Məhkəmə qərarları › İş №2(027)-611/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-611/2021

06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-611/2021 06.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-2923/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 vəxx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat cəmi 350 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, 2017-ci il martın 16-dan birgə nikahda olduğu Cavabdeh ilə nikahı ləğv edilib. Birgə nikahdan iki övladı var, hal-hazırda hər uşağa görə 150 manat olmaqla, 300 manat məbləğində aliment alır. İndiki şəraitdə dolanışığı çox çətindir və alımentin artırılaraq hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat artırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh İddiaçı “alimentin artırılması” tələbinə dair məhkəməyə rəsmi etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ilə birgə nikahdan doğulan xx xxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X1 üçün Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 720/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə hər ay 150 (yüz əlli) manat, ümumilikdə 300 manat aliment məbləği ödəyir. Qeyd olunan iddia tələbi üzrə hesab edir ki, ona qarşı verilmiş iddia ərizəsi tam əsasızdır, iddia tələbi ilə razı deyil, belə ki, xx.xx.2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnamə ilə qət edilərək aliment məbləği tutulmuşdur və həmin aylıq ödənilməli olan aliment məbləğini ödəyir, lakin hazırda səhhətı ilə əlaqədar ağır əməliyyat olunacağına görə işləmək iqtidarında olmayacağdır. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsi tərəfindən birinci nikahdan olan 2011 -ci il təvəllüdlü X5 hər ay 130 (yüz otuz) manat məbləğində aliment ödəyir. Əlavə olaraq qeyd edib ki, İddiaçı cehiz əşyalarına görə hər ay 150 (yüz əlli) manat saxlanc pulu ödəyir və həmin ödənişlərin olunması maddi vəziyyətini olduqca çətinləşdirir. Hazırda ailəsi ilə birlikdə yaşayır və eyni zamanda anası ağır şəkərli diabet xəstəsidir və onun bütün müalicələrini müayinələrini əməliyyatlarını edir. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki,iş materiallarında olan AZ-İ 289003 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nukah qeydi xx.xx.2018-ci il tarixində Quba rayon Qeydiyyat şbəsində pozulmuş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 148 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 601800 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2015-ci il təvəllüdlü X6 tərəflərin birgə nikah münasibətindən doğulmuşdur. İş materiallarında olan AZ-İİİ 928300 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 tərəflərin birgə nikah münasibətindən doğulmuşdur. İş materiallarında olan AZE ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 hazırda anaları İddiaçı ilə yaşayır. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün, Cavabdeh hər ay hər uşağa görə 150 manat, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilir. Hazırda iddiaçı dolanışığın çətin olduğundan, təyin edilmiş alimentin miqdarının artırılması, azyaşlı uşağlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, alimenti ödəməyə maddi imkanı olmadığının bildirmişdi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun və yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar