Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-505/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı3 və cavabdeh ləğv prosesində olan "AtaBank” ASC-nin nümayəndəsi X6 oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı və İddiaçı6 cavabdehlər Quba rayon İcra və probasiya şöbəsi, ləğv prosesində olan "AtaBank” ASC, "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsindən sonra qalan pulun ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı və İddiaçı6 cavabdehlər Quba rayon İcra və Probasiya şöbəsi, ləğv prosesində olan "AtaBank” ASC, "xxxx" MMC-yə qarşı “hərracın keçirilməsindən sonra qalan pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Quba rayon İcra və Probasiya şöbəsindən, Ləğv Prosesində olan "xxxx" ASC-dən, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən ona məxsus torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsinin hərracın yekunları barədə 25.08.2011-ci il tarixli, Y-617 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqaviləyə əsasən satılması nəticəsində 12112 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ASC-yə olan 9256,43 manat məbləğində borcun çıxılmasından sonra qalan 2855,57 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 31.08.1975-ci il tarixdə Lətifov Nurəddin Salaməddin oğlu ilə ailə qurmuş, birgə nikahdan xx.xx.1976-cı ildə İddiaçı2, xx.xx.1979-cu ildə İddiaçı3, xx.xx.1982-ci ildə Həsənova (Lətifova) Bahar Nurəddin qızı, xx.xx.1985-ci ildə İmanova (Lətifova) Vüsalə Nurəddin qızı, X2 anadan olmuşdur. X8 Salaməddin oğlu 08.03.2013-cü ildə, oğlu X2 07.02.2004-cü ildə vəfat etmişdir. Onlara Quba rayonu Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən kənd təsərrəfuatı məhsullarının istehsalı üçün Quba rayonu, Vladimirovka kəndi ərazisindən 2,56 ha torpaq sahəsi verilmişdir. Bu yaxınlarda İddiaçı3 həmin torpaq sahəsində olan bağa baxarkən Cavabdeh2 ASC-nin nümayəndələri gələrək Lətifov Nurəddin Salaməddin oğlu ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən həmin bağı onların aldığını, 25000 manata həmin bağı satdıqlarını, istəsə İddiaçı3 25000 manat ödəyərək həmin bağı ala biləcəyini bildirmişlər. Bundan sonra onlar bu barədə öyrənmək üçün vəkil vasitəsi ilə sorğular verərək Cavabdeh2 ASC-nin onlara məxsus torpaq sahəsinin hansı əsasla almasına dair sənədlər toplamışlar. Nəticədə onlara məlum olmuşdur ki, Cavabdeh2 ASC-nin Xaçmaz filialı ilə Lətifov Nurəddin Salaməddin oğlu arasında bağlanmış 28.06.2004-cü il tarixli, 135XKS nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC Lətifov Nurəddin Salaməddin oğluna 18 ay müddəinə, illik 7% 25000000 manat (köhnə pulla) kredit vermiş, bundan sonra Cavabdeh2 ASC ilə Lətifov Nurəddin Salaməddin oğlu arasında bağlanmış 28.06.2004-cü il tarixli, 135XKS nömrəli kredit müqaviləsi uzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi üçün Cavabdeh2 ASC-nin Xaçmaz filialı ilə Lətifov Nurəddin Salaməddin oğlu arasında 28.06.2004-cü il tarixli 150İMS nömrəli ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsi 02.07.2004-cü il tarixdə Quba rayon Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Lətifov Nurəddin Salaməddin oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü borcu ödəmədiyi üçün 21.04.2006-cı il tarixdə Quba rayon Notariat Kontorunun dövlət notariusu tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən ipoteka qoyan Lətifov Nurəddin Salaməddin oğluna məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsinə tutma yönəldilmiş, icra qeydi 26.04.2006-cı ildə aparılmış, reyestrdə 7E 1418 nömrə ilə qeyd edilmişdir. Bundan sonra Cavabdeh2 ASC-nin Xaçmaz filialı borclu X7 (Salaməddin) oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 2-403 2007 nömrəli, 17.07.2007-ci il tarixli məhkəmə əmri ilə Quba rayonu, Vladimirovka kəndində yaşayan X7 (Salaməddin) oğlundan 9256,43 manat kredit borcu alınaraq Cavabdeh2 ASC-nin Xaçmaz filialının xeyrinə ödənilməsi əmr edilmişdir. Quba Rayon Məhkəməsinin 2-403/2007 nömrəli, 03.05.2012-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 17.07.2007-ci il tarixli, 2-403 nömrəli məhkəmə əmrində qeyd edilmiş “Yunus” sözü, “Salaməddin” sözü kimi oxunması qərara alınmışdır. Bundan sonra 16.06.2009-cu ildə borclunun əmlakına həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 8(027)-65/2009 nömrəli, 30.06.2009-cu il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2-403 saylı, 17.07.2007-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Quba rayonu, Vladimirovka kəndində yaşayan X4 və ailə üzvlərinə məxsus, JN-452 seriyalı KOD 30311018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş, Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. 07.07.2010-cu il tarixli, 239 nömrəli sifariş məktubu əsasında "xxxx" MMC-də Hərracın yekunları barədə Y-617 nömrəli protokola əsasən Lətifov Nurəddin Salaməddin oğluna və ailə üzvlərinə məxsus torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsi Quba Rayon Məhkəməsinin 8(027)-65/2009, 30.06.2009-cu il tarixli qərardadı, Quba Rayon Məhkəməsinin 2- 403/2007, 03.05.2012 nömrəli qərardadlarına əsasən ilkin satış qiyməti 19000 manat təşkil etməklə satışa qoyulmuş, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasın ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda 15%-25% olmuş, əmlakın son satış qiyməti 12112 manat təşkil etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini ipoteka saxlayan Cavabdeh2 ASC 12112 manata almışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-də keçirilmiş Hərracın yekunları barədə Y-617 nömrəli protokolla Lətifov Nurəddin Salaməddin oğluna və ailə üzvlərinə məxsus torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsini Cavabdeh2 ASC 12112 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşinmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsi 31.08.2012-ci il qeydiyyat tarixlə xüsusi mülkiyyət hüququ əsasında "AtaBank” ASC-nin adına rəsmiləşdirilmişdir. Son bir ay ərzində onlara məlum olmuşdur ki, mülkiyyət hüququ ilə onlara məxsus əmlak ipotekaya qoyulmuş, həmin əmlak üzərində icra qeydi aparılmış, borc tələbinə dair məhkəməyə ərizə verilmiş və məhkəmə borcun tutulmasına dair əmr vermiş, mülkiyyət hüququ üzrə onlara məxsus torpaq üzərinə həbs qoyulmuş, onlara məxsus torpaq sahəsinin satılması Azərbaycan Respublikası İpoteka Haqqında Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən deyil, məhkəmənin borcun tutulmasına dair əmri və əmlak üzərinə həbs qoyulması barədə qərardadı əsasında hərrac keçirilmiş, hərracın yekunları barədə müqavilə imzalanmış, onlara məxsus torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsinə dair "AtaBank” ASC-nə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. "Ata Bank ” ASC-nin Xaçmaz filialı ite Lətifov Nurəddin Salaməddin oğlu arasında bağlanılmış 28.06.2004-cü il tarixli, 150İMS nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, mübahisə edilən ipoteka müqaviləsini ipotekaya qoyulmuş torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsinin mülkiyyətçilərindən yalnız Lətifov Nurəddin Salaməddin oğlu imzalamış, digər mülkiyyətçilər olan İddiaçı1, İddiaçı2, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı, İddiaçı3, İddiaçı6 imzalamamışdır. İpotekaya qoyulmuş torpaq sahəsi yalnız Lətifov Nurəddin Salaməddin oğluna məxsus deyildir, həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Lətifov Nurəddin Salaməddin oğlu, İddiaçı1, İddiaçı2, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı, İddiaçı3, X2, İddiaçı6 məxsusdur. Quba Rayon Məhkəməsinin 2-403/2007, 03.05.2012 nömrəli qərardadlarına əsasən satış qiyməti 19000 manat təşkil etməklə satışa qoyulmuş, “İpoteka haqqında” Azərbay Respublikası Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasın ilkin satış qiymətinin enmiş faizi təkrar hərracda 15%-25% olmuş, əmlakın son satış qiyməti 12112 manat təşkil etmişdir "İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini ipotekasaxlayan Cavabdeh2 ASC 12112 manata almışdır. Yerdə qalan 2855,5 manat məbləğində pul isə Quba rayon İcra bölməsinin saxlanıcına verilmişdir. Həmin pul biz qaytarılmamışdır. Əmlakların satılmasından sonra qalan pul onlara qaytarılmalıdır. Məhkəmədə iddiaçı və digər iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 nümayəndəsi İddiaçı3 iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ləğv prosesində olan "AtaBank” ASC-nin nümayəndəsi X3 iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, bank ləğv prosesində olduğuna görə bankın vətəndaşlara və digər qurumlara olan borcları mərhələli şəkildə ödəniləcəkdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər iddiaçılar İddiaçı2 və İddiaçı6, cavabdehlər Quba rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü və 185.5-ci maddələrinə əsasən hazırki işə həmin iddiaçı və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə İddiaçı3 izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqaviləsindən və "xxxx" hərracın yekunları barədə Y-617 nömrəli protokoldan görünür ki, Lətifov Nurəddin Salaməddin oğluna və ailə üzvlərinə məxsus torpağa mülkiyyət hüququna dair JN-452 KOD 30311018 nömrəli dövlət aktına əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsini Cavabdeh2 ASC 12112 manata almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(102)-708/21 saylı qərarından görünür ki, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “ipoteka müqaviləsinin, 21.04.2006-cı il tarixli icra qeydinin, hərracın yekunları haqqında 25.08.2011-ci il tarixli protokolun və hərracın yekunları haqqında əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqavilənin, onun əsasında verilmiş 31.08.2012-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 29.01.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.07.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2020-ci il tarixli, 2(105)-1296/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 28.06.2004-cü il tarixdə Cavabdeh2 ASC Lətifov Nurəddin Salaməddin oğluna 25000000 manat (köhnə pulla) kredit vermiş, kredit müqaviləsi uzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh2 ASC ilə Lətifov Nurəddin Salaməddin oğlu arasında ipoteka müqaviləsi bağlanmışdır. Lətifov Nurəddin Salaməddin oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü borcu ödəmədiyi üçün Lətifov Nurəddin Salaməddin oğluna məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsinə tutma yönəldilmiş və torpaq sahəsi hərracda satılmışdır. "xxxx" MMC-də hərracın yekunları barədə Y-617 nömrəli protokola əsasən Lətifov Nurəddin Salaməddin oğluna və ailə üzvlərinə məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən 2,56 ha torpaq sahəsi ilkin satış qiyməti 19000 manat təşkil etməklə satışa qoyulmuş, əmlakın son satış qiyməti 12112 manat təşkil etmişdir. Hazırda iddiaçı torpaa sahəsinin satışından sonra qalan 2855,5 manat məbləğində pulun ona qaytarılmasını tələb edir. Göründüyü kimi, tərəflər arasında münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçılar tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, yəni ki, ipoteka predmeti olan Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsinə məhkəmənin qərarı ilə tutma yönəldilmiş, ipoteka predmetinin satılmasından əldə olunan gəlirlə iddiaçılar banka olan borcu ödənilmişdir. Lakin ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadından görünür ki, borc üzrə tutmanın yönəldilməsi zamanı ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiyməti də likvid qiymətlə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsinə əsasən İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Hal-hazırda ipoteka predmeti olan torpaq sahəsi boşaldılması ipoteka qoyanın və borcalanın “İpoteka haqında” Azərbaycan Respublikasının Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının, yəni ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına qədər əsas öhdəlik üzrə borcu ödəyərək ipoteka predmetinə tutmanın yönəldilməsi və onun satışına xitam verilməsinə dair hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmiş olardı. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3-ci maddəsinə əsasən, birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür; 47.4-ci maddəsinə əsasən, bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməli, Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsinin hərracın yekunları barədə 25.08.2011-ci il tarixli, Y-617 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqaviləyə əsasən satılması nəticəsində 12112 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ASC-yə olan 9256,43 manat məbləğində borcun çıxılmasından sonra qalan 2855,57 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı və İddiaçı6 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçıllar tərəfindən dövlət büdcəsinə köçürülmüş 50 (əlli) manat dövlət rüsumu cavabdehlərdən iddiaçıların xeyrinə müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayonu, Vladimirovka kəndində yerləşən, ümumi sahəsi 2,56 ha olan torpaq sahəsinin hərracın yekunları barədə 25.08.2011-ci il tarixli, Y-617 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.06.2012-ci il tarixli müqaviləyə əsasən satılması nəticəsində 12112 manat məbləğində pul vəsaitindən Cavabdeh2 ASCyə olan 9256,43 manat məbləğində borcun çıxılmasından sonra qalan 2855,57 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Həsənova (Lətifova) Bahar Nurəddin qızı, İmanova (Lətifova) Vüsalə Nurəddin qızı və İddiaçı6 verilsin. İddiaçıllar tərəfindən dövlət büdcəsinə köçürülmüş 50 (əlli) manat dövlət rüsumu cavabdehlərdən iddiaçıların xeyrinə müştərək qaydada tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-505/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-505/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver