66 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat 10 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-499/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-499/2022
12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver