Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-518/2021 17.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qasımova Bənövşə Kərim qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləginin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cü il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdehdən hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qasımova Bənövşə Kərim qızı iddianı müdafiə edərək, tələbi onunla əsaslandırmışdır ki, qızı İddiaçı xx.xx.2007-ci ildə Cavabdehla rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların oğlu xx.xx.2008-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər ailə qurandan bir il sonra ayılmışlar. Quba Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, azyaşlı X1 Sevda yanında saxlanılması və uşağın saxlanması üçün cavabdehdən hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aliment məbləği 103 (bir yüz üç) manata qədər, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə 117 (bir yüz on yeddi) manata qədər artırılmışdır. Hazırda Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin olunmuş 117 (bir yüz on yeddi) manat məbləğində aliment Azərbaycan Respublikası tərəfindən müəyyən olunmuş uşaqların yaşayış minimumundan azdır və uşağın maddi ehtiyaclarını qarşılamır. Belə ki, nəvəsi Murad onun evində doğulmuş və həmin vaxtdan uşağın bütün maddi ehtiyaclarını o qarşılayır. Hazırda isə Murad Sumqayıt şəhərində təhsil alır. Ölkə üzrə qiymətlər artdıqca, uşağın maddi ehtiyacları da artır. Uşağın geyim, təhsil və digər xərcləri qızı Sevda ilə yanaşı onun üzərinə düşür və onlar uşağın maddi tələbatlarını ödəyə bilmirlər. Göstərdiklərini nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, şəkər xəstəliyindən əziyyət çəkir və bununla bağlı ona dövlət tərəfindən insulin verilir. O, taksi fəaliyyəti ilə məşğul olsa da, həmin avtomobili icarəyə götürmüş və hər gün 25 manat icarə haqqı ödəyir. Həmçinin xəstəliyinə görə daimi işləyə bilmir, onu heç yerə işə götürmürlər. İkinci ailəsindən daha bir uşağı vardır. Ona görə aliment məbləğinin artırılmasına etiraz edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 262966 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə doğulmuş, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında Məmmədova Sevda Zöhrab qızı göstərilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(027)-373/2016 saylı qətnamə ilə müəyyən olunmuş aliment məbləği artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 117 (bir yüz on yeddi) manat miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmçinin məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2016-cü il tarixli 2(027)- 5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış hissəsi 53 (əlli üç) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə mövcud 117 (bir yüz on yeddi) manat aliment artırılaraq, hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin ödənilməsinin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində artırılmış hissəyə dair ödəmənin məcmusu 636 (altı yüz otuz altı) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanununа edilmiş xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə həmin Qanunun 8.2.1-ci maddəsinə əsasən iddianın qiyməti 500 (beş yüz) manatdan çox olduğu halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 (otuz) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2016-cü il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-518/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-518/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver