Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1354/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin açıq açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh meyvənin dəyəri olan 17110 (on yeddi min yüz on) manat pulun və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 184,50 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh meyvələrin dəyəri olan 19500 manat pulun, 7000 manat qazana biləcəyi zərərin əvəzi olan pulun (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun ödənilmiş, 184 manat 50 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edilən iddiaya cavab verməli olan şəxs olmağı halını araşdırmadan, iş üzrə onunla iddiaçı arasında alğısatqı müqaviləsi ilə bağlı razılaşma və ya müqavilə olmamasına baxmayaraq, bununla bağlı heç bir sübut olmadan, eyni zamanda meyvələrin dəyəri ilə bağlı sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallara qiymət verərək və qətnamənin əsaslandırma hissəsində meyvələrin dəyərini 12350 manat, qət etdi hissəsində isə 17110 manat məbləğində qeyd etməklə əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Hal-hazırki iş üzrə iddiaçının iddiasına cavab verməli olan şəxs o deyil. Quba Rayon Məhkəməsi onun qeyd edilən iddiaya cavab verməli olub-olmamağı halını ümumiyyətlə araşdırmamışdır. Onun iddiaçıdan həqiqətən meyvə almağı, onu sataraq pulunu iddiaçıya verməyi ilə bağlı məhkəmə qətnaməsində heç bir sübut yoxdur. Məhkəmə qətnaməni əsaslandırarkən 15 nömrəli hesab fakturaya istinad edir ki, həmin faktura ilə 23 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində yerləşən "xxxx" ASC tərəfindən Moskva vilayətində yerləşən "xxxx" ASC-yə 07- 02/21 nömrəli müqavilə ilə ümümi dəyəri 14809,70 ABŞ dolları təşkil edən meyvələr göndərildiyi bildirilmişdir. Quba Rayon Məhkəməsi qeyd edilən hesab fakturanın hansı hissəsində onun adına meyvə göndərildiyini və ya göndərilən meyvənin həqiqətən İddiaçı tərəfindən göndərildiyini əsaslandırmadan həmin sənədlərə və şahid ifadələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində qeyd etmişdir ki, işdəki sübutlarla guya təsdiq olunur ki, o, İddiaçı 2021-ci ilin sentyabr ayında 20850 manat dəyərində alma, şaftalı və gavalı meyvələrini nisyə almışdır. Həmin meyvələrin dəyərinin həqiqətən 20850 manat təşkil etməsini məhkəmə araşdırmamışdır. Eyni zamanda məhkəmə qətnamənin əsaslandırıcı hissəsində meyvənin ödənilməmiş qalan hissəsinin dəyərini 12350 manat məbləğində müəyyən etmiş, lakin “qət etdi” hissəsində meyvənin dəyərini 17110 manat məbləğində qeyd edərək həmin hissədə iddianı təmin etmişdir. Qətnamənin əsaslandırma hissəsini oxuduqda aydın olur ki, məhkəmə ondan nəinki cavabdeh olmadığı, heç bir sübut olmadığı və meyvələrin dəyərini hansı meyarlar əsasında hesablanması təsdiq olunmadan 12350 manat məbləğində puldan əlavə, 4760 manat məbləğində gömrük xərclərinin də tutulması qərarına gəlmişdir. Həmin gömrük xərcləri ilə bağlı və onun həmin xərcləri ödəməyi ilə bağlı hansı öhdəliyinin olması halı isə iş materialları ilə ümumiyyətlə təsdiq olunmur. Eyni zamanda Quba Rayon Məhkəməsi öz qətnaməsində də qeyd edir ki, iddiaçı cavabdehdən tələb etdiyi gömrük pulları və digər xərclərlə bağlı sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsindəki meyvənin dəyəri olan 12350 manat məbləğində pulun, “qət etdi” hissəsində artırılaraq 17110 manat məbləğ təşkil etməsi halı bir daha sübut edir ki, məhkəmə hazırki iş üzrə araşdırma aparmamışdır. Qeyd edilənlərə əsasən Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini və ödədiyi 92,25 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instnasiya məhkəməsində keçirilmiş üç məhkəmə iclasının heç birində cavabdeh iştirak etmədi. Gəlməməsinin hər hansı üzrlü səbəbi barədə məhkəməyə məlumat vermədi. Bundan əlavə apellyasiya şikayətində göstərir ki, onu tanımır, o, cavabdehə ümumuyyətlə mal göndərməyib. Lakin onların “whatsapp” proqram tətbiqində bu barədə yazışmaları mövcuddur. O, malı göndərib, cavabdeh həmin məhsulu satıb. Sonra da telefon zənglərinə cavab verməyib. Hətta ona zəng edəndə deyirdi ki, mallar çatıb, satış yaxşıdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən və izahatlardan müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində mübahisələndirir. Bu səbəbədən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilən hissəsi və ekspert xərcinin tutulması hissəsini müzakirə edir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 15№li Hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" ASC tərəfindən Moskva vilayətində yerləşən "xxxx" ASC-nə 07-02/21 №li müqaviləyə əsasən yol nəqliyyat vasitəsi ilə ümumi dəyəri 14809,70 ABŞ dolları təşkil edən alma (sinab), alma (qolden), alma (smirinka), alma (qırmızı), şaftalı (nektarin), şaftalı (yastı), gavalı (anjella), gavalı (stella) meyvələri göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü madəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Müəyyən olunmuşdur ki, Cavabdeh Eynulla oğlu İddiaçı 2021-ci ilin sentyabr ayında 20850 manat dəyərində alma, şaftalı, gavalı meyvələrini nisyə almış, həmin meyvələrin pulundan cəmi 8500 manat ödəyərək, qalan 12350 manatı və malın gömrükdən keçirilməsi üçün ödənilmiş 4760 manat NDS olmaqla, cəmi 17110 manatı İddiaçı borclu qalmış, cavabdeh borclu qaldığı pulu yaxın vaxtlarda iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüş, lakin cavabdeh həmin 17110 manat pulu iddiaçıya verməyərək, iddiaçıya 17110 manat məbləğdə ziyan vurmuş və iddiaçının hesabına əsassız varlanmışdır. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 184 manat 50 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halı sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh meyvənin dəyəri olan 17110 manat pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 184,50 manat alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, iş materiallarında olan 15№li Hesab-fakturadan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində yerləşən "xxxx" ASC tərəfindən Moskva vilayətində yerləşən "xxxx" ASC-nə 07-02/21 №li müqaviləyə əsasən yol nəqliyyat vasitəsi ilə ümumi dəyəri 14809,70 ABŞ dolları təşkil edən alma (sinab), alma (qolden), alma (smirinka), alma (qırmızı), şaftalı (nektarin), şaftalı (yastı), gavalı (anjella), gavalı (stella) meyvələri göndərilmişdir. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “whatsapp” proqram tətbiqində olan iddiaçı ilə cavabdeh arasında olan danışıqlardan məlum olur ki, iddiaçı cavabdehə meyvə məhsulları göndərmiş, cavabdeh malın ona çatdığını etiraf etmiş, pulunu yaxın günlərdə göndərəcəyini bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı bildirişdən görünür ki, 23.09.20-21-ci il tarixdə ünvan 1 sakini İddiaçı Əbilfərz oğluna məxsus yeddi adda meyvə məhsulu "xxxx" MMC vasitəsilə T546YB** AK ***505 markalı maşına yüklənərək Rusiya Federasiyasının Yekaterinburq şəhərinə göndərilmişdir və Cavabdeh həmin yükü qəbul etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materialları ilə sübuta yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 184,50 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər iş materialları ilə təkzib edildiyindən təmin edilə bilməz. Belə ki, iş materiaları ilə, o cümlədən hesab faktura, "xxxx" MMC-nin məktubu ilə iddiaçının cavabdehə mal göndərməsi sübuta yetirilir. Lakin cavabdeh öz dəlillərini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2(027)-545/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1354/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1354/2022
04.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver