Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-108/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X19 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X5 və X12 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (müstəqil tələb irəli sürən X12 və X5 üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi, müstəqil tələb irəli sürməyən X14 və X4 cəlb olunmaqla) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(027)-583/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək onların da adlarının vərəsələr siyahısına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 4ində 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlakını faktiki olaraq qəbul edərək bu günə kimi həmin təsərrüfatı anaları Cavabdeh3 ilə onlar birlikdə idarə etdikləri üçün onların da vərəsə kimi tanınmaları, paylarının müəyyən edilməsi və adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4ində qeydiyyatda olmaqla orada yaşayırlar. Ataları mərhum X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra atalarından onlara miras qalan ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul edərək təsərrüfatı birgə idarə etmişlər və bu günə kimi həyətyanı sahənin və evin bütün abadlıq və təmir xərclərini öz vəsaitləri hesabına aparmışlar. Ataları rəhmətə gedəndən sonra vərəsə kimi mirası faktiki qəbul edib idarə etdikləri üçün vərəsəlik şəhadətnaməsi almamışlar. Onlar da ailə daxili öz aralarında razılıq əsasında miras əmlakın bölünməsini anaları sağ olduğu müddət üçün hələlik dayandırmışlar. Amma buna baxmayaraq təsərrüfatı anaları Cavabdeh3 ilə birgə idarə etmişlər. 2021-ci ilin iyul ayında məlum olmuşdur ki, qardaşları Cavabdeh2 həmin miras əmlakı onların razılığı olmadan xx.xx.2020-ci il tarixdə 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında anaları Cavabdeh3 adına qeydiyyata aldırmış, daha sonra həmin miras əmlakın 4Ə-385 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında öz adına bağışlanma etdirmişdir. Buna baxmayaraq nə onların miras payı müəyyən edilməmiş, nə də razılıqları alınmamışdır. Anaları Cavabdeh3 adına vərəsəlik şəhadətnaməsi verilərkən Şabran rayon Notariat kontorunun Notariusu öz təlimatına düzgün əməl etməyərək onların hüquqlarını pozmaqla onları vərəsələr siyahısına daxil etməmiş, qanusuz bir vərəsəlik işi açmışdır. Bunun da nəticəsi olaraq qardaşı Cavabdeh2 saxtakarlıq edərək analarının adından öz adına bağışlanma müqaviləsi yazdırmaqla həmin miras əmlakını tam şəkildə öz adına qeydiyyata aldırmışdır. Onlar və digər bacı qardaşlar atalarından onlara çatacaq miras payını tələb edirlər. Qardaşları Cavabdeh2 həmin evin üzərində heç bir haqqı olmamışdır. Çünki Cavabdeh2 həmin kənddə yaşamamışdır. Həmin evi ataları öləndən sonra da ata mülki kimi onlar qoruyub saxlamışlar. Onlar Şabran rayon Notariat Kontoruna gedib bu barədə şifahi qaydada 2021-ci ilin iyul ayında məlumat almışlar. Analarının adına vərəsəlik şəhadətnaməsi veriləndə Notarius onların vərəsəlik payını müəyyən etməmiş, heç kimdən razılıq ərizəsi almamış bir başa analarını vərəsə kimi qəbul etmişdir. Bundan başqa analarının adından qardaşı Cavabdeh2 bağışlanma olarkən də onların razılığı rəsmi qaydada alınmamışdır. Beləliklə, həmin vərəsəlik işi və bağışlanma müqaviləsi onların bir başa mənafeyinə zidd olaraq qəbul edilmiş, miras əmlkandan payları müəyyən edilməyərək hüquqları kobudcasına pozulmuşdur. Cavabdeh3 öz adından Şabran Rayon Məhkəməsinə vərəsəlik şəhadətnaməsinin ləğvi və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, oğlu Cavabdeh2 tərəfindən aldadılaraq evi öz adına keçirməsi barədə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini istəmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti də təmin edilmədiyi üçün onlar məcbur qalaraq öz adından məhkəməyə müraciət etməli olmuşlar. Bundan başqa anaları özü də vərəsə kimi onların hüquqlarını pozaraq vərəsəlik şəhadətnaməsi almışdır. Onunla bərabər Cavabdeh1 notariusu da qanunun şərtlərini pozaraq digər vərəsələrin, yəni onların razılığını tələb etməmişdir. Bununla da həm Şabran Notariat kontorunun notariusu, həm anaları Cavabdeh3, həm də qardaşı Cavabdeh2 “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatın, həm də Mülki Məcəllənin müvafiq maddələrinin tələblərinə əsasən onların vərəsəlik hüquqlarını pozmuşlar. Sonradan İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək onların da adlarının vərəsələr sırasına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kv.m., yardımçı sahəsi 136.5 kv.m. olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlaka vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi və Şabran rayon Notariat Kontoru tərəfindən adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Müstəqil tələb irəli sürən X21 və X15 cavabdeh Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin və cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilərək onların da adlarının vərəsələr sırasına daxil edilməklə mərhum ataları X8 miras qalmış ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsində yerləşmiş ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət miras əmlaka vərəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi və Şabran rayon Notariat Kontoru tərəfindən adlarına vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, Şabran rayonu Günəşli kəndində yaşayır, o kənddə ata evləri var. Atası X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onlar 8 övlad olublar. O evin axırıncı övladı olduğu üçün həmin evdə yaşayır. Hələ atasının sağlığında min bir əziyyət çəkərək, mal-qara saxlamaqla qazanc əldə edərək evin bütün təmir xərclərini ödəyib. Bu işdə ona digər qardaşlarının da köməyi olub. Elçinin həmin kənddə evi olub, lakin o kənddə yaşamayıb, o evini 60 000 manata satıb, uzun müddət Rusiyada və Bakıda yaşayıb və atasının vəfatından sonra, anasını aldadaraq qanunsuz yolla evi onlardan xəbərsiz öz adına sənədləşdirib. Həmçinin qeyd etmişdir ki, onun qızı o evdə dünyaya gəlib və o evdə onların payı var. Hal-hazırda anasına o və ailəsi baxır, bir yerdə yaşayırlar. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, İddiaçı1 ifadəsinə uyğun izahat verərək, iddianın ona aid hissədə pay hüququnun müəyyən edilməsi və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı3 məhkəməyə ərizə ilə müraciət edərək, təmin olunmasını, Şabran rayonu Günəşli kəndində mərhum ataları X8 miras qalmış əmlaka pay hüququnun müəyyən edilməsi və səhhətilə bağlı keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən müstəqil tələb irəli sürən X21 izahatında bildirmişdir ki, Şabran rayonu, Beynəlmilər kəndində qeydiyyatdadır, lakin ünvan 1 ünvanında yaşayır. Qeyd etdi ki, Şabran rayon Notariat Kontorunun notariusu öz təlimatına düzgün əməl etməyərək onların hüquqlarını pozmaqla qanusuz bir vərəsəlik işi açmışdır. Qardaşları Elçin analarını aldadaraq, digər vərəsələrin razılığı olmadan qanunsuz yolla atalarından qalan miras əmlakı bağışlanma ilə öz adına sənədləşdirmişdir. Anaları vərəsəlik şəhadətnaməsinin və bağışlanma müqaviləsinin ləğv edilərək, evin və torpağın analarına qaytarılmasını, Şabran rayon Notariat Kontoru tərəfindən vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsini, vərəsələrin paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən müstəqil tələb irəli sürən X15 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o Sumqayıtda yaşayır, lakin tez-tez anasını görməyə gəlib, anasına qardaşları, ələxsus Nizam baxmış, qayğısına qalmışdır. Hazırda vərəsələrin paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, o övladlarına evi öz adına keçirməsini demiş, lakin sonradan başa düşmüşdür ki, Elçin onu aldadaraq evi və torpağı öz adına sənədləşdirmişdir. Sonradan bu barədə məhkəmədə iddia qaldırsa da, iddiası təmin edilməmişdir. Həqiqətən ona hazırda Elçin deyil, digər oğlanları və qızları ona baxır. İddianın təmin olunmasını, mərhum ərindən miras qalmış əmlakın ona geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh3 vəkili Vəkil1 bildirmişdir ki, müvvəkkili Cavabdeh3 oğlu Cavabdeh2 tərəfindən aldadılıb. O oğlu Elçinə güvənib, Elçin bu etibardan sui-istifadə edərək, miras əmlakı öz adına rəsmləşdirmişdir. Cavabdeh3 onun bu əməlindən çox təsirləndiyi üçün intihara cəhd göstərib. Əmlak birgə nikah dövründə əldə olunmuş, mərhum atalarından qalan mirası iddiaçılar qəbul etmişlər, bu barədə notariusa sorğu da verilmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, atası 2009-cu il tarixdə vəfat etmişdir, 2010-cu ildə atasından qalan evi və 10 sot torpaq sahəsini anası vərəsəliklə qəbul etmiş və sonra da anası öz xoşu ilə ona bağışlamışdır. 2006-cı ildə Nizam ailədən çıxıb getmiş, böyük qardaşı Mübariz Gədikqışlaq kəndində yaşayır. Atası vəfat etdikdən sonra qardaşları anaları ilə maraqlanmamışlar. Anasının evi ona bağışlaması barədə böyük qardaşı Mübarizin və Nazimin məlumatı olmuşdur. Vaxtilə ona ev tikilmədiyinə görə, bu səbəbdən anası atasından qalan əmlakı ona bağışlamışdır. Notariusda hansı sənədi tələb ediblərsə, o həmin sənədləri təqdim etmiş, notariusda digər vərəsələr barədə heç nə soruşulmamışdır. Sənədləşmə işində qeyri-qanuni hərəkətə yol verilməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə edərək müstəqil tələb irəli sürməyən X6 və X1 öz paylarından onun xeyrinə imtina etdiklərini və bu barədə ərizə verə biləcəklərini bildirmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Ürfət xanım ərindən qalan əmlakı qəbul edib, sonra da oğlu Elçinə bağışlayıb, digər vərəsələr tərəfindən əmlakın qəbul edilməsi barədə notariusa müraciət edilməmişdir. Vərəsəlik şəhadətnaməsi üzrə iddia müddətlər buraxılmışdır. Məsələyə digər tərəfdən yanaşdığda, evin tək mülkiyyətçisi İbadov İcazəddin olub, o vəfat etdikdən sonra əmlakı Ürfət xanım qəbul edib. Cavabdeh3 Şabran Rayon Məhkəməsinə vərəsəlik şəhadətnaməsinin ləğvi və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edib, lakin Şabran Rayon Məhkəməsinin 2(031)- 654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti də təmin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçılar iddia tələbi ilə bağlı müddətləri ötürmüşlər. Ona görə də göstərilənlərin nəzərə alınmasını və iddia müddətlərinin tətbiqi barədə ərizəni nəzərə almaqla tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(027)-583/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, müstəqil tələb irəli sürən X12 və X5 iddiasının qismən təmin olunması, Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin X16 aid vərəsəliklə qəbul edilmiş ½ hissənin bağışlanması hissəsində ləğv edilməsi, Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X8 miras qalmış ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsi və ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət mirasa İddiaçı1 1/18 hissədə, İddiaçı2 1/18 hissədə, İddiaçı3 1/18 hissədə, X14 1/18 hissədə, X2 1/18 hissədə və X17 1/18 hissədə, X9 1/18 hissədə və Cavabdeh2 11/18 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən X12 və X5 iddiasının qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(027)-583/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Belə ki, qanunun tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Lakin iş materiallarından görünür ki, vərəsələr notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmişlər, əmlaka sahiblik etməmişlər, əmlakı idarə etməyə faktik başlamamışlar və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməmişlər. Qanunun tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi vərəsələr qanunla müəyyən olunmuş müddəti ötürmüşlər. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməmişlər. Lakin buna baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etmişdir. Ümumiyyətlə iddiaçılar bütün prosessual müddətləri ötürmüşlər. Bu barədə iddia müddətinin tətbiqi barədə məhkəmə ərizə də vermişlər. Lakin məhkəmə əsassız olaraq iddia müddətini tətbiq etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 354.1-ci əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2020- ci ildə verilmiş, bağışlanma müqaviləsi isə xx.xx.2020-ci il tarixdə olmuşdur. İddiaçılar isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişlər. Bununla da qanunla müəyyən olunmuş müddəti ötürmüşlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci i l tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Məhkəmə hesab etmişdir ki, əhəmiyyətsiz əqd şəhadətnamə və çıxarışın alınması hissəsində icra edilsə də, sahiblik və istifadə hissəsində icrasına başlanmadığından iddia müddətləri ötməmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmırlar. Belə ki, mübahisə edilən miras əmlakı onun mülkiyyətində, istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh3 miras əmlakı qəbul etmiş və ona bağışlamışdır. Belə olan halda iddia tələbinin təmin olunması qanunverciliyin tələbinə ziddir. Cavabdeh3 iddia tələbini qəbul etsə də, bu iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Belə ki, MPM-nin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hesab edir ki, cavabdeh Ürfət Qasımovun iddia tələbini etiraf etməsi qanuna ziddir və onun hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışdan da göründüyü kimi, mərhum X13 ölümündən sonra ondan miras qalmış ünvan 4ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək birgə təsərrüfat aparmaqla evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına etmişlər. 10 yanvar 2022-ci il tarixli ünvan 4ində tərtib olunmuş aktdan məlum olur ki, 1930-cu il təvəllüdlü X20 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 4ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakı mərhumun oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək, təsərrüfatı birgə idarə edib, evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına aparmışdılar, bu gün də həmin miras əmlak mərhumun oğlanları İddiaçı1, İddiaçı2 və İddiaçı3 və arvadı Cavabdeh3 birgə istifadəsindədir. Hesab edirlər ki, Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayış mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki iddiaçı tərəf mübahisəli mənzili faktiki olaraq qəbul etməmişlər. Onların hər birinin evləri var və öz evlərində yaşamışlar. Yəni Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışda qeyd olunanlar heç bir həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında blə bir hüquqi mövqe ifadə olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Cavabdeh3 miras əmlakı qəbul etmiş və qanunverciliyin tələbinə uyğun olaraq əmlakı ona bağışlamışdır. Əmlakın mülkiyyətçisi Cavabdeh3 olmuş və o, da öz növbəsində əmlakı ona bağışlamışdır. Onun ona qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddiası isə təmin edilməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi təmin oluna bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15 və X21 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 əvvəl məhkəməyə ünvanladığı ərizəni müdafiə etmədiyini, onun da payının müəyyən edilməli olduğunu, buna görə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər İddiaçı3, Cavabdeh1 nümayəndəsi, üçüncü şəxslər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsi, müstəqil tələb irəli sürməyən X14 və X4 məhkəmə iclasına gəlməmişlər. Şabran Rayon Dövlət Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ИЕ 275644 seriya və nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X18 arasında xx.xx.1963cü ildə nikah bağlanmış, nikahdan sonra qadın “İbadova” soyadını qəbul etmişdir. İş materiallarında olan AZ-İ 408183 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 4ində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında yaşayış evi tam, torpaq sahəsi ümumi birgə payla X13, torpaq sahəsi ümumi birgə payla Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli kitabın 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 4ində 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında yaşayış evi ¾ hissədə, torpaq sahəsi 7/8 hissədə Cavabdeh3, yaşayış evi 1/4 hissədə, torpaq sahəsi 1/8 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli kitabın 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X13 vərəsəsələri arvadı- Cavabdeh3, oğlu- Cavabdeh2 miras əmlakdan ¼ hissədə payları müəyyən olunmuşdur. İş materiallarında olan Şabran rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-186 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, birgə nikah dövründə əldə olunmuş AR ƏMDK yanında DƏDRX-nin Ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X16 verilmiş **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən göründüyü kümi, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinin mərhum X16 düşən hisəsindən Cavabdeh3 ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən göründüyü kümi, Hədiyyə verən- Cavabdeh3 ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44,2 kv.m, yardımçı sahəsi 136,5 kv.rn olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə onlara məxsus hissəssindən ¾ hissəni, 0.1 ha torpaq sahəsinin 7/8 hissəsini oğlu, hədiiyə alan- Cavabdeh2 mülkiyyətinə bağışlayır. İş materiallarında olan A3 ******* seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1967-ci ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. İş materiallarında olan İ-ЖГ 347928 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. İş materiallarında olan İİİ-ЖГ 290347 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1975-ci ildə anadan olmuş, atası qrafasında X20, anası qrafasında Cavabdeh3 qeyd olunmuşdur. Şabran rayon RİHB-nın Ağalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13 saylı arayışdan da göründüyü kimi, mərhum X13 ölümündən sonra ondan miras qalmış ünvan 4ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək birgə təsərrüfat aparmaqla evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına etmişlər. 10 yanvar 2022-ci il tarixli ünvan 4ində tərtib olunmuş aktdan məlum olur ki, 1930-cu il təvəllüdlü X20 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 4ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakı mərhumun oğlanlarından İddiaçı1, İddiaçı2 və İddiaçı3 anaları Cavabdeh3 ilə birlikdə miras əmlakı kimi fakitiki olaraq qəbul edərək, təsərrüfatı birgə idarə edib, evin və həyətyanı sahənin bütün abadlıq və təmir xərclərini bu günə kimi öz vəsaitləri hesabına aparmışdılar, bu gün də həmin miras əmlak mərhumun oğlanları İddiaçı1, İddiaçı2 və İddiaçı3 və arvadı Cavabdeh3 birgə istifadəsindədir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Şabran rayon Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3603/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi, iddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-654/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıması qət edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, ünvan 4ində yerləşən ümumi sahəsi 180.7 kv.metr, yaşayış sahəsi 44.2 kv.metr, yardımçı sahəsi 136.5 kv.metr olan 3 otaqlı fərdi yaşayış evini əmlakın mülkiyyətçisi X20 vəfat etdikdən sonra mərhumun həyat yoldaşı Cavabdeh3 və oğlu Cavabdeh2 mirası qəbul etdiklərinə əsaslanmaqla notariat kontoruna müraciət etmiş və notarius hər iki vərəsəyə müvafiq pay üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Cavabdeh3 miras əmlakdan qəbul etdiyi payı bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 bağışlamışdır. Daha sonra Cavabdeh3 bağışlamanı məhkəmə qaydasında mübahisələndirsə də, iddiası Şabran rayon Məhkəməsinin qətnaməsilə təmin edilməmiş, apellyasiya və kassasiya şikayətləri də təmin edilməməklə qətnamə dəyişdirilmədən saxlanmışdır. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığına qiymət verilərkən əvvəlcə miras əmlaka faktiki sahiblik etməklə və idarə etməklə miras əmlakın faktiki qəbul edilib-edilməməsi müəyyən olunmalıdır. Bu zaman AR Konstitusiyasının 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat, habelə sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1402/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (müstəqil tələb irəli sürən X12 və X5, üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz İdarəsi, müstəqil tələb irəli sürməyən X14 və X4 cəlb olunmaqla) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1na qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya icraatı Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılanadək dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi, qərar dərc olunduğu gündən qüvvəyə mindiyi qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin məcəllənin 214-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 həmin miras əmlakı iddiaçıların razılığı olmadan xx.xx.2020-ci il tarixdə 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında anaları Cavabdeh3 adına qeydiyyata aldırmış, daha sonra həmin miras əmlakın 4Ə-385 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında öz adına bağışlanma etdirmişdir. Buna baxmayaraq nə onların miras payı müəyyən edilməmiş, nə də razılıqları alınmamışdır. Bununla da iddiaçıların xəbərləri və razılıqları olmadan miras əmlak qanunsuz olaraq özgəninkiləşdirilmiş, onların mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşin hallarından göründüyü kimi, X20 xx.xx.2009-cu il tarixdə vəfat etdikdən sonra Cavabdeh1 mirasın qəbulunun qanunla müəyyən olunmuş müddəti ötürülməklə xx.xx.2020-ci il tarixdə vərəsələrdən ikisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Habelə, miras əmlakın yerləşdiyi yer digər vərəsələrdən bəzilərinin daimi yaşadıqları yerdə yerləşsə də, ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, həmçinin digər vərəsələrin də miras əmlakı qəbul edib-etməmələri yoxlanılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilmiş qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar həmin işdə iştirak edən şəxslər (iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh2 və Şabran rayon Notariat Kontoru) tərəfindən hazırki məhkəmə prosesində mübahisələndirilmədiyi üçün məhkəmə qətnaməsinin preyudisiallığı hazırki iş üzrə tərəflərə aid edilə bilməz. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə bağışlamanın etibarsızlığı vərəsəlik şəhadətnaməsinin etibarsızlığından irəli gələn tələb olduğundan və miras əmlakın birgə nikah dövründə əldə olunmasını tərəflər təsdiq etməklə mübahisələndirmədiklərindən, bağışlama müqaviləsinin müqavilənin tərəfləri (Cavabdeh3 və Cavabdeh2) üçün Cavabdeh3 məxsus payların (həm 1/2 , mirasdan bölünən) bağışlanması hissəsində qətnamə üzrə preyudisiallıq nəzərə alınmalı, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid ½ hissənin bağışlanması hissəsində etibarsız hesab edilməlidir. Habelə Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Beləliklə də, Şabran Rayon Notariat Kontoru tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-187 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid ½ hissənin bağışlanması hissəsində etibarsız hesab edilməli, bu əsasla Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, **********45-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməli, X8 miras qalmış ünvan 4ində yerləşən 0.10 ha torpaq sahəsi və ümumi sahəsi 180.7 kvm, yaşayış sahəsi 44.2 kvm, yardımçı sahəsi 136.5 kvm olan 3 otaqlı fərdi yaşayış evindən ibarət mirasın X16 aid ½ hissənin onun vərəsəli olan İddiaçı1 1/18 hissədə, İddiaçı2 1/18 hissədə, İddiaçı3 1/18 hissədə, X14 1/18 hissədə, X3 1/18 hissədə və X21 1/18 hissədə, X15 1/18 hissədə və Cavabdeh3 1/18 payının və əmlakın ½ hissəsinin bağışlanması nəzərə alınmaqla (1/2+1/18+1/18= Cavabdeh2 11/18 hissədə pay hüququ müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birgə iddiaçıların iddia tələbi bağışlama müqaviləsinin etibarsızlığı və miras paylarının müəyyən edilməsi ilə əlaqədar olduğundan, bununla əlaqədar birinci instansiya məhkəməsi verilmiş iddia tələbinin dəlilləri üzrə maddi hüquq normalarını düzgün tətbiq etmiş, bağışlama müqaviləsinin etibarsızlığını maddi hüquq normalarına əsasən düzgün əsaslandırmış, lakin qətnamənin nəticə hissəsində mirasın qəbulu ilə bağlı həmin hissəsi aşağıdakı kimi qeyd etmişdir: “Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 4Ə-385 reyestr nömrəli bağışlama müqaviləsi X16 aid vərəsəliklə qəbul edilmiş ½ hissənin bağışlanması hissəsində ləğv edilsin”. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, bu qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasındakı hazırkı əsas mübahisə qəbul edilmiş miras paylarının müəyyən edilməsi ilə bağlıdır. Buna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(027)-583/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-108/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-108/2024
25.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver