Məhkəmə qərarları › İş №2(027)-517/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-517/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-517/2024 20.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi” barədə iddiası üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “əsassız yazılmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4458,24 (dörd min dörd yüz əlli səkkiz manat 24 qəpik) manat borcun tutularaq **********00000 saylı abonent koduna və 64 manat 60 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddianı onunla əsaslandırmışdır ki, "Azəriqaz” X5 RQİİ ilə Cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus Quba rayonu, Quba şəhəri. Memar Əcəmi küçəsi, ev 59-da yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana "‘Azəriqaz” İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 37152 m3 və ya 4458,24 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”mn 2.12-ci bəndində qeyd olunur ki. istehlakçılar qaz qurğuıarmm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.Tərəflər arasında imzalanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən istehlakçı Cavabdeh (bizim halda cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd etdiyimiz sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə halı aşkar olunduğu üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin:442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1- ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Azərbaycan Respublikası Prezidentinin:"Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında’’ 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9cu bəndində İddiaçınə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınması tapşırılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə əsassız hesablanmış 4458,24 (dörd min dörd yüz əlli səkkiz manat iyirmi dörd qəpik) manat borcun silinməsi üçün köməklik gösətrilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Xaçmaz RQİİ işçiləri tərəfindən mülkiyyətlərinə qeyri-qanuni soxularaq qaz xətlərinə baxış keçirilmiş, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə edilmədiyi halda əsassız olaraq video çəkiliş aparılmış, qanunsuz akt tərtib edilmişdir. Buna əsasən bildirir ki, heç bir qeyri-qanuni qazdan istifadə olunmayıb, həyətdə heç bir çörək sexi olmadığı halda anbar kimi istifadə etdikləri yeri çörək sexi kimi qeyd ediblər, orada olan xərəyi ancaq öz ailələri üçün istifadə edirlər. Xərək yandırılanda sayğacdan keçən qazdan istifadə olunur. Qeyd etdikləri qanunsuz təbii qazdan istifadəyə yazdıqları həmin xətt uzun illərdir istifadə olunmayıb, yoxlama keçirilən vaxtı da həmin vintil də bağlı olub, qoşulu olmayıb. İstifadə etdikləri bütün xətlər hamısı sayğacdan keçən təbii qazdan istifadə olunur. Odur ki, bütün bunları nəzərə alaraq mülkiyyətlərinə qanunsuz girib yoxlama aparıb, əsassız çəkiliş aparıb, heç bir qeyri-qanuni istifadə olunmadan onlara külli miqdarda cərimə hesablanıb. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etdiyi aşkar olundu. -X3 30 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Quba şəhəri, Memar Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 37152 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur; - **********00000 kodlu abonentin saldosunun qalıq və aktlar bölməsindən görünür ki, abonent Cavabdeh müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş, lakin istifadə etdiyi qaza ödənişləri vaxtlı-vaxtında həyata keçirmədiyi üçün 2023-cü ilin noyabr ayına 4458,24 manat ziyan yaranmışdır; - 26.12.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 64 manat 60 qəpik manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə X4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

1. Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi Beləliklə, müəyyən olundu ki, iddiaçı “Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “Azəriqaz" İB tərəfindən keyfiyyətli qazla təmin edilmiş və sonuncu aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qazdan qeyri-qanuni istifadəyə görə müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış maddi zərəri iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İB tərəfindən tərtib olunmuş, dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən, dəymiş ziyan həcminin hesablanması qrafasından görünür ki, 1. PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.9 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, dəmir sobanın maksımal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 80 diametrlik su qızdırıcının maksımal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksımal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd xərəyin maksımal saatlıq qaz sərfi 2x2=4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün göstərilmişdir. Dəmir sobanın maksımal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, iran sobasının maksımal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün hesablanması ağılabatan deyildir. Çünki göstərilən avadanlıqlar payızqış mövsümü üçün istifadə edilən avadanlıqlardır ki, onlardan da 360 gün istifadə edilməsi ağılabatan deyıldir. Azərbaycan Respublikasında payız-qış mövsümü hər ilin noyabr ayının 1-i başlayır və növbəti ilin aprel ayının 15-i bitir. Həmçinin bir fərdi yaşayış evində iki ədəd xərəyin olması da ağılabatan deyildir. Göstərilən avadanlıqlarla qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış maddi zərər yarıbayarı azaldılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın: 6.5-1.1. bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-2. bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

2. Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. (4.9). Müəyyən olunmuşdur ki, ilikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təbii qaz abonenti kimi qeydiyyatdadır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktında qeyd olunmuşdur ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin akta əsasən iddiaçının (abonentin) bazasındakı abonent koduna ümumilikdə 4458,24 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Cavabdeh onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edildiyi müəyyən edilmişdir. Həmçinin onun məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsindən görünür ki, kənar xətdin olmasını inkar etmir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh oğlundan təbii qazdan istifadəyə görə yaranmış 2669,76 manat məbləğində borc tutularaq **********00000 saylı abonent koduna və 64 manat 60 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 2669,76 manat məbləğində borc tutularaq **********00000 saylı abonent koduna və 64 manat 60 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin; ilk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar