Məhkəmə qərarları › İş №2(027)-569/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-569/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-569/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2482.69 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2512.69 ( iki min beş yüz on iki manat altmış doqquz qəpik) manat pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00580 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla əbii qazı talamışdır. İddiaçı İB X5 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırıİmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” akt tərtib edilmiş və ona 604.80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 1877.89 (bir min səkkiz yüz yetmiş yeddi manat səksən doqquz qəpik) manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 2482.69 (iki min dörd yüz səksən iki manat altmış doqquz qəpik) manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 2482.69 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2512.69 ( iki min beş yüz on iki manat altmış doqquz qəpik) manat pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, evdə 8 nəfər ailə üzvü vardır, 2 nəfər təqaüd alır. Borcları ödədikdən sonra 43 manat qalır. Həmçinin də səhhətindəki problemlərə görə əziyyət çəkir. Məhkəmədən göstərilənləri nəzərə almağı xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə AKX-00448xx/xx-2018 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii X3nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2020-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 3024 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarından görünür ki, Cavabdeh İddiaçınə 2482 manat məbləğində borcu vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Quba rayonu Qəcər-Zeyid kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal İddiaçı İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X5 X4 xidmət sahəsinə ziyan dəymişdir. Bundan əlavə istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməməsi nəticəsində Cavabdeh 1877 manat debitor borcu da yaranmışdır ki, bu da cəmi 2482 manat məbləğində borc təşkil edir. Cavabdeh irəli sürülən tələb ilə razılaşmış və hər hansı əsasla etiraz bildirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 2482.69 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2512.69 ( iki min beş yüz on iki manat altmış doqquz qəpik) manat pulun tutularaq İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 604 (altı yüz dörd) manat 80 qəpik maddi ziyan, 1877 (min səkkiz yüz yetmiş yeddi)manat 89 qəpik debitor borc, cəmi 2482 (iki min dör yüz iki) manat 69 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar