Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-604/2022 03.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı “FİNCA”MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Ərzimanov Niyamədddin Süleyman oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “FİNCA” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada əsas borc üzrə 857,55 AZN, faiz borcuna görə 72,00 AZN, cərimə borcuna görə 122,70 AZN cəmi, 1052,25 (min əlli iki manat, iyirmi beş qəpik) AZN məbləğində borcun və 30,52 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “FİNCA” MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 18.12.2019-cu il tarixli, **********0051 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500 (min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 104 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard" adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 18.12.2019-cu il tarixli, **********0051 saylı kredit müqaviləsi, COVİD- 19 pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamına müvafiq olaraq 08.01.2021-cı il tarixli **********0460 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 857.55 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış fazilərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 22.12.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Nəcəfov Nəcəf Ağacan oğlunun əsas borc üzrə 857,55 AZN, faiz borcuna görə 72,00 AZN, cərimə borcuna görə 122,70 AZN, cəmi 1052,25 (min əlli iki manat, iyimi beş qəpik) AZN təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, iddiaçı “FİNCA” MM QBKT ilə cavabdeh arasında bağlanmış 18.12.2019-cu il tarixli, **********051 saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə illik 28% faiz ödəmək şərtilə 1500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan 08.01.2021-ci il tarixli **********0460 saylı, «08» yanvar 2021ci il tarixli Kredit Müqaviləsinin restrukturizasiyasına dair razılaşmadan görünür ki, bu razılaşmaya görə «Bank» «Borclu» ilə bağlanmış **********051 saylı 18.12.2019-cu il tarixli Kredit Müqaviləsi ilə verilmiş kreditin restrukturizasiyasını keçirməyi, «Borclu» isə həmin restrukturizasiyasının nəticəsində yeni şərtlərə əməl edərək, restrukturizasiya olunmuş krediti (gələcəkdə “Kredit adlandırılacaq), müəyyən olunmuş onların faizləri ilə birlikdə «Bank»a qaytarmağı öhdəsinə götürür. X3 borclunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 22.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “FİNCA” MM QBKT-yə 857,55 manat əsas, 72,00 manat faiz, 122,70 manat cərimə, cəmi 1052,25 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 24.12.2021-ci il tarixli qəbzdən görünür ki, “FİNCA” MM QBKT tərəfindən məhkəməyə ərizə verilərkən, 30,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh1 hazırda ödənilməmiş 1052,25 manat borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 427, 449.4, 470.1, 472.1, 472.2 və 739-cu maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh1 və Ərzimanov Niyamədddin Süleyman oğlundan əsas borc üzrə 857,55 AZN, faiz borcuna görə 72,00 AZN, cərimə borcuna görə 122,70 manat, cəmi 1052,25 (min əlli iki manat, iyirmi beş qəpik) AZN məbləğində borc və 30,52 (otuz manat əlli iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “FİNCA” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-604/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-604/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver