Məhkəmə qərarları › İş №2(027)-604/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-604/2023

28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-604/2023 28.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon məhkəməsinin 2(027)- 1905/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, 31 may 2019-cu il təvəllüdlü övladları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin, ödədiyi 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 sentyabr 2018-ci il tarixdə nikahlarını Quba regional Asan xidmət mərkəzində qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan 31 may 2019-cu il təvəllüdlü övladları Aysu doğulmuşdur. Ailə qurduğları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğunlaşmamış, aralarında daima mübahisələr yaranmışdır. Cavabdeh ilə bir ailədə yaşamağları qeyri-mümkün olduğundan Quba rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(027)-1905 saylı qətnaməsi ilə aralarında olan nikahları pozulmuş və qızıları Aysu onun himayəmdə saxlanılmışdır. Nikahlarının pozulması Quba rayon Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeydə alınaraq 18 fevral 2021-ci il tarixli AZ-İ 365827 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Quba rayon məhkəməsinin 2(027)- 1905/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X4 ilə Cavabdeh arasında 13 sentyabr 2018-ci il tarixdə Quba regional Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 0563 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, 31 may 2019-cu il il təvəllüdlü X1 anası- X2 himayəsində saxlanılması, 31 may 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment və 31 may 2019-cu il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanılması üçün üçün hər ay 50 manat pul vəsaitinin tutulub X3 ödənilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1273/2020 saylı 13 mart 2020-ci il tarixli qətnaməsi ilə Quba rayon məhkəməsinin 2(027)-1905/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Belə ki, həmin məbləğin müəyyən olunmasından iki ildən artıq müddət keçmişdir. 160 manat məbləğində alimentin bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. AR 2023-cü il üçün yaşayış minimumu haqqında AR Qanununa əsasən uşaqlar üçün 220 manat nəzərdə tutulmuşdur. Həmin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, geyimini və digər ehtiyyaclarını ödəmir. Alimentin miqdarının artırılması üçün Mediasiya Şurasına müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçiriləcək olan məhkəmə iclası ilə bağlı istifadəsində olan telefon nömrəsinə SMS xəbərdarlığı göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında 13 sentyabr 2018-ci il tarixli nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyaiya Məhkəməsinin 2(105)-1273/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin 2(027)- 1905/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi “VAZ-21099” markalı, 40BR912 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair payların müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Qətnamə iddiaçı X4 ilə cavadeh Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Quba regional “Asan Xidmət mərkəzində qeydiyyat şöbəsində bağlanmış və 0563 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2019-cu il təvəllüdlü X1 anası X2 himayəsində saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşına kimi saxlanılması üçün hər ay 50 manat pul vəsaitinin tutulub X3 ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon məhkəməsinin 2(027)-1905/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun 25 manatı Cavabdeh alınaraq, iddiaçıya ödənilməslidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-1905/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 25 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar