Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-607/2021 18.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı Quba Regional X1 Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Quba Regional X1 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 72,29 (yetmiş iki manat iyirmi doqquz qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; Benifisiar hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərkəzin Vəl-Vələ meşəbəyliyinin 11 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 4 ədəd yaş köküstə ağacları özbaşına kəsərək Meşə Fonduna 72,29 manat məbləğində ziyan vurmuşdur. Nəticədə meşədən qanunsuz yolla oduncaq əldə etməklə Cavabdeh “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin” xx.xx.2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Quba Regional X1 64613 nömrəli aktından görünür ki, Cavabdeh meşədən vələs cinsindən 1 ədəd 28 sm, 1 ədəd 32 sm, palıd cinsindən 2 ədəd 32 sm diametrlərində oduncaq aparmışdır; həcm-qiymət cədvəlindən görünür ki, 3,95 m3 həcmində oduncağın ümumi qiyməti 16,29 (on altı manat iyirmi doqquz qəpik) manat, 4 ədəd ağacın kəsilməsinə görə ümumi ziyan 56 (əlli altı) manat hesablanmışdır; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələin İnkişafı Xidmətinin Quba Regional X1 inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Mərkəzin Vəl-Vələ meşəbəyliyinin 11 saylı dolayının ərazisindən qanunsuz yolla meşə məhsullarının buraxılış orderi olmadan müxtəlif cins və diametrli 4 ədəd yaş köküstə ağacları özbaşına kəsdiyinə görə Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində X2 Təsərrüfatı Mərkəzinə 72,29 (yetmiş iki manat iyirmi doqquz qəpik) ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Meşə Fonduna vurulmuş ziyana görə 72,29 (yetmiş iki manat iyirmi doqquz qəpik) manat pul tutularaq Mərkəzin bank hesabına (Kapital Bank ASC, Benifisiarın adı: X2 Təsərrüfatı Mərkəzi; hesabı: AZ69CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu: 142593, Büdcə səviyyə kodu: 3) köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-607/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-607/2021
18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver