Məhkəmə qərarları › İş №2(027)-573/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-573/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-573/2022 22.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.760 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 49 manat məhkəməyə və 03 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 2912 manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, iddia ərizəsini müdafiə etdiyini, işiylə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. O, həbrçi olub və MAXE kimi xidmət edib. Kənan 2020-ci ilin avqust ayında ona müraciət edib ailə vəziyyəti ilə əlaqədar təcili pula böyük ehtiyacı olduğunu bildirib və ondan qısa müddətə borc pul istəyib. Münasibətləri yaxşı olduğu üçün 07 avqust 2020-ci il tarixdə ona 2.760 (iki min yeddi yüz altımış) manat pul borc verib. Aralarında olan razılaşmaya görə Kənan borcu 2020-ci ilin avqust ayının sonunadək tam qaytarmalı idi. Kənan bu barədə hərbiçi vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza edib və qəbzi ona verib. Lakin, vaxt bitməsinə baxmayaraq Kənan borcu qaytarmayıb. O, gizlənir, telefon zənglərimə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmış, məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X3 müraciət edib və cəmi 100 manat hüquqi xidmət haqqı ödəyib. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 48,6 manat, notariusda şəxsiyyət vəsiqəmin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəyib. Həmin məbləğlər də cavabdehlərdən tutulub ona ödənilməlidir. Hazırda cavabdehdən pulunu ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, Cavabdeh 2.760 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 49 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 2912 manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh nümayəndəsi, X2 iddianı qismən qəbul edərək bildirmişdi ki, oğlu Kənan 2-ci Qarabağ müharibəsi qazisidir. Oğlu xəstəxanada olarkən iddiaçı ondan pulunu tələb edib, o da öz əmək haqqı kartını ona verib. İddiaçı onun 9 ay əmək haqqını alıb istifadə edib. Bu səbəbdən oğlunun iddiaçıya hansı məbləğdə pul qaytaracağını dəqiq bilmir. Halhazırda oğlu xəstədi, sağlamlığı tam olaraq yerində deyil. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Cavabdeh məxsus surəti çıxarılmış hərbçi vəsiqəsinin arxa üzündə xx.xx.2020-ci il tarixində əlyazma yazı ilə yazılmış qəbzdən görünür ki, Cavabdeh tanışı İddiaçı xx.xx.2020-ci il tarixində 2.760 (iki min yeddi yüz altımış) manat pul alıb və aldığı pulu 2020-ci ilin avqust ayının sonunda qaytaracağına öhdəlik götürüb. Yazılanları özü yazdığını və doğruluğunu imzasıyla təsdiq etdiyini qeyd edib. İş materiallarında olan hüquqi məsləhətin verilməsi haqqında “X6” MMC-nin 10 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi məsləhətin verilməsinə görə 100 ( bir yüz) manat vəsait ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, idiaçı iddia ərizəsinə görə 49 (qırx doqquz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan MAPS arayışdan görünür ki, Cavabdeh Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatdadır. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m2əyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat, ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu və 3 (üç) manat notariat hərəkətlərinin aparılmasına görə olan haqq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və işdə olan sübutları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2.760 iki min yeddi yüz altmış) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat, 3 (üç) manat notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş dövlət rüsumu və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385,739-cu və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.760 iki min yeddi yüz altmış) manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat, 3 (üç) manat notariat hərəkətlərinin aparılmasına görə ödənilmiş dövlət rüsumu və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar