Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-575/2024 04.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomaşınına dəyən ziyanın əvəzi olaraq 1250 manat və iş üzrə ödənilmiş 33 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Toyota Prius” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı, avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. O, 03 dekabr 2023-cü il tarixdə, saat 02:18 radələrində Bakı şəhəri, Asif Məhərrəmov küçəsində avtomobilimi yolun kənarında saxladığı yerdən hərəkət etmək istəyərkən, həmin vaxt Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arxadan vuraraq ona məxsus avtomobili əzmişdir. Bu barədə İnzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh təqsirli olmaqla İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Həmin protokoldan da aydın olmuşdur ki, hadisənin baş verməsinə cavabdeh tərəf olmuş və onun təqsiri üzündən nəqliyyat hadisəsi baş vermişdir. Həmin nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobil avtoservis tərəfindən qiymətləndirilmiş və bu barədə akt tərtib edilərək ona məxsus avtomobilə cəmi 1250 manat ziyan dəyməsi müəyyən edilmişdir. O, cavabdehdən dəfələrlə ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə nə pulunun olduğunu nədə ki, sığortasının olmadığını bildirmişdir. Mənim avtomaşınıma cavabdehin təqsiri üzündən ziyan dəyməsinə baxmayaraq, ona dəyən ziyanı könüllü olaraq ödəmək istəmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tarixdə və yerdə həqiqətən də onun iştirakı ilə yol nəqliyyat hadisəsi törənmişdir. Həmin yol nəqliyyat hadisəsi onun günahından olmuşdur və bununla bağlı ora gələn DYP əməkdaşları tərəfindən də inzibati protokol tərtib edilərək cərimə edilmişdir. İstifadəsində olan nəqliyyat vasitəsinin icbari sığortasının müddəti bitdiyindən dəymiş ziyan sığorta şirkəti tərəfindən qarşı tərəfə ödənilməmişdir. İddiaçı ilə dəymiş ziyanın ödənilməsi barədə dəfələrlə danışıq aparılsa da yekun nəticəyə gələ bilməmişdirlər. İddiaçıya dəymiş ziyan məbləği artıq hesablanmışdır. Tələb olunan maddi ziyan məbləği ilə razı deyildir, ziyan məbləğini ödməyə maddi imkanı yoxdur. Həmin məbləğin azaldılmasını istəyir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati Tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh İXP 5876731№li protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilərək 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X1 görünür ki, “Toyota Prius” markalı **-FM-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 1250 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 33 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 03 dekabr 2023-cü il tarixdə, saat 02:18 radələrində X2 markalı, ** UC *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Asif Məhərrəmov küçəsində hərəkət edərkən İddiaçı istifadəsində olan “Toyota Prius” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomaşını arxadan vuraraq əzmiş və nəticədə İddiaçı maddi zərər vurmuşdur. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 469.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində **-FM-*** dövlət qeydiyyat nişanli “Toyota Prius” markalı avtomobilə dəyən maddi ziyan cəmi 1250 manat məbləğində müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia təmin olunmalı, cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1250 (bir min iki yüz əlli) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 33 manat alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cababdeh Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 1250 (bir min iki yüz əlli) manat məbləğində pul və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 33 manat alınaraq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-575/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-575/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver