Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-549/2025 27.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 borclu olduğu 1000 (min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, cavabdeh X2 onun tanışıdır. 2022-ci ilin avqust ayında İsmət ona mobil telefonundan zəng edərək həyat yoldaşının xəstə olduğunu, hal-hazırda ağır vəziyyətdə Bakı şəhərində xəstəxanada əməliyyata hazırlandığını demişdir. Amma bunun üçün pulunun olmadığını və 1000 manat pula ehtiyacı olduğunu bildirmişdir. O, Qisməti belə bir çətin gündə ona müraciət etdiyini nəzərə alıb ona borc pul verməyə söz vermişdir. Həmin günün səhəri İsmətə borca 1000 manat pul vermişdir. Cavabdeh borcunu bir ay müddətində qaytaracağını söz vermişdi. Həmin müddət keçməsinə baxmayaraq İsmət pulunu verməmişdir. O, cavabdehə zəng edərək pulunu istəmişdir. İsmət pulu bir müddət sonra qaytaracağına söz vermişdir, amma yenə də qaytarmamışdır. Bu minvalla neçə dəfə İsmətə borcunu qaytarmasını xahiş və tələb etsə də, müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh hər dəfə bir bəhanə gətirərək borcunu ödəməkdən boyun qaçırmış, ona zəng etdikdə onu təhqir etmiş, telefon zənglərinə cavab verməmişdir. Mübahisəni aralarında həll etmək üçün görüşmək məqsədilə onun təklifi ilə evinə getdiyində isə gizlənmiş, əvəzində həyat yoldaşı onu təhqir etmişdir. Beləliklə cavabdeh pulunu ödəmir və ödəmək istəmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Quba rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, Cavabdeh 2022-ci il avqust ayında maddi vəziyyəti pis olduğundan İddiaçı 1000 manat borc pul aldığını, qaytaracağını söz versə də, maddi imkanı olmadığından qaytara bilmədiyini, tezliklə İddiaçı olan borcunu ödəyəcəyini etiraf etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə hesab edir ki, borc caabdeh tərəfindən etiraf edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 1000 (min) manat borcun tutulmasına dair iddianın təmin olunması qənaətinə gəlir. İddiaçı həmçinin iddia tələbi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, iddia tələbi ilə bağlı 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat borc, 30 (otuz) manat dövlət rüsumu, cəmi 1030 (min otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-549/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-549/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver