Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-538/2021 30.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3226,82 (üç min iki yüz iyirmi altı manat 82 qəpik) manat, faiz borcuna görə 17,82 (on yeddi manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3244,64 (üç min iki yüz qırx dörd manat 64 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı” ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı” ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 3241,72 (üç min iki yüz qırx bir manat 72 qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminatı olaraq, xx xxx 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxx 2019-cu il tarixli, QUFS-3886 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, QUFS-3886 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq, hər ay 55,42 (əlli beş manat 42 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir və nəticədə Cavabdeh1 xx xxx 2019-cu il tarixli, QUFS-3886 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3226,82 (üç min iki yüz iyirmi altı manat 82 qəpik) manat, faiz borcuna görə 17,82 (on yeddi manat 82 qəpik) manat borcun, cəmi 3244,64 (üç min iki yüz qırx dörd manat 64 qəpik) manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 3226,82 (üç min iki yüz iyirmi altı manat 82 qəpik) manat, faiz borcuna görə 17,82 (on yeddi manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3244,64 (üç min iki yüz qırx dörd manat 64 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, Respublikada pandemiya ilə əlaqədar vəziyyət ağır olduğu vaxtda, o da işsiz qalıb, gəlir yeri olmayıb, maddi vəziyyəti çətinləşib. Bu səbəbdən ödənişləri vaxtında ödəyə bilməyib və iyun ayından borcunu ödəyəcəyinə söz verdi. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 bildirdi ki, krediti Vüqar götürüb, sonradan güzəştli şərtlərlə kreditin vaxtı uzadılıb, o da zamin dayanıb, onun da maddi çətinlikləri var və o ödəniş etmək iqtidarında deyil. Qətnamə qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı-nin nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx xxx 2019-cu il tarixli, restruktruzasiya məqsədilə QUFS-3886_KMP kredit müqaviləsindən görünür ki, həmin müqavilə üzrə İddiaçı-nin Quba filialı illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 3241,72 (üç min iki yüz qırx bir manat 72 qəpik) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3226,82 (üç min iki yüz iyirmi altı manat 82 qəpik) manat, faiz borcuna görə 17,82 (on yeddi manat 82 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 3244,64 (üç min iki yüz qırx dörd manat 64 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx xxx 2020-ci il tarixli, QUFS-3886_KMP saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin xx xxx 2019-cu il tarixli, JFS-3886 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Quba rayonu, Susay kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxx 2019-cu il tarixli, restruktruzasiya məqsədilə QUFS-3886_KMP kredit müqaviləsi üzrə İddiaçı-nin Quba filialı illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 3241,72 (üç min iki yüz qırx bir) manat 72 qəpik məbləğində cavabdehə kredit vermiş, lakin Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməyərək, hazırki tarixə iddiaçı təşkilata 3226,82 (üç min iki yüz iyirmi altı manat 82 pik) manat, faiz borcuna görə 17,82 (on yeddi) manat 82 qəpik cəmi 3244,64 (üç min iki yüz qırx dörd) manat 64 qəpik məbləğində borc hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxx 2019-cu il tarixli, QUFS-3886_KMP saylı kredit müqaviləsi üzrə 3226 (üç min iki yüz iyirmi altı) manat 82 qəpik əsas borc, faiz borcuna görə 17 (on yeddi manat 82 qəpik, cəmi 3244 (üç min iki yüz qırx dörd) manat 64 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, xx xxx 2019-cu il tarixli, QUFS- 3886_KMP saylı kredit müqaviləsi üzrə 3226 (üç min iki yüz iyirmi altı) manat 82 qəpik əsas borc, faiz borcuna görə 17 (on yeddi) manat 82 qəpik, cəmi 3244 (üç min iki yüz qırx dörd) manat 64 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-538/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-538/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver