Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-565/2022 17.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «Finca Azerbaijan» MM QBKT sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1216.00 (bir min iki yüz on altı) manat, faiz borcuna görə 26 (iyirmi altı) manat, cərimə borcu 0.00 manat olmaqla, cəmi 1242.00 (bir min iki yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumu olaraq 32 (otuz iki) manat 42 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 10.02.2020-ci il tarixli, **********0302 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması üçün illik 30% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 140 AZN olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 22.12.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1216.00 AZN, faiz borcuna görə 26.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1242.00 (bir min iki yüz qırx iki) manat təşkil edir və Cavabdeh əsas borc üzrə 1216.00 (bir min iki yüz on altı) manat, faiz borcuna görə 26 (iyirmi altı) manat, cərimə borcu 0.00 manat olmaqla, cəmi 1242.00 (bir min iki yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumu olaraq 32 (otuz iki) manat 42 qəpik məbləğində vəsaitin «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.02.2020-ci il tarixli, **********0302 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri,ailə-kəndli təsərrüfatının yaradılması üçün illik 30% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.12.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 1216.00 AZN, faiz borcuna görə 26.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1242.00 (iki min altı yüz altmış beş manat) AZN təşkil edir. 24.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 32 (otuz iki) manat 42 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh iddiaçı «FİNCA Azerbaijan» MM QBKT tərəfindən biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması üçün illik 30% faiz dərəcəsi olmaqla, 18 ay müddətinə 2000 (iki min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 32 (otuz iki) manat 42 qəpik məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1216.00 AZN, faiz borcuna görə 26.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1242.00 (iki min altı yüz altmış beş manat) AZN borc və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat 42 qəpik məbləğində pul vəsaiti «FİNCA Azerbaijcan» MM QBKT-in xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh əsas borc üzrə 1216.00 (bir min iki yüz on altı) manat, faiz borcuna görə 26 (iyirmi altı) manat, cəmi 1242.00 (bir min iki yüz qırx iki) manat və ödənilmiş dövlət rüsumu olaraq 32 (otuz iki) manat 42 qəpik məbləğində pul vəsaiti «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-565/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-565/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver