Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-502/2023 13.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 İddiaçı1 Cavabdeh3 və 3-cü şəxs X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi) vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin sədri X4 özü-özünə verdiyi etiraza аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020ci il tarixli, 2V187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum ataları X3 miras qalmış Şabran rayonu, Günəşli kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı anaları Cavabdeh3 ilə onlar birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmaqları, paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin sədri X7 özü-özünə etirаz verərək, etirаzı bаxılmаsı üçün Sumqayıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Etiraz onunla əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə hazırlıq iclası keçirilmiş və məhkəmə iclası bir neçə dəfə qanuni əsaslarla təxirə salınmışdır. Sonuncu məhkəmə iclası 06 dekabr 2022-ci il tarixə təxirə alınmışdır. 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsindən zəng olunaraq bildirilmişdir ki, hazırki iş üzrə İddiaçı1 onun barəsində şikayətlər yazmışdır. Şikayətində hüquqlarının pozulduğunu, onunla Cavabdeh3 vəkili Vəkil1 arasında görüşmələr və sövdələşmələr olduğunu bildirmişdir. Həmin şikayətlə bağlı tərəfindən tərtib olunmuş arayış və Vəkil1 ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə göndərilmişdir. Həmin arayışın və ərizənin surəti işə əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, həqiqətən də hakim Ç.İsgəndərovun sədrliyi ilə aparılan işdən narazıdır, ondan şikayətçidir və şikayətlərini davam etdirəcəkdir. Bu işlə bağlı əvvəllər də onların ziyanına qərar vermişdir. Artıq onda şübhələr yaranır ki, gələcəkdə iş üzrə yenə də qərəzli qərar qəbul ediləcəkdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı1 iş üzrə heç bir şikayəti olmadığını, iş üzrə ədalətli qərar qəbul ediləcəyinə inamlı olduğunu bildirsə də, lakin sonradan hakimə qarşı mövqeyini dəyişmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 birinci instansiya məhkəməsinin hakiminin özü-özünə verdiyi etiraz məsələsinə etiraz etməyərək, sonda məsafənin daha yaxın olması baxımından mülki işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 və 3-cü şəxs X5 mülki işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə kollegiyası etirazı iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, eləcə də işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, etiraz əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir. 19.1 və 19.1.7-ci maddələrinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. -22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. -23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prosesində hakimin qərəzsizliyi işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Ədalətli məhkəmə aktının qəbul edilməsinə nail olmaq üçün qərəzsiz məhkəmənin olması milli və beynəlxalq hüququn tələbi, eyni zamanda ədalət mühakiməsinin həyata keçirilməsinin əsas şərtidir. Ədalət mühakiməsinin bütün şübhələrdən kənar həyata keçirilməsi baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hakimə edilmiş etiraz təmin olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki Şabran Rayon Məhkəməsinin sədri X7 tərəfindən verilmiş özü-özünə etirаz təmin edilməli və məsаfənin yaxın olması bаxımındаn mülki iş bаxılmаsı üçün Quba Rаyоn Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18,19, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı : Şabran Rayon Məhkəməsinin hakimi (sədri) X4 özü-özünə verdiyi etiraz təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi) vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-502/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-502/2023
13.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver