Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-573/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 15 iyul 2015 ci il təvəllüdlü X1 və 23 oktyabr 2016 cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Quba rayon Məhkəməsinin 19 iyul 2022 ci il tarixli 2{027)- 1621/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılaraq, Cavabdeh hər ay hər uşağa 300 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh ilə 22 sentyabr 2014 ci il tarixində rəsmi nigaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 15 iyul 2015 ci il tarixdə X4 və 23 oktyabr 2016 ci il tarixdə X5 anadan olmuşdur. Ailə münasibətlərində yaranmış narazılıqlar səbəbindən 2016 cı ildə faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan o, valideyinlərinə məxsus evdə yaşayır. Quba rayon Məhkəməsinin 19 iyul 2022 ci il tarixli 2(027)- 1621/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə onların yetkinlik yaşına çatana qədər 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi aərara alınmışdır. Hal-hazırda X1 8 , X2 7 yaşı vardır. O, qeyd etmişdir ki, uşaqlar məktəbə gedir və onların tələbatları artmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, yeni ailə həyatı qurmuşdur. Həyat yoldaşı hamilədir. Valideynləri yaşlıdır və anası ürək xəstəsidir. Əmək haqqının 70% aliment üçün tutulur. Maddi vəziyyətini nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçiriləcək olan məhkəmə iclası ilə bağlı istifadəsində olan telefon nömrəsinə SMS xəbərdarlığı göndərilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından 15 iyul 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1924/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, 15 iyul 2015 ci il təvəllüdlü X4 və 23 oktyabr 2016 cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər uşaq üçün 136,6 manat, olmaqla, cəmi 273,2 manat məbləğində aliment və uşaqların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-720/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, 15 iyul 2015-ci il təvəllüdlü X4 və 23 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 15 iyul 2015-ci il təvəllüdlü X1 və 23 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-720/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay hər uşaq üçün 300 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşaqların saxlanmasında çətinlik çəkdiyini, həmçinin uşaqların məktəbli olmasını, onların bununla bağlı təlabatının artmasını nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-1621/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq 15 iyul 2015 ci il təvəllüdlü X4 və 23 oktyabr 2016 cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15 iyul 2015 ci il təvəllüdlü X4 və 23 oktyabr 2016 cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-1621/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-573/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-573/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver