Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-583/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Müstəqil tələb irəli sürən X12 və X5, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3, Cavabdeh3 vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, müstəqil tələb irəli sürən X12 və X5 üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi, müstəqil tələb irəli sürməyən X14 və X4 cəlb olunmaqla cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı anaları Cavabdeh3 ilə onlar birlikdə idarə etdiyləri üçün onların da vərəsə kimi tanınmaları, paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 3ində qeydiyyatda olmaqla orada yaşayırlar. Ataları mərhum X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra atalarından onlara miras qalan ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evini miras əmlakına faktiki olaraq qəbul edərək təsərrrüfatı birgə idarə etmişlər və bu günə kimi həyatayanı sahənin və evin bütün abadlıq və təmir xərclərini öz vəsaitləri hesabına aparmışlar. Ataları rəhmətə gedəndən sonra vərəsə kimi mirası faktiki qəbul edib idarə etdikləri üçün vərəsəlik şəhadətnaməsi almamışlar. Çünki anaları o evdə faktiki olaraq yaşamışlar. Onlar da ailə daxili öz aralarında razılıq əsasında miras əmlakın bölünməsini anaları sağ olduğu müddət üçün hələlik dayandırmışlar. Amma buna baxmayaraq təsərrüfatı anaları Cavabdeh3 ilə birgə idarə etmişlər. 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, qardaşları Cavabdeh2 həmin miras əmlakı onların razılığı olmadan xx.xx.2020-ci il tarixdə 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında anaları Cavabdeh3 adına qeydiyyata aldırmış, daha sonra həmin miras əmlakın 4Ə-385 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında öz adına bağışlanma etdirmişdir . Buna baxmayaraq nə onların miras payı müəyyən edilməmiş, nə də razılıqları alınmamışdır. Anaları Cavabdeh3 adına vərəsəlik şəhadətnaməsi verilərkən Şabran rayon Notariat kontorunun Notariusu öz təlimatına düzgün əməl etməyərək onların hüquqlarını pozmaqla onları vərəsələr siyahısına daxil etməmiş, qanusuz bir vərəsəlik işi açmışdır. Bunun da nəticəsi olaraq qardaşı Cavabdeh2 saxtakarlıq edərək analarının adından öz adına bağışlanma müqaviləsi yazdırmaqla həmin miras əmlakını tam şəkildə öz adına qeydiyyata aldırmışdır. Onlar və digər bacı qardaşlar atalarından onlara çatacaq miras payını tələb edirlər. Qardaşları Cavabdeh2 həmin evin üzərində heç bir haqqı olmamışdır. Çünki Cavabdeh2 həmin kənddə yaşamamışdır. Həmin evi ataları öləndən sonra da ata mülki kimi onlar qoruyub saxlamışlar. Onlar Şabran rayon Notariat Kontoruna gedib bu barədə şifahi qaydada 2021-ci ilin iyul ayında məlumat almışlar. Analarının adına vərəsəlik şəhadətnaməsi veriləndə Notarius onların vərəsəlik payını müəyyən etməmiş, heç kimdən razılıq ərizəsi almamış bir başa analarını vərəsə kimi qəbul etmişdir. Bundan başqa analarının adından qardaşı Cavabdeh2 bağışlanma olarkən də onların razılığı rəsmi qaydada alınmamışdır. Beləliklə, həmin vərəsəlik işi və bağışlanma müqaviləsi onların bir başa mənafeyinə zidd olaraq qəbul edilmiş, miras əmlkandan payları müəyyən edilməyərək hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh3 öz adından Şabran rayon məhkəməsinə vərəsəlik şəhadətnaməsinin ləğvi və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, oğlu Cavabdeh2 tərəfindən aldadılaraq evi öz adına keçirməsi barədə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini istəmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti də təmin edilmədiyi üçün onlar məcbur qalaraq öz adından məhkəməyə müraciət etməli olmuşlar. Bundan başqa anaları özü də vərəsə kimi onların hüquqlarını pozaraq vərəsəlik şəhadətnaməsi almışdır. Onunla bərabər Cavabdeh1 Notariusu da qanunun şərtlərini pozaraq digər vərəsələrin, yəni onların razılığını tələb etməmişdir. Bununla da həm Şabran Notariat kontorunun Notariusu, həm anaları Cavabdeh3, həm də qardaşı Cavabdeh2 İczaəddin oğlu “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatın, həm də Mülki Məcəllənin müvafiq maddələrinin tələblərinə əsasən onların vərəsəlik hüquqlarını pozmuşdurlar. Sonradan İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək onların da adlarının vərəsələr sırasına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakına vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi və Şabran rayon Notariat Kontoru tərəfindən adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən X12 və X15 cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək onların da adlarının vərəsələr sırasına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakına vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi və Şabran rayon Notariat Kontoru tərəfindən adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 ifadəsində bildirmişdi ki, Şabran rayonu Günəşli kəndində yaşayır, o kənddə ata evləri var. Atası X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onlar 8 övlad olublar. O evin axırıncı övladı olduğu üçün həmin evdə yaşayır. Hələ atasının sağlığında min bir əziyyət çəkərək, mal-qara saxlamaqla qazanc əldə edərək evin bütün təmir xərclərini ödəyib. Bu işdə ona digər qardaşlarının da köməyi olub. Elçinin həmin kənddə evi olub, lakin o kənddə yaşamayıb, o evini 60 000 manata satıb, uzun müddət Rusiyada və Bakıda yaşayıb və atasının vəfatından sonra, anasını aldadaraq qanunsuz yolla evi onlardan xəbərsiz öz adına sənədləşdirib. Həmçinin qeyd etmişdir ki, onun qızı o evdə dünyaya gəlib və o evdə onların payı var. Hal-hazırda anasına o və ailəsi baxır, bir yerdə yaşayırlar. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, İddiaçı1 ifadəsinə uyğun ifadə verərək, iddianın ona aid hissədə pay hüququnun müəyyən edilməsi və təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək, təmin olunmasını, Şabran rayonu Günəşli kəndində mərhum ataları X8 miras qalmış əmlaka pay hüququnun müəyyən edilməsi və səhhətilə bağlı keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən X19 ifadəsində bildirmişdir ki, Şabran rayonu, Beynəlmilər kəndində qeydiyyatdadır, lakin ünvan 1 ünvanında yaşayır. Qeyd etdi ki, Şabran rayon Notariat Kontorunun notariusu öz təlimatına düzgün əməl etməyərək onların hüquqlarını pozmaqla qanusuz bir vərəsəlik işi açmışdır. Qardaşları Elçin anlarını aldadaraq, digər vərəsələrin razılığı olmadan qanunsuz yolla atalarından qalan miras əmlakı bağışlanma ilə öz adına sənədləşdirmişdir. Anaları Odur ki, vərəsəlik şəhadətnaməsinin və bağışlanma müqaviləsinin ləğv edərək, evin və torpağın analarına qaytarılmasını, Şabran rayon Notariat Kontoru tərəfindən vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsini, vərəsələrin paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman müstəqil tələb irəli sürən X15 iddianı müdafiə edərək ifadəsində bildirmişdi ki, o Sumqayıtda yaşayır, lakin tez-tez anasını görməyə gəlib, anasına qardaşları, ələxsus Nizam baxmış, qayğısına qalmışdır. Hazırda vərəsələrin paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, o övladlarına evi öz adına keçirməsini demiş, lakin sonradan başa düşmüşdür ki, Elçin onu aldadaraq evi və torpağı öz adına sənədləşdirmişdir. Sonradan bu barədə məhkəmədə iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Həqiqətən ona hazırda Elçin deyil, digər oğlanları və qızları ona baxır. İddianı təmin olunmasını, mərhum ərindən miras qalmış əmlakın ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili Vəkil1 ifadəsində bildirmişdi ki, müvvəkkili Cavabdeh3 oğlu Cavabdeh2 tərəfindən aldadılıb. O oğlu Elçinə güvənib, Elçin bu etibardan sui-istifadə edərək, miras əmlakı öz adına rəsmləşdirmişdir. Cavabdeh3 onun bu əməlindən çox təsirləndiyi üçün intihara cəhd göstərib. Əmlak birgə nikah dövründə əldə olunmuş, mərhum atalarından qalan mirası iddiaçılar qəbul etmişlər, bu barədə notariusa sorğu da verilmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, ifadəsində bildirmişdir ki, atası 2009-cu il tarixdə vəfat etmişdir, 2010-cu ildə atasından qalan evi və 10 sot torpaq sahəsini anası vərəsəliklə qəbul etmiş və sonra da anası öz xoşu ilə ona bağışlamışdır. 2006-cı ildə Nizam ailədən çıxıb getmiş, böyük qardaşı Mübariz Gədikqışlaq kəndində yaşayır. Atası vəfat etdikdən sonra qardaşları anaları ilə maraqlanmamışlar. Anasının evi ona bağışlaması barədə böyük qardaşı Mübarizin və Nazimin məlumatı olmuşdur. Vaxtilə ona ev tikilmədiyinə görə, bu səbəbdən anası atasından qalan əmlakı ona bağışlamışdır. Notariusda hansı sənədi tələb ediblərsə, o həmin sənədləri təqdim etmiş, notariusda digər vərəsələr barədə heç nə soruşulmamışdır. Sənədləşmə işində qeyri-qanuni hərəkətə yol verilməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə edərək müstəqil tələb irəli sürməyən X6 və X1 öz paylarından onun xeyrinə imtina etdiklərini və bu barədə ərizə verə biləcəklərini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək, ifadəsində bildirmişdi ki, Ürfət xanım ərindən qalan əmlakı qəbul edib, sonra da oğlu Elçinə bağışlayıb, digər vərəsələr tərəfindən əmlakın qəbul edilməsi barədə notariusa müraciət edilməmişdir. Vərəsəlik şəhadətnaməsi üzrə iddia müddətlər buraxılmışdır. Məsələyə digər tərəfdən yanaşdığda, evin tək mülkiyyətçisi İbadov İcazəddin olub, o vəfat etdikdən sonra əmlakı Ürfət xanım qəbul edib. Cavabdeh3 Şabran Rayon Məhkəməsinə vərəsəlik şəhadətnaməsinin ləğvi və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edib, lakin Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti də təmin edilməmişdir. Həmçinin qeyd etdi ki, iddiaçılar iddia tələbi ilə bağlı müddətləri ötürmüşdülər. Ona görə də göstərilənlərin nəzərə alınmasını və iddia müddətlərinin tətbiqi barədə ərizəni nəzərə almaqla tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən X14 və X4 məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmi, habelə nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların, cavabdehlərin, onların vəkilərinin və müstəqil tələb irəli sürən şəxslərin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ИЕ 275644 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X18 arasında xx.xx.1963-cü ildə nikah bağlanmış, nikahdan sonra qadın “İbadova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ 408183 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 3ində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında yaşayış evi tam, torpaq sahəsi ümumi birgə payla X13, torpaq sahəsi ümumi birgə payla Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli kitabın 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 3ində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında yaşayış evi ¾ hissədə, torpaq sahəsi 7/8 hissədə Cavabdeh3, yaşayış evi 1/4 hissədə, torpaq sahəsi 1/8 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli kitabın 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 vərəsəsələri arvadı- Cavabdeh3, oğlu- Cavabdeh2 miras əmlakdan ¼ hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Şabran rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-186 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, birgə nikah dövründə əldə olunmuş AR ƏMDK yanında DƏDRX-nin Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X16 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin mərhum X16 düşən hisəsindən Cavabdeh3 ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən göründüyü kümi, Hədiyyə verən- Cavabdeh3 ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəssindən ¾ hissəni, 0.1 ha torpaq sahəsinin 7/8 hissəsini oğlu, hədiiyə alan- Cavabdeh2 mülkiyyətinə bağışlayır. İş materiallarında olan A3 ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1967-ci ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. İş materiallarında olan İ-ЖГ 347928 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. İş materiallarında olan İİİ-ЖГ 290347 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışdan da göründüyü kimi, mərhum X13 ölümündən sonra ondan miras qalmış ünvan 3ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək birgə təsərrüfat aparmaqla evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına etmişlər. 10 yanvar 2022-ci il tarixli ünvan 3ində tərtib olunmuş aktdan məlum olur ki, 1930-cu il təvəllüdlü X20 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakı mərhumun oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək, təsərrüfatı birgə idarə edib, evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına aparmışdılar, bu gün də həmin miras əmlak mərhumun oğlanları İddiaçı1, İddiaçı2 və İddiaçı3 və arvadı Cavabdeh3 birgə istifadəsindədir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Şabran rayon Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3603/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3ində yerləşən ümumi sahəsi əmlakın mülkiyyətçisi X20 vəfat etdikdən sonra mərhumun həyat yoldaşı Cavabdeh3 və oğlu Cavabdeh2 mirası qəbul etdiklərinə əsaslanmaqla notariat kontoruna müraciət etmiş və notarius hər iki vərəsəyə müvafiq pay üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh3 miras əmlakdan qəbul etdiyi payı bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Daha sonra Cavabdeh3 bağışlamanı məhkəmə qaydasında mübahisələndirsə də, iddiası Şabran rayon Məhkəməsinin qətnaməsilə təmin edilməmiş, apellyasiya və kassasiya şikayətləri də təmin edilməməklə qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, müstəqil tələb irəli sürən X19 və X15 digər vərəsələrə vərəsəlik şəhadətnaməsi verilən vaxta miras əmlakın artıq uzun müddət əvəldən həmçinin onlar tərərfindən faktiki qəbul olunmasını və ona görə də vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və və miras əmlakda payların müəyyən edilməsini tələb etmişlər. Cavabdehin vəkili iddiaçıların iddia tələbi ilə bağlı müddətləri ötürdükləri üçün iddianın bu hissədə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd şəhadətnamə və çıxarışın alınması hissəsində icra edilsə də, sahiblik və istifadə hissəsində icrasına başlanmadığından iddia müddətləri ötməmişdir. Məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığına qiymət verilərkən əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yükqoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. İşin hallarından göründüyü kimi, X20 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra mirasın qəbulunun qanunla müəyyən olunmuş müddəti ötürülməklə xx.xx.2020-ci il tarixdə vərəsələrdən ikisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Habelə, miras əmlakın yerləşdiyi yer digər vərəsələrdən bəzilərinin daimi yaşadıqları yerdə yerləşsə də, ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, həmçinin digər vərəsələrin də əmlakı faktiki qəbul edib-etməmələri yoxlanılmamışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak kimi mərhuma düşən hissə ümumilikdə qeyd edilmiş və miras əmlak ümumi birgə mülkiyyət kimi müəyyən edilsə də və müvafiq çıxrışda paylar müəyyən olunmadan +la pa, vərəsələrə miras əmlakın ¼ olmaqla pay verilməsi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Cavabdeh tərəf bağışlama müqaviləsinin daha əvvəl mübahisələndilməklə qanuni qüvvəyə minmiş qətnamələrin mövcudluğu baxımından hazırda mübahisələndirilməsinin mümkünsüzlüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar həmin işdə iştirak edən şəxslər (iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh2 və Şabran rayon Notariat Kontoru) tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilmədiyi üçün məhkəmə qətnaməsinin preyudisiallığı hazırki iş üzrə tərəflərə aid edilə bilməz. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə bağışlamanın etibarsızlığı vərəsəlik şəhadətnaməsinin etibarsızlığından irəli gələn tələb olduğundan və miras əmlakın birgə nikah dövründə əldə olunmasını tərəflər təsdiq etməklə mübahisələndirmədiklərindən, bağışlama müqaviləsinin müqavilənin tərəfləri (Cavabdeh3 və Cavabdeh2) üçün Cavabdeh3 məxsus payların (həm 1/2 , mirasdan bölünən) bağışlanması hissəsində qətnamə üzrə preyudisiallıq nəzərə alınmalı, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid ½ hissənin bağışlanması hissəsində ləğv edilməlidir. Habelə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. İddia həmçinin Şabran rayon Notariat Kontoru tərəfindən adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi hissəsində də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə də, Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid ½ hissənin bağışlanması hissəsində ləğv edilməli, bu əsasla Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X8 miras qalmış ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsi və ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət mirasın X16 aid ½ hissənin onun vərəsəli olan İddiaçı1 1/18 hissədə, İddiaçı2 1/18 hissədə, İddiaçı3 1/18 hissədə, X14 1/18 hissədə, X3 1/18 hissədə və X19 1/18 hissədə, X15 1/18 hissədə və Cavabdeh3 1/18 payının və əmlakın ½ hissəsinin bağışlanması nəzərə alınmaqla (1/2+1/18+1/18= Cavabdeh2 11/18 hissədə pay hüququ müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Müstəqil tələb irəli sürən X12 və X5 iddiası qismən təmin olunsun. Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid vərəsəliklə qəbul edilmiş ½ hissənin bağışlanması hissəsində ləğv edilsin. Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. X8 miras qalmış ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsi və ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət mirasa İddiaçı1 1/18 hissədə, İddiaçı2 1/18 hissədə, İddiaçı3 1/18 hissədə, X14 1/18 hissədə, X2 1/18 hissədə və X17 1/18 hissədə, X9 1/18 hissədə və Cavabdeh2 11/18 hissədə pay hüququ müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən X12 və X5 iddiası qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-583/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-583/2023
27.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver