Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-508/2021 19.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, X9 X5 nümayəndəsi X1 iştirakı ilə, X9 X5 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X9 X7 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 660,76 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı : Quba Regional X7, Benifisiarın hesabı : AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 X7 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, xx xxxxxx 2020-ci il tarixdə X2 3 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və dimetrdə 06 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 660,76 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ” xx xxxxxx 2019-cu il tarixli 30 saylı qərarının 7- ci əlavəsini pozmuşdur. Məhkəmə iclasında X9 X5 nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X5 xx xxxxxx 2020-ci il tarixli 61055 nömrəli aktından görünür ki, Rustov Meşəbəyliyinin 3 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək üçün ağacları kəsdiyi barədə Quba Regional X7nə məlumat daxil olmuşdur. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək barədə məlumat araşdırılarkən məlum olmuşdu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Rustov Meşəbəyliyinin 3 saylı dolayına daxil olmuş və oradan qanunsuz olaraq, vələs cinsindən 40 sm diametrdə 01 ədəd, 44 sm diametrində 01 ədəd, palıd cinsindən 48 sm diametrində 02 ədəd, 44 sm diametrində 01 ədəd, 52 sm diametrində 01 ədəd odunluq ağacları kəsmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Rustov Meşəbəyliyinin 3 saylı dolayında xx.xx.2020-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 660,76 manat məbləğində ziyan hesablanmışdır. İş materiallarında olan Quba Regional X5 xx.xx.2020-ci il tarixli, 788/4 saylı məktubundan görünür ki, Cavabdeh X2 3 saylı dolayının ərazisindən qanunsuz olaraq müxtəli cins və diametrli 06 ədəd yaş köküstə ağacları kəsdiyinə görə Meşə Fonduna vurduğu 660,76 manat məbləğində ziyanı könüllü şəkildə ödəməsi təklif olunmuşdur. Məhkəmə iş üzrə mövcud sübutlara və fotoşəkillərə əsasən müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Rustov Meşəbəyliyinin 3 saylı dolayının ərazisindən oduncaq ehtiyatı üçün qanunsuz 06 ədəd müxtəli cins və diametrli yaş köküstə ağacı kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 660,76 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 660,76 manat ziyan Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X7, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X10 və Bərpası Müəssisəsi iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 660,76 manat məbləğində pul alınaraq, X11 X4 bankdakı Benifisiarın adı: Quba Regional X7, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-508/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-508/2021
19.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver