Məhkəmə qərarları › İş №2(027)-545/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-545/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-545/2022 11.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, müəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 meyvələrin dəyəri olan 19500 manat pulun, 7000 manat qazana biləcəyi zərərin əvəzi olan pulun (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun ödənilmiş 184 manat 50 qəpik dövlət rüsumu pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X3 qardaşı oğlu Emil vasitəsi ilə tanımışdır. Onun Rusiyada meyvə ticarəti ilə məşğul olduğunu bildikdən sonra belə razılaşmışlar ki, o, Azərbaycandan onun yaşadığı Yekaterinbruq şəhərinə meyvə göndərmişdir, o da həmin meyvəni qəbul edərək satır, onun pulunu da göndərir, özü də qazanc götürür. 2021-ci ilini sentyabr ayında Quba rayonunun Barlı kəndində yaşayan Rəvan Bayram oğlu adlı şəxsin firması vasitəsi ilə cavabdehə bir maşın meyvə göndərmişdir. O cümlədən alma (sinab) -2860 kq x 1,20 manat =3432 manat, alma (qolden)-3440x0,75=2580, alma (smirinka)-2440 kq x 0,70 qəpik=1708 manat, alma (qırmızı)-4120 kq x 0,75 qəpik =3090 manat, şaftalı (nektarin)-2644 kq x 1,80 manat =4759 manat 20 qəpik, şaftalı (yastı)-600 kq x 2 manat =1200 manat, gavalı (anjella)-1430 kq x 1,80 manat =2574 manat, gavalı (stella)-1256 kq x 1,20 manat =1507 manat 20 qəpik, cəmi 20850 manat+NDS-4760 manat + əlavə xərclər 1500 manat Ümumilikdə 27.100 manat. Qedy olunan meyvə 23.09.2021-ci ildə Xaçmazdan göndərilməklə cavabdehə çatdırılmışdır. 25 sentyabr 2021-ci il tarixdə cavabdeh özünün **********3 votsap nömrəsi ilə onunla əlaqə saxlayaraq bildirdi ki, maşın boşalan kimi 5-6 günə pulu göndərəcək. Lakin yuxarıda göstərilən puldan yalnız. 7600 manatını versə də, qalan 19500 (on doqquz min beş yüz) manat pulu qaytarmamışdır. Qeyd edir ki, göstərilən qiymətlər meyvələrin müxtəlif şəxslərdən alınmasına sərf olunmuş vəsaitdir. Bundan əlavə meyvənin satışından orta hesabla 6500-7000 min manat gəlir götürməli idi ki, həmin vəsait də cavabdeh tərəfindən ona qaytarılmamışdır. Cavabdeh hər dəfə pulu yaxın günlərdə qaytaracağına söz versədə hər dəfə vədinə əməl etməmiş və bu vaxta qədər müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Son vaxtlar ümumiyyətlə telefon zənglərinə də cavab vermir. Cavabdehin onunla votsap yazışmaları da tam təstiq edir ki, göndərdiyi malı almış və sataraq pulunu götürmüşdür. Güman edir ki, cavabdeh özüdə bunu danmaz. Cavabdehə göndərdiyi meyvəni nisyə olaraq müxtəlif şəxslərdən toplayaraq onlara da söz vermiş ki, pul göndərilən kimi hamının pulunu çatdıracaq. Onlar da ondan pullarını tələb edirlər. Nəticədə çox pis əziyyətə düşmüşdür. Əsəbləri pozulub, psixoloji gərginlik keçirir və hər gün borclular üstünə gəldiyinə görə stres vəziyyətindədir. Hesab edir ki, cavabdeh çəkdiyi mənəvi istrablara görə mənəvi zərərin əvəzi olaraq ona əlavə olaraq 5000 manat təzminat ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 23.09.2021-ci il tarixdə Taleh Tağıyevə 20850 manatlıq alma, şaftalı, gavalı meyvələri göndərmişdir. Gömrük pulları, malın soyuducuda yerləşdirilməsi, daşınması, fəhlə pulu əlavə xərclərə daxildir. Talehlə aralarında qiymətlə bağlı şifahi razılaşma olub. Taleh Tağıyev borclu olduğu puldan 8500 manatın qaytarmışdır, qalan borcunu isə ödəmir. Halhazırda iddiasının təmin olunaraq Taleh Tağıyevdən meyvənin dəyəri olan 18600 manat pulun, 7000 manat qazana biləcəyi zərərin əvəzi olan pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun ödənilmiş 184 manat 50 qəpik dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və ilddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Vadimi tanıyır, Vadimin mallarını Rusiyaya şirkətə göndərmiş, lakin sənəd verməmişdir. Vadim malın göndərilməsi üçün 4600 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Vadimi tanıyır, Vadimə kiloqramı 1 manat 50 qəpikdən anjella sortlu 2 ton gavalı satmış, meyənin pulundan 15 gün bundan əvvəl 3000 manat vemişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Vadim qardaşıdır. Qardaşı ilə birgə şərik işləyirlər. Vadimlə birgə Rusiyaya mal göndərmişlər. İş materiallarına əlavə edilmiş 15№li Hesab-fakturadan görünür ki, 23.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" ASC tərəfindən Moskva vilayətində yerləşən "xxxx" ASC-nə 07-02/21 №li müqaviləyə əsasən yol nəqliyyat vasitəsi ilə ümumi dəyəri 14809,70 ABŞ dolları təşkil edən alma (sinab), alma (qolden), alma (smirinka), alma (qırmızı), şaftalı (nektarin), şaftalı (yastı), gavalı (anjella), gavalı (stella) meyvələri göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə təhiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh X5 İddiaçı 2021-ci ilin sentyabr ayında 20850 manat dəyərində alma, şaftalı, gavalı meyvələrini nisyə almış, həmin meyvələrin pulundan cəmi 8500 manat ödəyərək, qalan 12350 manatı və malın gömrükdən keçirilməsi üçün ödənilmiş 4760 manat NDS olmaqla, cəmi 17110 manatı İddiaçı borclu qalmış, cavabdeh borclu qaldığı pulu yaxın vaxtlarda iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 17110 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 17110 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 184 manat 50 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. İddiaçı cavabdehdən gömrük pulları, malın soyuducuda yerləşdirilməsi, daşınması, fəhlə pulunun dəyəri olan 1500 manat pulu tələb etsə də, həqiqtən gömrük pulları, malın soyuducuda yerləşdirilməsi, daşınması, fəhlə pulu üçün tələb olunan dəyərdə xərc çəkməsinə dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı bundan başqa qazana biləcəyi zərərin əvəzi olan əldən çıxmış fayda formasında 7000 manat puldan məhrum olması, bu zərərlərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdeh Taleh Tağıyevin həmin zərərin vurulmasında təqsirli olmasını sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının 5000 manat mənəvi zərər tələbinə gəlincə isə məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İddiaçı, cavabdehin hansısa qanunsuz hərəkətləri nəticəsində fiziki və mənəvi sarsıntılar keçirməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, nəticədə ona 5000 manat məbləğində mənəvi zərər vurulması, həmin qanunsuz hərəkət və ya hərəkətsizliklə iddiaçının tələb etdiyi 5000 manat mənəvi zərər arasında səbəbli əlaqənin olması və həmin məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbininin əsaslandırıldığı həmin bu halları da sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iddiaçının izahatını və şahid ifadələrini dinləyib iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 meyvənin dəyəri olan 17110 manat pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 184,50 manat alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e td i: İddia qismən təmin edilsin. Cavabdeh X1 meyvənin dəyəri olan 17110 (on yeddi min yüz on) manat pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 184,50 manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar