Məhkəmə qərarları › İş №2(027)-606/2021

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-606/2021

15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-606/2021 15.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı Quba Regional X3nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Quba Regional X3 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Meşə Fonduna vurulmuş 559,43 manat ziyanın Mərkəzin Kapital bankdakı Benifisiarın adı: Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx xxxxxx 2020-ci il tarixdə X1 1 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrdə 12 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə fonduna 559,43 manat ziyan vurmuşdur. Meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məhsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx xxxxxx 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X3nin xx xxxxxx 2020-ci il tarixli 64612 nömrəli aktından görünür ki, Vəlvələ Meşəbəyliyinin 1 saylı dolayının xidməti ərazisində meşələrin qorunub mühafizə olunma vəziyyətini yoxlayan zaman Cavabdeh oğlu özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək üçün ağacları kəsdiyi barədə Quba Regional X3nə məlumat daxil olmuşdu. Cavabdeh özbaşına meşəyə girərək, meşədən qanunsuz oduncaq əldə etmək barədə məlumat araşdırılarkən məlum olmuşdu ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Vəlvələ Meşəbəyliyinin 1 saylı dolayısının 26-cı kvartalına daxil olmuş və oradan qanunsuz olaraq, palıd cinsindən 32 sm diametrdə 2 ədəd, 36 sm diametrində 1 ədəd, 40 sm diametrində 3 ədəd, 48 sm diametrində 1 ədəd, fıstıq cinsindən 32 sm diametrdə 2 ədəd, vələs cinsindən 20 sm diametrində 1 ədəd, 28 sm diametrdə 2 ədəd olmaqla, cəmi 12 odunluğ ağacları kəsmişdir. Cavabdeh akta qol çəkməsi üçün müraciət etsələr də o bu müraciətdən imtina etmişdir. İş materiallarında olan həcm-qiymət cədvəlindən görünür ki, Vəlvələ Meşəbəyliyinin 1 saylı dolayında xx.xx.2020-ci il tarixli yoxlama zamanı aşkar edilmiş qanunsuz qırıntıya görə meşə fonduna 559,43 manat məbləğində ziyan hesablanmışdır. İş üzrə mövcud sübutlara və fotoşəkillərə əsasən müəyyən edirəm ki, Cavabdeh oğlu xx.xx.2020-ci il tarixdə Vəlvələ Meşəbəyliyinin 1 saylı dolayının ərazisindən oduncaq ehtiyatı üçün qanunsuz 12 ədəd müxtəli cinsli yaş köküstə ağacı kəsmiş, mülki hüquq pozuntusu törətmiş, nəticədə Meşə Fonduna 559,43 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 559,43 manat məbləğində pul alınaraq, X4 X2 bankdakı Benifisiarın adı: Quba Regional X3, Benifisiarın hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3 hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar