Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-538/2025 20.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 və İddiaçı1 iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 44000 (qırx dörd min) manatın, o cümlədən 222 (iki yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 birgə İddiaçı2 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2008-ci il təvəllüdlü X8, 2012-ci il təvəllüdlü X10 və xx.xx.2024-cü il təvəllüdlü X11 adında üç uşaqları dünyaya gəlmişdir. Maddi imkanları aşağı səviyyədədir, ailələri çətinliklə dolanır. Quba rayonu. Zərdabi qəsəbəsi sakini Cavabdeh təxminən 7-8 ildir ki, tanıyırlar. Təxminən 2021-ci ilin oktyabr ayında Hüseyn həyat yoldaşı İddiaçı2 məxsus “Dong-Feng S30” markalı avtomobili satmaq arzusunda olduğunu öyrənmiş və həmin avtomobili başqa şəxsdə olan meyvə qələmləri ilə barter edəcəyini, həmin qələmlərin satışından əldə olunacaq gəlirdən həyat yoldaşına 12000 (on iki min) manat pul verəcəyini vəd etmişdir. Bundan bir qədər sonra Hüseyn həmin avtomobili tanışı ilə meyvə qələmləri əvəzində barter etmiş, həmin qələmləri satdıqdan sonra 12000 manat pul vermişdir. Əri İddiaçı2 aldığı 12000 manata özü üçün “Mercedes-Benz'’ markalı avtomobil almış və onu idarə etmişdir. Təxminən 2 aydan sonra əri həmin avtomobili də satmaq qərarına gəlmişdir. Bu haqda əri Cavabdeh bildirdikdə, Hüseyn yenə də barter yolu ilə həmin avtomobili meyvə qələmlərinə (tinglərinə) dəyişdirməyi təklif etmişdir. Əri Hüseynlə razılaşmış və “Mercedes-Benz” markalı avtomobili Quba rayonu, 2-ci Nügədi kənd sakini Azər adlı şəxsə etibarnamə əsasında vermiş, meyvə qələmlərini (tinglərini) isə Hüseyn alaraq satmışdır. Bundan təxminən 20- 25 gün sonra Hüseyn ərinə 15000 (on beş min) manat pul vermişdir. Hüseyn ərində 15000 manat nağd pulun olduğunu bildiyinə görə həmin pula da meyvə qələmləri (tingləri) alıbsatmağı, ərinə 15000 manatın əvəzinə 17000 (on yeddi min) manat verəcəyini bildirmişdir. Hüseynə inanan əri 2022-ci ilin fevral ayının əvvəllərində həmin 15000 manatı Hüseynə vermişdir. Hüseyn həmin pulu əlavə olaraq üstündə 2000 (iki min) manat da olmaqla cəmi 17000 manatı 2022-ci ilin fevral ayının 16-na qədər qaytaracağına söz vermişdir. Lakin, bu müddət başa çatmasına baxmayaraq Hüseyn həmin pulu qaytarmamışdır. Hüseynin dediyinə görə, ziyana düşmüş, ona görə də maddi sıxıntıları yaranmış və pulu qaytara bilməmişdir. Lakin, Hüseyn bu borcdan çıxmaq üçün anası X2 məxsus olan Quba şəhəri, "Leyla Şıxlinskaya istirahət mərkəzi"nə gedən yolun kənarında yerləşən çıxarışlı 0.2 ha torpaq sahəsini (reyestr № **********26/qeydiyyat № **********) satmağı və ümumilikdə meyvə tingi ticarətindən əldə olunan puldan həm 17000 manatı, həm də torpağın satılmasından ona verilmiş 35000 manatı qaytaracağına söz vermiş və əri İddiaçı2 da onunla razılaşmışdır. Həmin torpaq sahəsini mən xx.xx.2022-ci ildə Quba regional “ASAN Xidmət" mərkəzinin notariat ofisində Cavabdeh gətirdiyi və onun tanışı olan Quba rayonu. 2-ci Nügədi kənd sakini X1. Ümumiyyətlə anasının adından çıxış etmək və onu təmsil etmək üçün ondan xx.xx.2021ci il tarixli AR-İİ№ 241766 nömrəli etibarnamə vardır. xx.xx.2022-ci tarixdə Cavabdeh qəbz yazaraq 35000 (otuz beş min) manat pulu 2022-ci ilin iyun ayına qədər onlara ödəyəcəyinə söz vermişdir. Bu müddət ərzində Cavabdeh onlara cəmi 8000 (səkkiz min) manat pul ödəmişdir (35000 + 17000 - 8000 = 44000 manat). Lakin, bu günə kimi Cavabdeh bizə borclu olduğu ümumilikdə 44000 (qırx dörd min) manatı ödəməmişdir. Dəfələrlə Hüseynə bu haqda bildirib pulu tələb etsə də, pulu ödəməkdən yayınmışdır. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə əri İddiaçı2 Quba rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, həmin müraciət aidiyyatı üzrə araşdırılması üçün Quba RPŞ-nə göndərilmişdir. Quba RPŞ-nin müstəntiqi Qəhrəman Qurbanov tərəfindən xx.xx.2023- cü il tarixdə həmin müraciət üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Polis şöbəsində izahat verən zaman Cavabdeh bizə olan borcunu qismən etiraf etmiş, səhhəti ilə bağlı Bakı şəhərində müalicə olunduğunu, qayıtdıqda 29500 (iyirmi doqquz min beş yüz) manat borcunu qaytaracağını bildirmişdir. Qeyd edir ki, Cavabdeh onlara 29500 manat yox, 44000 manat pul borcu vardır. Cavabdeh polis şöbəsində verdiyi izahatında borc məbləğini qəsdən azaltmışdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə edərək cinayət işinin başlanması üçün şikayət edildikdən sonra müəyyən müxtəlif vaxtlarda cəmi 7600 manat məbləğlərin qaytarıldığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçılardan nağd pul almamışdır. O, müəyyən işlərin görülməsi məqsədilə pullar aldığını, borcundan müəyyən məbləğləri qaytardığını, təxminən 6.000 manat məbləğində borcu qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İB-nin 21 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı2 Quba rayon Prokurorluğuna etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə İddiaçı2 Cavabdeh ilə aralarında yaranmış pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İbtidai araşdırma zamanı Cavabdeh ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabroktyabr aylarında tanışı İddiaçı2 özünə məxsus kitay istehsalı olan avtomobilini satmaq istəmiş, lakin istədiyi məbləği verən olmadığı üçün ondan əyər müştəri olarsa onun yanına göndərməsini xahiş etmişdir. Bundan sonra o, Turalın avtomobilini sata bilmədiyi üçün həmin avtomobili meyvə tingləri ilə dəyişərək pula çevirməsini təklif etmiş və Tural onun təklifi ilə razılaşmışdır. Daha sonra o, aldığı meyvə tinglərini müxtəlif şəxslərə sataraq gəlir əldə etmiş və Turala da artıqlaması ilə 12000 manat pul vermişdir. Bundan sonra Tural onun həmkəndlisindən Mersedes markalı avtomobil almış və həmin avtomobili 1-2 ay sürdükdən sonra həmin avtomobili 13000 manata satmaq qərarına gəlmişdir. Həmin vaxt o, yenidən Turala avtomobili meyvə tingləri ilə barter etməsini təklif etmiş və Turala 2000 manat əlavə pul verəcəyini təklif etmiş və Tural onun təklifi ilə razılaşmışdır. Bundan sonra 2022-ci ilin yanvar ayında Tural özünə məxsus avtomobili onun tanışı Azər adlı şəxsin adına keçirmiş və Azər də ona avtomobilin əvəzinə meyvə tingləri vermişdir. Daha sonra o, meyvə tinglərini müxtəlif şəxslər üçün bağ salaraq gəlir əldə etmiş və Turala 13000 avtomobilin pulunu və əlavə olaraq 2000 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin fevral ayının əvvəllərində Tural ona zəng vuraraq özündə olan 15000 manatı meyvə tingləri üçün yatırdaraq gəlir əldə elmək istədiyini bildirmişdir. Həmin vaxt o, Tural ilə razılaşaraq 2022-ci ilin fevral ayında 15000 manat pulu Turaldan götürmüş və gəlir əldə etdikdən sonra əlavə olaraq 2000 manat Turala pul verməli olmuşdur. Bundan sonra o, Turaldan aldığı 15000 manata Ruslanın qardaşı Azərdən meyvə tingləri almış və Tovuz rayonuna gedərək orada olan müştəri üçün bağ salmışdır. Lakin sonradan bağ sahəsində müştəri ilə aralarında yaranmış anlaşılmamazlığa görə Turalın pulunu tam ödəyə bilməmişdir. Həmin vaxt o Turala veriləsi 17000 manatdan 5500 manatı ödəmiş və 11500 manat pul borcu qalmışdır. Həmin ərəfələrdə Turalın həyat yoldaşı İddiaçı1 valideynlərinin arasında mülk üstündə məhkəmə çəkişmələri olduğu üçün Tural ondan həmin torpaq sahəsinin arvadı İddiaçı1 adına olduğunu və həmin torpaq sahəsini satışa qoyduqlarını bildirmişdir. Həmçinin Tural onunla nağd pul olmasa da, meyvə tingləri ilə barter edərək tingləri satdıqdan sonra özünün pulunu ödəməsi ilə razılaşmışdır. Bundan sonra o, meyvə tinglərinin satışı ilə məşğul olan Ruslan adlı şəxslə danışmış və bir yerdə torpaq sahəsinə baxdıqdan sonra 14000 manat məbləğində meyvə tingləri almış və həmin tingləri satdıqdan sonra Turala 21000 manat pul verməli olmuşdur. Lakin meyvə tingələrini satdığı şəxslər özlərinə verdiyi meyvə tinglərinin çeşidləri düz çıxmadığı üçün pulunu ödəməmişlər. Bu səbəbdən də o, Turalın pulunu ödəyə bilməmişdir. Lakin o, hal hazırda özünün Turala 29500 manat pul borcu qaldığını, hal hazırda səhhəti ilə bağlı Bakı şəhərində müalicə olunduğunu və müalicədən sonra Turala borclu olduğu pulu ödəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazma iltizamdan görünür ki, X2 məxsus olan torpaq sahəsini qələmlərlə barter etmişdir. Qələmlərin satılması üçün iyun ayına qədər möhlət verilməsini xahiş etmiş və 2022-ci ilin iyun ayında 35.000 manat pul verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reeyestrindən **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba şəhərində yerləşən 0.20 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İş materiallarında olan AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Quba şəhərində yerləşən 0.20 ha torpaq sahəsini 5300 manat müqabilində X1. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, qazanc əldə olunması məqsədilə müəyyən əmlakların alınması və satılması işlərinin görülməsilə bağlı tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malların alınması üçün pul məbləği vermiş və cavabdeh həmin məbləği, əldə ediləcək gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh məbləğləri şərtləşdirilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürsə də, icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Qeyd edilən Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2: Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin ibtidai araşdırma zamanı etiraf etdiyi 29500 manat borcun həmin vaxtdan sonra 7600 manat hissənin qaytarılması barədə iddiaçının izahatı nəzərə alınmaqla cəmi 21900 manat cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İddianın qalan hissədə əsaslığına dair sübutlar təqdim edilmədiyindən, qalan hissədə iddia təmin oliuna bilməz. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia tələbi ilə 222 (iki yüz iyirmi iki) manat ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 110 manat hissəsi Cavabdeh, qalan hissə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumundan 110 (yüz on) manat, cəmi 22010 (iyirmi iki min on) manat tutularaq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun 112 (yüz on iki) manat hissəsi iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-538/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-538/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver