Məhkəmə qərarları › İş №2(027)-593/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-593/2023

25.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-593/2023 25.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızına və Cavabdeh6 Tural oğluna qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və zəbt edilmiş torpaqdan və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızının və Cavabdeh6 Tural oğlunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən mənə məxsus ünvan 1ində yerləşən zəbt olunmuş 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə X16, X22, X9, X10 və ona- Hacıyeva (Fileydanova) Əfsanə İmamverdi qızına ünvan 1i ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Atası X23 həmin torpaq sahəsi üzərində ev tikmişdir. O və bacıları həmin evdə böyümüşdülər. X42 işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bundan sonra cavabdeh əmisi Cavabdeh1 ailə üzvləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evinə gələrək, heç bir yerdə yaşamağa yerləri olmadığını bildirərək qardaşlıq xatirinə bir müddət ailə üzvləri ilə onların evinə sığınmışlar. Daha sonra 14 may 2012-ci il tarixdə atası X3 Federasiyasında vəfat etmişdir. Atasının vəfatından istifadə edən cavabdehlər onların evindən çıxmamışlar. Atası öldükdən sonar onlar yaşadığları fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri xidmətindən 03 oktyabr 2018-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX г 2 seriyalı, ******* nömrəli çıxarış alıblar. Eyni zamanda Quba regional ASAN xidmət Mərkəzində notariat ofisi tərəfindən anası X22 mülkiyyət hüququ haqqında şəhadətnamə və bütün ailə üzvlərinə atası İmamverdi Hacıyevdən miras qalmış fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Daha sonra anası X31 və bacıları X13, X17 yuxarıda qeyd etdiyi fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı bütün paylarını notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən ona bağışlamışlar. Bundan sonra yuxarıda qeyd etdiyi ünvan 1i ünvanında yerləşən 165,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışla qeydə alınmışdır. Hazırda qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur Lakin cavabdehlər ona məxsus fərdi yaşayış evində qanunsuz şəkildə yaşamağa davam edirlər. Hətta anası Arzu Hacıyevanın belə evdə yaşamasına imkan vermirlər. Göründüyü kimi, cavabdehlər heç bir hüquqları olmadıqları halda ona məxsus torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evini qanunsuz olaraq zəbt edib çıxmırlar. Ona görə də cavabdehlərin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ozahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onların ataları X32 təsərüffat hesabı əsasında məxsus olub və daha sonra özü evi bir otaq genişləndirərək ailəsi ilə orada yaşamışdır. İddiaçının nə torpağa, nə də tikintiyə heç bir hüququ olmamışdır. Torpaq islahatı zamanı ona da pay torpağı verilmişdir. Qardaşına verilən pay torpağı hazırda onun olduğu torpaq sahəsidir. İddiaçının müvafiq çıxarışı hansı qaydada əldə etməsi ona məlum deyildir. iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh5 Tural qızının və Cavabdeh6 Tural oğlununun qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirmişdir ki, mülkiyyətində ayrıca torpaq sahəsi və tikili evi vardır. İddiaçı tərəfindən müəyyən qədər ödəniş olarsa, evin sayğac və digər tamamlanmalarını etməklə ailəsi və övladları ilə evdən çıxmaqla həmin evdə yaşaya bilər. Cavabdeh1 onun atasıdır, eyni məzmunlu izahat verərək iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-678A KOD 30316018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 04 saylı qərarı ilə ünvan 1i ərazisindən fərdi ev tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi ünvan 1 sakini X23 və ailə üzvləri- X31, X18, X19 və X11in mülkiyyətinə verilmişdir İİ-BГ 762742 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Perm vilayətində vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 323 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən X20 adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1043 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X14 vərəsələri - X31, X12, X17 və X15 hər biri miras əmlakdan 1/8 hissədə pay almalıdır. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən X20 adına verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1042 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X14 vərəsəsələri arvadı- X20, 1/2 hissədə payı müəyyən olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X20, Sanalıyeva (Hacıyeva) Aysel İmamverdi qızının, Eyyubova (Hacıyeva) Aytac İmamverdi qızının və X6 və X16 adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 4Ə-2703 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən göründüyü kümi, Hədiyyə verənlər- X31, X12, X4 rayonu, Amsar kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş165.7 kvm fərdi yaşayış evini tam mülkiyyət üzrə onlara məxsus hissəssindən hədiiyə alan Fleydanova (Hacıyeva) Əfsanə İmamverdi qızının mülkiyyətinə bağışlamışlar. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Fleydanova (Hacıyeva) Əfsanə İmamverdi qızı adına daşınmaz əmlakın dövlət reyestrində 50 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 341728 seriya və nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən məlum olur ki, X43 X2 doğulmuş Cavabdeh1 atası hesab edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayon Amsar kənd X40 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Amsar kəndi üzrə 2 №-li təsərrüfatbaşına kitabında vətəndaş X43 122 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş yaşayış evinin və şəxsi istifadəsində 0,13 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. X38 aid sütunun təsərrüfatın tərkibindən tamamilə çıxan ailə üzvləri haqqında qeyd qrafasında “**-Vİ-***8-ci il tarixində vəfat etmişdir” sözləri yazılmış və adının üstündən xətt çəkilərək X24 adı yazılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illərə aid Amsar kəndi üzrə 3 saylı təsərrüfatbaşına kitabında Cavabdeh1 241 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,75 ha cəmi, o cümlədən 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin təsərrüfatın “təsərrüfatın xüsusi mülkiyyəti hesab olunan tikililər” qrafasında heç bir qeyd aparılmamışdır. Ələvə məlumatlar qrafasında “0,52 ha pay torpağı alıb. xx.xx.2014” sözləri yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunur ki, arxiv sənədlərinə əsasən ünvan 1ində X33 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X23 atası X43 1978-ci ildə vəfat etdikdən sonra 1978-1985-ci illərdə (fərdi yaşayış evinin texniki pasport göstəricisinə əsasən) fərdi yaşayış evi inşa etmiş və qardaşı olan Cavabdeh1 həmin evdə yaşamasına şifahi qaydada razılıq verməklə Rusiya Federasiyasına çıxıb getmişdir. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarına əsasən X16 ailə üzvləri ilə birlikdə pay torpağı olaraq verilmişdir. X14 vəfatında sonra və müvafiq sənədləşmələr əsasənda hazırda iddiaçı X8 atası İmamverdi Hacıyevdən miras qalmış və digər payçıların bağışlamaqla özgəninkiləşdirildiyi ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 165.7 kvm fərdi yaşayış evinin yeganə mülkiyyətçisidir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 xüsusi mülkiyyətində 0,75 ha cəmi, o cümlədən 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsin əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcələsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edilmiş 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evinin mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla birlikdə istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləsi sayılırlar. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onları uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə araşdırması zamanı mübahisələndirilməyən hal kimi müəyyən edilmişdir ki, Cavabdeh1 X23 ilə ümumiyyətlə birlikdə yaşamamış və təbii ki, onunla ümumi təsərrüfat aparmamışdır. Göründüyü kimi, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızının və Cavabdeh6 Tural oğlunun ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə hər hansı hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 25 oktyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam verilməsi) həyata keçirilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4, Cavabdeh5 Tural qızı və Cavabdeh6 Tural oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılsın və onlar X5 məxsus ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar