Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-530/2022 16.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 13 mart 2013-cü il tarixində anadan olmuş uşağı Səkinəxanım yetkinlik yaşına çatana kimi, onun xeyrinə tutulan alimentin artırılaraq ayda 193,00 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya prosesinin keçirilməsi üçün ödədiyi vəsaitin yarısının - 25,00 manat miqdarında - cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 29 aprel 2012-ci il tarixində nikahlarını rəsmi qeyd etdirməklə, Cavabdeh ilə evlənmişlər. Həmin nikahdan 13 mart 2013-cü il tarixində Səkinəxanım adında uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğuna görə Quba Rayon Məhkəməsinin 11 aprel 2017-ci il tarixli, 2(027)-1363/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin həmin qətnamə ilə, uşağı onun yanında saxlanıldığına görə, cavabdehdən onun xeyrinə ayda 100,00 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda uşaqları 9 yaşındadır və böyüməklə bərabər onun maddi cəhətdən təmin edilməsi xərcləri də artmışdır. İş yeri olmadığına görə işləmir və maddi cəhətdən uşağı təmin etməyə çətinlik çəkir. Onun tərəfindən cavabdehə mediasiya prosesinin keçirilməsi barədə təklif göndərilmiş, lakin o, mediator tərəfindən, mediasiya haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərcləri 50,00 manat miqdarında onun tərəfindən ödənilmiş və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona, mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin yarısı ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 13.03.2013-ci il təvəllüdlü X2 anadan olmuşdur. İş materillarında olan Quba rayon Məhkəməsinin 11.04.2017-ci il tarixli 2(027)- 1363/2017 saylı qətnaməsi ilə, Ələkbərova (Qubatova) Fidan Rahim qızı ilə Cavabdeh arasında 16.03.2012-ci il tarixdə bağlanmış nigah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 13.03.2013-cü il tarixdə doğulmuş X2 anası Ələkbərova (Qubatova) Fidan Rahim qızının yanında saxlanılması, 13.03.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 02.03.2017-ci il tarixdən Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, Ələkbərova (Qubatova) Fidan Rahim qızına ödənilməsi qərara alınımışdır. İş materiallarında olan "xxxx" ASC-nin Şimal RETSİ-nin arayışından görünür ki, Cavabdeh 02.10.2017-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-nin avtonəqliyyat xidmətində Şimal regionu üzrə aylıq 435 manat əmək haqqı almaqla sürücü vəzifəsində işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçı uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 11.04.2017-ci il tarixli 2(027)-1363/2017 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 13.03.2013-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5ci maddəsinə əsasən iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində vəsaitin yarısı 25,00 manat miqdarında cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13.03.2013-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 11.04.2017-ci il tarixli 2(027)-1363/2017 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh mediasiya xərci kimi 25 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-530/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-530/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver