Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-829/2023 24.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kredit müqaviləsi, borc münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5723/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 24 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 25000 manat pul borc vermiş, cavabdeh xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə borc verdiyi 25000 manat məbləğində p ulun və ödənilmiş 210 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 25000 manat pul vermiş, cavabdeh xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, cavabdeh borcu ödəməkdən yayınır.
4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddiaçı ilə qudadırlar, iddiaçıya 40000 manatdan çox pul qaytarmış, lakin qohum olduqlarına görə bunu rəsmiləşdirməmişdir.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-802/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) idd ia təmin edilmiş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə borc verilən 25000 manat məbləğində pulun və ödənilmiş 210 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh borcun qaytarılmasını sübut edə bilmədiyindən həmin 25000 manat ondan tutulmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 433.1, 442, 739, 741-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellya siya şikayəti onunla əsaslandırılmışdır ki, onun qızı hazırkı iddiaçının oğlu ilə evlidir, o, iddiaçının oğlunun, yəni öz kürəkəninin ayrı-ayrı vaxtlarda bir sıra borclarını ödəmiş, nəticədə iddiaçı və oğluna 27.500 manat pul qaytarmış, lakin qohum olduqlarına görə pulun qaytarılmasını hər hansı qəbzlə rəsmiləşdirməmişdir. Hesab edir ki, həmin məbləğ borcdan çıxılmalıdır. 2018-ci ildə 25.000 manat məbləğdən 7.000 manatına o qızına və Yalçına bir yerdə yaşaya bilmələri üçün ev əşyaları almış, 3.000 manatını isə kürəkəni Yalçın ondan alıb, Türkiyəyə getmişdir. Beləliklə, 10 000 manat pul məbləğinin Yalçına verilməsindən anası, hazırki İddiaçı xəbəri olmuşdur. İddiaçının oğlu Yalçın Hacıyevin ayrı-ayrı şəxslərə borcu olduğundan, onun maddi zərər vurduğu şəxslərə 2021- ci ildə 13 000 manat p ul vermiş, bundan əlavə, Yalçın qardaşının oğlu X1 13 000 manat borc pul almış, həmin pulun 4300 manatını, o (cavabdeh) bankdan götürüb Ruslana vermişdir. Hal-hazırda da həmin borca görə 630 manat banka pul ödəyir.
10. İddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər, yəni iddiaçının oğlu olan kürəkəninə maddi yardım göstərməsi, həmin verdiyi məbləğin borcdan çıxılması barədə hər hansı sübut verilməmişdir. Digər tərəfdən, borc müqaviləsinin tərəfi, yəni hazırkı iddiaçı başqa subyektdir. Bundan əlavə, cavabdeh qızının ərinə özü könüllü yardım etsə belə, buna görə həmin məbləğin borcdan çıxılması barədə dəlili əsassızdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5723/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Anar Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının oğlunun, yəni öz kürəkəninin ayrı-ayrı vaxtlarda bir sıra borclarını ödəmiş, nəticədə iddiaçı və oğluna 27.500 manat pul qaytarmış, lakin qohum olduqlarına görə pulun qaytarılmasını hər hansı qəbzlə rəsmiləşdirməmişdir. Hazırkı halda cavabdeh öhdəliyi icra etməsi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən onun bu dəlili əsassızdır.
13. Kollegiya birinc i instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 433.1, 442, 739.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur:
17. Borc verilən pul məbləği iddiaçıya qaytarılmışdır. İş materialında pulun qaytarılması ilə bağlı irəli sürülən dəlillər iddiaçı tərəfindən təkzib olunmamışdır. Açıqaşkar görünür ki, iddiaçı tərəf onun hesabına ikinci dəfə varlanmaq niyyəti ilə onu məhkəməyə vermişdir. İddiaçının bu cür hərəkəti hüquqdan sui-istifadə hesab olunmalıdır.
18. O, iddiaçıya və onun oğluna ümumilikdə 27.500 manat pul qaytarmış, aralarında yaxın qohumluq münasibətləri olduğundan pul məbləğlərini qaytaranda, iddiaçıdan pulun ona qaytarılması barədə qəbz almamışdır.
19. Rayon məhkəməsində dəfələrlə məhkəmə iclasının təxirə salınmasını, sübutlarını məhkəməyə təqdim edəcəyini hakimdən xahiş etsə də, hakim onun dediklərinə, xahişinə və gətirdiyi dəlillərə məhəl qoymadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Qeyd olunan faktiki hal lar onun məhkəmədə müdafiə hüququnun kobud şəkildə pozuntusu hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə
442. Öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfind ən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
40. Koll egiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Cavabdeh tərəf isə istinad etdiyi hallara dair üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5723/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.