Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-57/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulmasına dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində icarə hüquqlarına edilən qəsdlərə son qoyulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlunun və Cavabdeh2 qanunsuz olaraq zəbt edərək istifadə etdikləri, icarə hüququ əsasında onun istifadəsində olan Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsindəki 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsindən məhkəmə qaydasında çıxarılmaları, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 tərəfindən edilən qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon İcra hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına əsasən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsindən onun icarəsinə 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsi verilmişdir. Qeyd olunan Sərəncama əsasən Quba Rayon İcra hakimiyyəti həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsinin 15 (on beş) il müddətinə onun icarəsinə verilməsi barədə 21 sentyabr 2017-ci il tarixli, 165 saylı İcarə müqaviləsi bağlamışdır. Quba Rayon İcra hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli, 165 saylı Sərəncamına və Quba Rayon İcra hakimiyyəti ilə onun arasında bağlanmış 21 sentyabr 2017-ci il tarixli, 165 saylı İcarə müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanlıq” adlı yay otlaq sahəsində yerləşən həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsinə onun icarə hüquqlarına dair 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçüsü verilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, **********68 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və həmin torpaq sahəsinin plan və ölçüsünə əsasən onun qanuni icarəsində olan həmin 128 (bir yüz iyirmi səkkiz) hektar otlaq sahəsindən 2017-ci ildən etibarən, yəni onun icarəsinə verildiyi vaxtdan cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 qanunsuz olaraq istifadə edir, həmin torpaq sahəsində özlərinə məxsus heyvanları otarırlar. O, cavabdehlərə dəfələrlə müraciət edərək torpaq sahəsinin onun qanuni icarəsində olduğunu və həmin torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmasını, torpaq sahəsinin aidiyyəti üzrə onun istifadəsinə qaytarmalarını xahiş etmişəmdir. Lakin cavabdehlər qanuni icarəsində olan həmin torpaq sahəsindən istifadə hüquqlarını pozmaqda, maneələr törətməkdə davam edirlər və torpaq sahəsini aidiyyəti üzrə onun istifadəsinə qaytarmaqdan imtina etmişlər. Ona görə də cavabdehlər qanunsuz olaraq zəbt etdikləri, istifadə etdikləri, icarə hüququ əsasında ona məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi üzərində icarə hüquqlarına cavabdehlər tərəfindən edilən qəsdlərə son qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi illərdir onun tərəfindən istifadə edilir. Torpaq sahəsinə dair rəsmi çıxarış alınmasa da, qeyd olunan torpaq sahəsi ona Quba RİHB-nın sərəncamı əsasında 15 illik icarəyə verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 Ziyəddin oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi illərdir onun tərəfindən istifadə edilir. Torpaq sahəsinə dair rəsmi çıxarış alınmasa da, qeyd olunan torpaq sahəsi ona Quba RİHB-nın sərəncamı əsasında 15 illik icarəyə verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 Ziyəddin oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən 128,0 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsi İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 162 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 50 hektar ərazi 15 il müddətinə Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 160 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 60 hektar ərazi 15 il müddətinə Cavabdeh2 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonunun ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edilmiş, mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümü istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017- ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsi eynilik təşkil edir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/1860 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümi istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edilib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən 128,0 hektar ərazi müvəqqəti İddiaçı istifadəsinə verilmiş, Quba RİHB ilə iddiaçı arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamı və sərəncam əsasında tərtib edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış almışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 162 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 50 hektar ərazi 15 il müddətinə Cavabdeh1 istifadəsinə verilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-ci il tarixli 160 nömrəli sərəncamına əsasən, Quba rayonu ərazisində yerləşən “Bulanıq” yay otlaq sahəsindən 60 hektar ərazi 15 il müddətinə Cavabdeh2 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyun 2022-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin 10/1860 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021- ci il qeydiyyat tarixli çıxarış və Quba rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr 2017-ci il tarixli 165 nömrəli sərəncamına əsasən, İddiaçı istifadəsinə verilmiş, Quba rayonu ərazisində yerləşən 19 nömrəli “Bulanıq” yay otlaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə yerində müəyyən edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli torpaq sahəsinə naturada (yerində) baxış keçirən zaman sözügedən yay otlağında mövsümi istifadə başlamadığından hər hansı bir şəxsin və ya şəxslərin həmin torpaq sahəsindən istifadə edilib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Cavabdehlər qeyd olunan yaylaq ərazisinin Quba rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında onların istifadəsinə verildiyini qeyd etsələr də, mübahisə predmetini təşkil edən torpaq sahəsi üzrə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almamışlar. Göründüyü kimi mübahisə predmetini təşkil edən torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının istifadəsindədir. Cavabdehlər isə torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 iddiaçının istifadəsində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasında Quba rayonu ərazisində yerləşən 128 ha 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən çıxarılmalı və cavadehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdehlərdəndən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 İddiaçı istifadəsində olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasında Quba rayonu ərazisində yerləşən 128 ha 19 nömrəli “Bulanıq” yay otlaq sahəsindən çıxarılsınlar və cavadehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 Ziyəddin oğlu və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-57/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-57/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver