Məhkəmə qərarları › İş №2(027)-589/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-589/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-589/2024 25.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və ona hesablanmış faiz məbləğinin alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* (üç milyon doqquz yüz əlli min) rus rublunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə arasında olan razılıq əsasında, Quba rayonu 1-ci Nügədi kəndində cavabdehə qaytarmaq şərti ilə 300.000 (üç yüz min) rus rublu özünə fərdi ev tikmək üçün, 3.650000 (üç milyon altı yüz əlli min) rus rublu isə komersiya məqsədi ilə vermişdir. Belə ki, o, cavabdehə 2016-cı ilin sentyabr ayında qaytarmaq şərti ilə cavabdehə ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borc pul vermişdir. Cavabdeh aldığı borc pul məbləğini 2020-ci ilə qədər qaytaracağına söz versə də buna əməl etməmişdir. Bildirmişdir ki, 2020-ci il tarixində borcun qaytarılması ilə bağlı cavabdehlə aralarında mübahisə olmuş və Quba rayon PŞnin Quba rayonu 1-ci Nügədi kəndinin sahə rəisi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 2016-cı ilin sentyabr ayında 2019-cu il tarixində qaytarmaq şərti ilə cavabdehə ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borc pul vermişdir. Həmin müddət tamam olanda cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmağa başlamışdır. Hazırda cavabdehin ona ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borcu var. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddia müddətinin ötdüyünü bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh müxtəlif vaxtlarda ödəniş etməklə, borcundan ümumilikdə 309000 (üç yüz doqquz min) rus rublu ödəmişdir. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 09 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Quba RPŞ-nə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizəsi araşdırılmış, ərizə göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ******* (üç milyon doqquz yüz əlli min) rus rublu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Quba rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)- 1423/2020 nömrəli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin icraatının təzələnməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işin icraatı təzələnmişdir. İş materiallarından görünür ki, Cavabdeh Quba rayon İcra və probasiya şöbəsində izahat verərək bildirmişdir ki, İddiaçı qətnamədə göstərilən məbləği yəni, ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borc kimi almış və borcunu ödəmişdir. Lakin borcun qaytarılması ilə bağlı sübut yoxdur. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh mütamadi olaraq iddiaçıya ödəniş etmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ******* (üç milyon doqquz yüz əlli min) rus rublu məbləğində pulun alınaraq ona verilməsini tələb edir. İddiaçı qeyd edir ki, cavabdeh müxtəlif vaxtlarda ödəniş etməklə (qəbzlər mövcuddur), borcundan ümumilikdə 309000 (üç yüz doqquz min) rus rublu ödəyib. Cavabdeh İddiaçı hazırda ******* (üç milyon altı yüz qırx bir min) rus rublu məbləğində borclu olması müəyyən edilmiş (cavabdeh tərəfindən icra şöbəsində olan yazılı izahat və ödəniş qəbzləri), Cavabdeh Quba rayon İcra və probasiya şöbəsində verdiyi izahatında iddiaçıdan borc pul aldığını etiraf etmiş, onu ödədiyini bildirmişdir. Lakin borcun ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdehin nümayəndəsi mülki iş üzrə iddia müddətinin keçməsi barədə ərizə vernişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 2022 və 2023-cü il tarixlərinə aid ödəniş qəzblərindən görünür ki cavabdeh mütamadi olaraq iddiaçıya pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Beləki Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mülki Məcəllənin 380.1-380.2-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi mülki üzrə iddia müddəti keçməyib. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı ******* (üç milyon doqquz yüz əlli min) rus rublu məbləğində borc alması, borcundan müxtəlif vaxtlarda ödəniş etməklə, ümumilikdə 309000 (üç yüz doqquz min) rus rublu məbləğində ödəməsi, cavabdehin Quba rayon İcra və probasiya şöbəsində verdiyi izahatındakı etirafı və iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh borcunu tam ödəməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən, iddia qismən təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ******* (üç milyon altı yüz qırx bir min) rus rublu (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar