Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-556/2020 07.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 15000 (on beş min) manat pulun alınıb ona verilməsi və mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ona düşən 1/2 hissəsini naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrada iddiaçı ərizəyə dəqiqləşmə verərək, mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ona düşən 1/2 hissəsini naturada ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, mərhum anası X3 rayonu, Paşa oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 78,2 kv.metr ümumi yaşayış sahəsi olan ev miras qalmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mərhum anası Sayad Əhmədovadan miras qalmış qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan Sayad Əhmədovanın ölümündən sonra onun və cavabdeh qardaşı Cavabdeh tərəfindən miras qəbul edilməsi faktı müəyyən edilmiş və mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Miras əmlakda Cavabdeh yaşamış, sonuncu 2016-cı ildə evi yandırmış, sonradan dağıdıb yerində özünə ev tikmişdir. O, payına düşən 1/2 hissəyə sahiblik etmək istəyir, cavabdeh onu söyüb təhqir edərək mülkiyyətinə sahiblik və istifadə etməyə imkan vermir, ona görə də payının naturada ayrılması barədə məhkəməya müraciət etməli olmuşdur. Mərhum anası Sayad Əhmədovadan miras qalmış evi sığorta şirkəti 30000 manat qiymətləndirmişdir, həmin evin 1/2 hissəsinədə onun vərəsəlik payı müəyyən edilmiş və cavabdeh həmin evi qəsdın yandıraraq ona maddi ziyan vurmuşdur. İddia ərizəsinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən aşkar olur ki, mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin ona düşən 1/2 hissəsini naturada ayrılıb ona verilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh qızı iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)- 330/2018 saylı qətnaməsindən görünür ki, mərhum anası Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin miras qoyan Sayad Əhmədovanın ölümündən sonra onun və cavabdeh qardaşı Cavabdeh tərəfindən miras qəbul edilməsi faktı müəyyən edilmiş, mərhum Sayad Əhmədovadan miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(105)- 933/2019 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-4123/2019 saylı qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(105)- 933/2019 saylı qətnaməsi dəyişdirilmədən sazxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən 78.2 kv.metr yaşayış sahəsi, 32,4 kv.metr, yardımçı sahəsi 45,8 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2020-ci il tarixli 10/700 nömrəli rəyindən görünür ki, Quba rayonu, Paşa-oba kəndində yerləşən, X1 miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, tərəflərin anası X3 rayonu, Paşa oba kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 78,2 kv.metr ümumi yaşayış sahəsi olan ev miras qalmış, məhkəmə qətnaməsi ilə Quba rayonu, Paşa-oba kəndində yerləşən ümumi sahəsi 78.2 kv.metr yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan və cavabdehlə münasibətləri olmadığından, həmin torpaq sahəsinə istədiyi kimi sahiblik və istifadə edə bilmir. Belə iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsasən, Quba rayonu, Paşa-oba kəndində yerləşən, X1 miras qalmış 0,10 ha torpaq sahəsinin 1/2 hissəsini naturada ayrılmasının texniki cəhətdən mümkün olmamışdır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, İddiaçı mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması tələbi təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı mərhum anası X1 miras qalmış Quba rayonu, Paşa-oba kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-556/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-556/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver