Məhkəmə qərarları › İş №2(027)-504/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-504/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-504/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “Aqrarkredit QSC Bank olmayan Kredit təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli əmri ilə İddiaçı-nin ərizəsi təmin edilərək, xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh1, xx.xx.1974-cü il tarixdə Quba rayonu İ Nügədi kəndində anadan olmuş, Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan X2 və xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh3 2177,16 manat əsas, 700 manat faiz olmaqla, cəmi 2877,16 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Cavabdeh2 Quba Rayon Məhkəməsinin 18 noyabr 2015-ci il tarixli əmrinə etiraz vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 18 noyabr 2015-ci il tarixli, 2(027)-3315 saylı məhkəmə əmri ləğv edilərək, mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. "xxxx" QSC əsl olmayan tərəfin əsl olan tərəflə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib, ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017- ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə "xxxx" QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair" xx.xx.2017-ci il tarixli müqavilə imzalandığını, qeyd edilən Sərəncamın icrası ilə bağlı İddiaçı-nin Cavabdeh1 problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında “Aqrarkredit" QSC-yə təhvil verildiyini göstərmiş, Qeyd edilələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "problemli aktivlər üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsinə dair" 21,04.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 qarşı olan tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsini nəzərə alaraq, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasını və mülki işə iddiaçı qismində “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatın cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinin tələbinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı-nin Quba filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 513/13 №li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 2700 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün X1 və Cavabdeh3 ilə xx.xx.2013-cü il tarixli, 513/13 №li Zaminlik müqaviləsini bağlamışlar. Zaminlər, müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər öz öhdəliklərini tam yerinə yetirmir və borcun ödənişin tam təmin etmirlər. Həmçinin qeyd edir ki, məhkəmə əmri verildikdən sonra 727,68 manat ödəniş edilmişdir. Cavabdehlərin hesablanmış kreditin əsas məbləğindən 1449,48 manat; əsas məbləğə hesablanmış faiz borcu 700 manat olmaqla cəmi 2149,48 manat məbləğdə borcu vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçıdən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2700 manat məbləğində kredir almışdır. Ona bank tərəfindən həmin borcla əlaqədar bildiriş gəlməmiş, bank pulu tələb etməmişdir. Hazırda ürəkdən əməliyyat olunmuş, xəstədir. Aldığı kredit borcunu birdəfəyə ödəməyə imkanı yoxdur, həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iş üzrə zamindir. İddiaçı-yə olan borcuna əsasən əmək haqqından tutulur. Maddi vəziyyəti yaxşı deyildir. Xəstədir, xəstəliyi ilə bağlı xərcləri çoxdur. Ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 dekabr 2013-cü il tarixli, 513/13 №li kredit müqaviləsindən və ödəmə sənədlərindən görünür ki, İddiaçı-nin Quba filialı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 24 faiz olmaqla 18 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı-dən kredit götürmüş «borcalan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər X5 və Cavabdeh3 öz üzərlərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 120 №li İddiaçı tərəfindən borclular Cavabdeh1, X5 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onlara cədvəl üzrə yaranmış əsas borc və faiz borcunun 10 iş günü müddətində ödənilməsi, əks təqdirdə borcun məcburi qaydada tutulacağı ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan "xxxx" Səhmdar Kredit Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1449,48 manat əsas, 700 manat faiz borcu olmaqla cəmi 2149,48 manat borcu vardır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Ödəniş Tapşırığından görünür ki, İddiaçı tərəfindən məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1449,48 manat əsas və 700 manat faiz olmaqla, cəmi 2149,48 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1449,48 manat əsas və 700 manat faiz olmaqla, cəmi 2149,48 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar