Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-525/2023 13.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. 13 fevral 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer ünvan 1 ünvanı, faktiki yaşayış yeri Quba rayonu, Qonaqkənd qəsəbəsidir. İddiaçı məhkəmə iclasında hazırki iş üzrə iddia ərizəsinin aidiyyəti üzrə müvafiq rayon məhkəməsinə göndərilib-göndərilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, hazırki işə Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 3türərək, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MPM-nin 36 və 39-cu maddəsinin tələbləri baxımından hallar mövcud olmadığından, habelə cavabdehin rəsmi qeydiyyat ünvanı iddia ərizəsi məhkəməyə verildiyi vaxtda Yasamal rayonu olduğundan, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırki mülki iş üzrə iddia ərizəsi cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə verilməli olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(027)-525/2023 saylı mülki iş aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-525/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-525/2023
13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver