Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-61/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 vəkili və nümayəndəsi İddiaçı6 nümayəndəsi Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X15, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 cavabdehlər "xxxx" ASC-nin X15, "xxxx" ASC və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən və Cavabdeh3 vurulmuş ziyana görə İddiaçı2 33000 manat, İddiaçı3 13000 manat, İddiaçı1 30400 manat, İddiaçı5 9800 manat, İddiaçı6 9000 manat, İddiaçı7 11400 manat, İddiaçı8 15000 manat, İddiaçı9 9600 manat, İddiaçı4 13000 manat, İddiaçı10 12500 manat məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, "xxxx" ASC və Cavabdeh3 vurulmuş ziyana görə İddiaçı2 39000 manat, İddiaçı3 15000 manat, İddiaçı1 35350 manat, İddiaçı5 11600 manat, İddiaçı6 10500 manat, İddiaçı7 13500 manat, İddiaçı8 15000 manat, İddiaçı9 11200 manat, İddiaçı4 14300 manat, İddiaçı10 17500 manat məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbini onunla əsaslandırmışlar ki, onlar kənd təsərrüfatı məhsulları-meyvə yetişdirilməsi və satışı ilə məşğul olurlar. Həmin meyvələri əsasən Rusiya Federasiyasına ixrac etməklə həm dövlətin büdcəsinə xeyir verir, ölkəyə valyuta gətirilməsinə xidmət edir, həmçinin gəlir əldə etməklə ailələrini dolandırır, dövlətin çiyinlərində yük olmamağa çalışırlar. Rusiya Federasiyasında meyvə yanvar ayından bahalaşmağa başlayır, bu vaxta qədər meyvəni Rusiya Federasiyasına göndərsələr, ziyan edərlər. Bu səbəbdən meyvəni soyuducu kameralarda saxlayaraq, yanvar ayından başlayaraq, onu Rusiya Federasiyasına ixrac etməyə məcburdurlar. Buna görə də, Cavabdeh3 ilə bağladıqları saxlanc müqavilələrinə əsasən, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda onlar – İddiaçı4 70 000 kq “Qala” alma sortu; İddiaçı2 65 000 kq Palmet alma sortu, 67000 kq Qızıl Əhmədi alma sortu; İddiaçı3 35 000 kq Palmet alma sortu, 35 000 kq Qran Smit alma sortu; İddiaçı1 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu, 70 000 kq Qran Smit alma sortu; İddiaçı5 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu; İddiaçı6 40 000 kq Palmet alma sortu; İddiaçı7 35 000 kq Palmet alma sortu, 35 000 kq Semirenko alma sortu; İddiaçı8 70 000 kq Meşə gözəli armud sortu; İddiaçı9 30 000 kq Palmet alma sortu; İddiaçı10 70 000 kq Xurma “Şişburun” sortu kimi meyvə saxlamışlar. Onlar vaxtlı-vaxtında, demək olar ki, hər gün soyuducu anbara gedərək, meyvənin saxlanılması şəraiti ilə tanış olur və bu işə nəzarət edirlər. Çünki, meyvənin soyuducu anbarda saxlanılaraq, Rusiya Federasiyasına ixrac olunması onların yeganə qazanc yeridir və meyvə soyuducu anbarda müvafiq şəraitdə saxlanmayaraq, xarab olarsa, onlar il boyunca qazanc olmadan, çox pis maddi duruma düşə bilər. Hansı birininsə işi olarsa və bir gün soyuducu anbara gələ bilməzsə, anbara gələn digər şəxslər anbara gələ bilməyənlərə anbardakı vəziyyət barədə məlumat verirlər. 30 noyabr 2020-ci il tarixdə İddiaçı2 və daha bir neçə iddiaçı günorta vaxtı soyuducu anbarda olarkən anbarın elektrik enerjisi təchizatı kəsilmişdir. Bu saat 17 radələrində baş vermişdir. Onlar anbarın işçilərindən, həmçinin Cavabdeh3 etibarnamə ilə nümayəndəsi və həyat yoldaşı X1 elektrik enerjisi təchizatının kəsilməsi səbəbini soruşduqda onlar bildirmişlər ki, işığın kəsilməsi qanunsuzdur. Onlar işığın kəsilməsi ilə əlaqədar "xxxx" ASC-nin X10 müraciət etdikdə oradan bildirilmişdir ki, guya soyuducu anbarın borcu olduğundan elektrik enerjisinin verilməsi dayandırılmışdır. Belə olduqda onlar X4 müraciət etmiş, o isə bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən Azərişıq ASC ona yazılmış 70068.87 manat borcu, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən isə 34 600 manat borcu, ümumilikdə 104 000 manatdan çox borcu silməlidir. O, onlara 08 aprel 2020ci il tarixli saldonu da göstərmişdir. Oradan görünürdü ki, Azərişıq ASC-də 69 270 manat Aynurə xanımın hesabında artıq pul vardır. Onlar 01 dekabr 2020-ci il tarixdə X10 gedərək, soyuducu kameralarda saxlanılan meyvələrin xarab olacağını şəbəkənin rəisinə və başqa məsul şəxslərə bildirmiş, işığın qoşulmasını xahiş etmiş, lakin xahişlərin heç bir nəticəsi olmamışdır. Onlar bildirmişlər ki, onlara soyuducu anbarın enerji təchizatının dayandırılması barədə göstərişi "xxxx" ASC-nin rəhbərliyi vermişdir, onlar üçün əsas məhkəmə qərarı deyil, rəhbərliyin göstərişidir. Onlar, Quba Rayon İcra Hakimiyyətində də olmuş, İcra Hakimiyyətinin də məsul şəxsləri X9 rəhbərliyinə müraciət edərək bildirmişlər ki, soyuducu anbarın enerji təchizatının dayandırılması qanunsuzdur, bunun nəticəsində sadə kənd adamlarının meyvələri xarab olur, bu isə özü-özlüyündə əhalinin narazı düşürülməsinə gətirib çıxarır. Lakin şəbəkənin rəhbərliyi anbarın işığının qoşulmasından yenə də imtina etdi. Həmin gün kameralarda daxili temperatur durmadan qalxmış, meyvələr xarab olmağa başlamışdır. Bu barədə həmin tarixdə Quba Rayon İcra Hakimiyyəti Başçısının İkinci Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmaqla, müvafiq akt tərtib olunmuşdur. "Azərişıq” ASC-nin yuxanda göstərilən qanunsuz hərəkətləri nəticəsində soyuducu anbarın kameralarında saxlanılan meyvələrin müəyyən hissəsi xarab olmuşdur. "xxxx" ASC-nin qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Onlar bu məsələ ilə əlaqədar Cavabdeh3 etibarnamə ilə nümayəndəsi X4 və enerji təchizatı təşkilatına - "xxxx" ASC-nə və onun rayondakı struktur bölməsinə dəfələrlə müraciət etsələr də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehlər heç bir əsas gətirmədən müraciətlərini diqqətsiz qoyduğundan, onlar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X13 iddianı qəbul etməyərək, "xxxx" ASC ilə bağlı heç bir nüansın olmadığını, iddia ilə bağlı cavabdeh şəxsin Cavabdeh3 olduğunu, iddianın "xxxx" ASC-yə aid hissədə rədd olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixdə Quba rayonu, Quba- Bakı yolunda yerləşən soyuducu anbarın ərazisində, soyuducu anbarın sahibkarı Cavabdeh3 nümayəndəsi X6, soyuducu anbarın inzibatçıları X8, X5, soyuducu anbarın işçisi X14 və fermer İddiaçı4 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, 30 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin işçiləri tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmış, elektrik enerjisinin təchizatı 01 dekabr 2020-ci il tarixdə, saat 19:00 radələrində bərpa olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixdə Quba rayonu, Quba-Bakı yolunda yerləşən soyuducu anbarın ərazisində soyuducu anbarın sahibkarı Cavabdeh3 nümayəndəsi X6, soyuducu anbarın inzibatçıları X8, X5, soyuducu anbarın işçisi X14, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı5, İddiaçı6, İddiaçı8 və İddiaçı9 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, 30 noyabr 2020-ci il tarixdə, saat 17:00 radələrində "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin işçiləri tərəfindən elektrik enerjisinin verilməsi dayandırılmış, soyuducu anbarın işçiləri və onlar işə qarışaraq, elektrik enerjisi təchizatının bərpa edilməsini "xxxx" ASC-nin Quba rayon elektrik şəbəkəsinin vəzifəli şəxslərindən tələb etmələrindən sonra da işığın verilməsi bərpa olunmamışdır. Anbarın sahibi Cavabdeh3 bildirdiyinə görə "xxxx" ASC-nin ona qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən 104000 manat borcu əmələ gəlmişdir. Soyuducu anbarın elektrik enerjisi təchizatının dayandırılması səbəbindən soyuducu kameralarda temperatur durmadan qalxır və hal-hazırda alma, armud və xurma məhsulları artıq xarab olmağa başlamışdır. İş materiallarına əlavə olunmuş 01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı7 (tapşıran) məxsus 70 000 kq alma məhsulunu 01 noyabr 2020-ci ildən 01 yanvar 2021-cu ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 20 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı2 (tapşıran) məxsus 132000 kq alma məhsulunu 20 oktyabr 2020-ci ildən 20 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 1320 manat, cəmi 2640 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı3 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 17 oktyabr 2020-ci ildən 17 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01 noyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı1 (tapşıran) məxsus 140000 kq alma məhsulunu 01 noyabr 2020-ci ildən 01 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 1400 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 25 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı5 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 25 oktyabr 2020-ci ildən 25 dekabr 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 1400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı10 (tapşıran) məxsus 70000 kq xurma məhsulunu 08 oktyabr 2020-ci ildən 08 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2100 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı8 (tapşıran) məxsus 70000 kq armud məhsulunu 01 sentyabr 2020-ci ildən 01 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15 oktyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı6 (tapşıran) məxsus 40000 kq alma məhsulunu 15 oktyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 400 manat, cəmi 1200 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15 sentyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı4 (tapşıran) məxsus 70000 kq alma məhsulunu 15 sentyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 700 manat, cəmi 2800 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 05 noyabr 2020-ci il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh3 (saxlayan) İddiaçı9 (tapşıran) məxsus 30000 kq alma məhsulunu 05 noyabr 2020-ci ildən 05 yanvar 2020-ci ilə qədər saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda 300 manat, cəmi 600 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli 2-2(085)-37/2019 saylı Qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar cəmiyyəti tərəfindən Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068.87 manat borcun silinməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-71/19 saylı iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-32/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı akt üzrə hesablanmış məbləğ silinmişdir. İş materiallarında olan icra sənədlərindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-32/2020 saylı və Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(085)- 37/2017 saylı qətnamələri icraya yönəldilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 7/239 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mütəxəsis rəyinə əsasən soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehlaka yarasız hala düşə bilər. Həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarada 17 saat hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür. Cavabdeh3 məxsus Bakı-Quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarət olub, hər kameranın uzunluğu 12 metr, eni 6 metr, hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub.metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Malların saxlanması məqsədilə soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıclar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Qış aylarında elektrik enerjisinin söndürülüməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə (təxminən 17 saat) meyvələrin xarab olması üçün şərait yarana bilər. İş materiallarında olan məhkəmə-bioloji, məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli, 7/562-9/4006 saylı ekspert rəyindən görünür ki, soyuducuya yüklənmiş mallar 17 saat soyuducusuz qaldıqdan sonra istehsala yararsız hala düşə bilər; həmin mallar fəsildən asılı olmayaraq germetik qaz vurulmuş kameralarda 17 saat, hava buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmadan qaldıqdan və yararsız hala düşdükdən sonra insan və heyvanların istifadəsi məsləhət görülmür; Cavabdeh3 məxsus Bakı-Quba yolunun 152-ci kilometrində yerləşən soyuducu anbara baxış keçirilərkən müəyyən olundu ki, soyuducu anbar 36 ədəd soyuducu kameralardan ibarətdir. Hər kameranın uzunluğu 12 metr, eni 6 metr hündürlüyü isə 7 metrdən ibarətdir. Hər bir kameranın həcmi 504 kub metr olmaqla 80 ton meyvənin saxlanması üçün, soyuducu anbarın həcmi isə bütövlükdə 18144 kub metr olmaqla ******* kq (2880 ton) meyvənin saxlanması üçün nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı mallarının saxlanması üçün nəzərdə tutulmuş soyuducu anbarlar germetik olmaqla sendviç panellər vasitəsilə quraşdırıldığından anbarların xaricdə olan havanın temperaturundan asılılığı yoxdur. Lakin soyuducu kameralara meyvə sıx vurulduğundan kameranın içərisindəki tənzim olunmuş və qazlanmış hava daima buxarlandırıcılar vasitəsilə sirkulyasiya olunmaqla bütün meyvəni əhatə etməlidir. Ona görə də hətta qış aylarında belə elektrik enerjisinin söndürülməsi nəticəsində kameranın daxilindəki havanın sirkulyasiyası pozulduğundan qısa bir müddətdə meyvələrin xarab olması üçün şərait yarana bilər. Həmçinin, tədqiqat obyekti olan 04 dekabr 2020-ci il tarixli (mülki iş materialı 2(027)-412/2021- səhifə 20) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X18 Mərkəzinin Bitkiçilik sektorunun böyük məsləhətçisi Hüseynov F., Zülbalayev O., Kazımov B. tərəfindən verilən akt-rəydə müxtəlif kameralarda adları aşağıda qeyd edilən şəxslərə məxsus alma, armud və xurma meyvələrinin miqdarına və 17 mart 2021-ci il tarixli, 54 nömrəli (mülki iş materialı 2(027)-412/2021-səhifə 217) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X3 və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı tərəfindən alma, armud və xurma meyvələrinin 2020-ci ilin noyabr-dekabr aylarında 1 kq-nın topdan satış qimətlərinə əsasən İddiaçı1 məxsus 12000 kq simerenka, 18500 kq palmet və 19000 kq qransimit alma sortudur. Bir kq simerenkanın orta satış qiyməti 0,60 manat olmaqla (12000 x 0,60= 7200 manat), bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (18500 x 0,70= 12950 manat) və bir kq qransimitin orta satış qiyməti 0,80 manat olmaqla (19000 x 0,80 man. = 15200 manat). Cəmi: 35350 manat. İddiaçı2 məxsus 30000 kq palmet sortundan və 10000 kq isə qızıləhmədi sortundan olan alma və həmin almanın bir kq orta satış qiyməti palmet 0,70 manat, qızıləhmədi 1,80 manat olmaqla (30000 0,70 = 21000 manat, 10000 x 1,80 manat = 18000 manat). Cəmi: 39000 manat. İddiaçı3 məxsus 10000 kq palmet və 10000 kq isə qransmit. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (10000 x 0,70 = 7000 manat), bir kq qransimitin satış qiyməti 0,80 manat olmaqla (10000 x 0,80 = 8000 manat) Cəmi: 15000 manat. İddiaçı4 Bahadur qızına məxsus 13000 kq alma qala sortu. Bir kq qalanın orta satış qiyməti 1,10 manat olmaqla (13000 x 1,10 = 13000 manat) Cəmi: 14300 manat. İddiaçı5 məxsus 8000 kq palmet və 10000 kq simerenka. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (80000 x 0,70 = 5600 manat), bir kq semirenkanın qiyməti 0,60 manat olmaqla (10000 x 0,60 = 6000 manat) Cəmi: 11600 manat. İddiaçı6 məxsus 15000 kq palmet. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (15000 x 0,70 = 10500 manat) Cəmi: 10500 manat. İddiaçı7 məxsus 9000 kq palmet və 12000 kq simerenka. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (9000 x 0,70 = 6300 manat), bir kq semirenkanın qiyməti 0,60 manat olmaqla (12000 x 0,60 = 7200 manat) Cəmi: 13500 manat. İddiaçı8 məxsus 15000 kq meşə gözəli armud sortudur. Bir kq meşə gözəli armudun orta satış qiyməti 1 manat olmaqla (15000 x 1 = 15000 manat) Cəmi: 15000 manat. İddiaçı9 məxsus 16000 kq alma palmet sortu. Bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (16000 x 0,70 = 11200 manat) Cəmi: 11200 manat. İddiaçı10 məxsus 25000 kq xurma. Bir kq xurmanın orta satış qiyməti 0,70 manat olmaqla (25000 x 0,70 = 17500 manat) Cəmi: 17500 manat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 7/350 №li rəyindən görünür ki, rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən səbəblərə əsasən 17 (iddiaçıların tərtib etdiyi aktda isə bu 26 saat təşkil edir) saat ərzində soyuducusuz qaldıqda istehlaka yararsız olub-olmaması və ya qaldıqdan sonra insanların və heyvanların istifadəsinə yararlılığı barədə suallara cavab vermək mümkün olmadı. Tədqiqata təqdim olunmuş mülki işin materiallarına əsasən həcmi 2880 ton olan mövcud soyuducu anbar ümumi çəkisi 762 ton meyvələrin düzgün ştabel qaydası ilə yığılması üçün kifayət edir. Əlavə olaraq Cavabdeh3 məxsus soyuducu anbar qida məhsulları sahəsində fəaliyyət göstərərək obyekt kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatından keçmədiyi üçün tutumundan asılı olmayaraq həmin obyektdə qida məhsullarının saxlanması şəraiti haqqında Agentlikdə hər hansı bir məlumat olmadığına görə bu barədə qərardadda göstərilən 2-ci suala cavab vermək mümkün olmadı. Meyvələrin soyuducuda elektrik enerjisi dayandırıldıqdan sonra hansı müddət ərzində xarab olmasına yalnız anbarda havanın nisbi rütubət və temperatur rejimi, havanın qaz tərkibi və dövr etməsi deyil həmçinin rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən xarab olmaya təsir edə bilən səbəblər qeyri-müəyyən olduğu üçün bu barədə suala cavab vermək mümkün olmadı. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçılar, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 dəymiş zərərin mövcud olması, onlara dəymiş zərərin "xxxx" ASC-nin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran "xxxx" ASC-nin təqsirli olması iş materialları ilə tam sübuta yetirilir. Sadalanan maddi hüquq normalarının dispozitiv şərtlərindən görünür ki, iddiaçılara dəymiş zərər Cavabdeh3 hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmamış və onlara dəymiş zərərdə Cavabdeh3 təqsiri mövcud deyildir. Çünki, anbar sahibi olaraq o, üzərinə düşən vəzifəni vicdanla icra etmiş, elektrik enerjisinin kəsilməsində təqsiri olmamış və elektrik enerjisinin bərpa olunması üçün lazimi bütün tədbirləri gömüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ilə bağladıqları saxlanc müqavilələrinə əsasən, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda İddiaçı1 məxsus alma sortları, 12000 kq simerenka (bir kq simerenkanın orta satış qiyməti 0,60 manat olmaqla (12000 x 0,60= 7200 manat)), 18500 kq palmet (bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (18500 x 0,70= 12950 manat)) və 19000 kq qransimit (bir kq qransimitin orta satış qiyməti 0,80 manat olmaqla (19000 x 0,80 man. = 15200 manat)), cəmi 35350 manat, İddiaçı2 məxsus alma sortları, 30000 kq palmet və 10000 kq isə qızıləhmədi sortundan olan alma və həmin almanın bir kq orta satış qiyməti palmet 0,70 manat, qızıləhmədi 1,80 manat olmaqla (30000 x 0,70 = 21000 manat, 10000 x 1,80 manat = 18000 manat), cəmi 39000 manat, İddiaçı3 məxsus 10000 kq palmet və 10000 kq isə qransmit, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (10000 x 0,70 = 7000 manat), bir kq qransimitin satış qiyməti 0,80 manat olmaqla (10000 x 0,80 = 8000 manat), cəmi: 15000 manat, İddiaçı4 məxsus 13000 kq alma qala sortu, bir kq qalanın orta satış qiyməti 1,10 manat olmaqla (13000 x 1,10 = 14300 manat), cəmi 14300 manat, İddiaçı5 məxsus 8000 kq palmet və 10000 kq simerenka, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (80000 x 0,70 = 5600 manat), bir kq simerenkanın qiyməti 0,60 manat olmaqla (10000 x 0,60 = 6000 manat), cəmi 11600 manat, İddiaçı6 məxsus 15000 kq palmet, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (15000 x 0,70 = 10500 manat), cəmi 10500 manat, İddiaçı7 məxsus 9000 kq palmet və 12000 kq simerenka, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (9000 x 0,70 = 6300 manat), bir kq simerenkanın qiyməti 0,60 manat olmaqla (12000 x 0,60 = 7200 manat), cəmi 13500 manat, İddiaçı8 məxsus 15000 kq meşə gözəli armud sortu, bir kq meşə gözəli armudun orta satış qiyməti 1 manat olmaqla (15000 x 1 = 15000 manat), cəmi 15000 manat. İddiaçı9 məxsus 16000 kq alma palmet sortu, bir kq palmetin orta satış qiyməti 0,70 manat olmaqla (16000 x 0,70 = 11200 manat), cəmi: 11200 manat, İddiaçı10 məxsus 25000 kq xurma, bir kq xurmanın orta satış qiyməti 0,70 manat olmaqla (25000 x 0,70 = 17500 manat), cəmi 17500 manat ziyan dəymişdir. Beləliklə yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 182950 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 aprel 2021-ci il tarixli, 02 iyul 2021-ci il tarixli və 06 iyun 2022-ci il tarixli bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri müvafiq olaraq 70 manat, 100 manat və 89 manat olmaqla cəmi 259 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 259 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikas MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Beləliklə, məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, maddi ziyanla bağlı iddiaçılar, İddiaçı1 xeyrinə 35350 (otuz beş min üç yüz əlli) manat, İddiaçı2 xeyrinə 39000 (otuz doqquz min) manat, İddiaçı3 xeyrinə 15000 (on beş min) manat, İddiaçı4 xeyrinə 14300 (on dörd min üç yüz) manat, İddiaçı5 xeyrinə 11600 (on bir min altı yüz) manat, İddiaçı6 xeyrinə 10500 (on min beş yüz) manat, İddiaçı7 xeyrinə 13500 (on üç min beş yüz) manat, İddiaçı8 xeyrinə 15000 (on beş min) manat, İddiaçı9 xeyrinə 11200 (on bir min iki yüz) manat, və İddiaçı10 xeyrinə 17500 (on yeddi min beş yüz) manat, ümumilikdə 182950 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulmalı, iş üzrə ekspertiza xərci olan 259 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi ziyanla bağlı iddiaçılar, İddiaçı1 xeyrinə 35350 (otuz beş min üç yüz əlli) manat, İddiaçı2 xeyrinə 39000 (otuz doqquz min) manat, İddiaçı3 xeyrinə 15000 (on beş min) manat, İddiaçı4 xeyrinə 14300 (on dörd min üç yüz) manat, İddiaçı5 xeyrinə 11600 (on bir min altı yüz) manat, İddiaçı6 xeyrinə 10500 (on min beş yüz) manat, İddiaçı7 xeyrinə 13500 (on üç min beş yüz) manat, İddiaçı8 xeyrinə 15000 (on beş min) manat, İddiaçı9 xeyrinə 11200 (on bir min iki yüz) manat, və İddiaçı10 xeyrinə 17500 (on yeddi min beş yüz) manat, ümumilikdə 182950 manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulsun. İş üzrə ekspertiza xərci olan 259 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilsin. İddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-61/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-61/2022
23.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver