Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-613/2021 19.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona dəymiş ziyanın əvəzi olaraq 4900 (dörd min doqquz yüz) manat məbləğinə pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Qələdüz kəndində yaşayır. Quba şəhəri, Sahil küçəsində bir mərtəbəli yaşayış evi var. Həmin ev bir müddətdir ki, təmirdə olduğundan usta kimi evini təmir edən X6 evində qalırdı. xx.xx.2020ci il tarixdə Quba rayonu, Sahil küçəsində yerləşən evində qonşusu olan Valeh Balayev ona zəng edərək, evində yanğın baş verməsini bildirdi. Evə gəldikdə evinin yandığını bir çox otaqlara ziyan vurulduğunu görüb evdə yanğın çıxmasının səbəbinin araşdırılması üçün Quba RPŞ-yə müraciət etdi. Quba RPŞ-də aparılan araşdırma zamanı evi yandıranın Quba rayonu, Ağbil kənd sakini Cavabdeh olduğu müəyyən edildi. İddia ərizəsinə əlavə etdiyi Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda X4 evini bilərəkdən yandırdığını etiraf etmişdir. Bundan başqa Quba RPŞ-də aparılan araşdırma zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza rəyi ilə evində yanğın baş verən zaman yanğın hadisəsi nəticəsində tikiliyə 4620 manat məbləğində maddi ziyan və 3 adda yanmış əşyanın dəyəri 280 manat məbləğində müəyyən edilmişdir. X2 evini yandırması nəticəsində ona ümumilikdə 4900 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Quba RPŞ-nin İB-nin müstəntiqi X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 İddiaçı məxsus evi qəsdən yandırmaqla sonuncuya ümumilikdı 4900 manat maddi ziyan vurması qanunvericiliklə cinayət tərkibinin yaranması üçün nəzərdə tutulmuş məbləğindən az miqdarda olduğundan Türkan Yəhyayevanın barəsində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ izah edllmişdir. İbtidai istintaq zamanı təyin olunmuş materialların məhkəmə yanacaq və sürtkü materiallarının tədqiqi ekspertizasının xx xxxx 2020-d İİ tarixil 6/10xx-xx/1154 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş kömürləşmiş taxta hissəsinin üzərində, yanmış parça qalıqlarının üzərində və ərimiş plastik butulkanın içərisində neft məhsullarına məxsus izlər vardır. Ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində və materiallarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə almaqla, evin otağında yanğının termiki təsirindən əmələ gəlmiş yanma və dağılma izlərinə görə yanğının baş verməsinə səbəb evin otağının içərisinə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən təsirindən yanar materialiann alışması olmuşdur. Yanğının inkişaf sürətinin artırması üçün tezalışan maddədən istifadə edilməsi istisna edilmədiyi qeyd edilmişdir. İbtidai istintaq zamanı təyin olunmuş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair “Müstəqil Məhkəmə Ekspertizası MMC-nin xx xxxxxx 2020ci il tarixli 293 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində yanar konstruksiyaların sıradan çıxması və termik təsir nəticəsində tikiliyə 4620 manat məbləğində maddi ziyan dəymişdir. Həmin evdə baş vermiş yanğın hadisəsi nəticəsində yanaraq məhv olmuş məişət əşyalarının iş materialında olan fotogörüntülərə əsasən, əks olunan yanmış qalıqlara müvafiq olaraq 3 adda əşyanın ümumi dəyəri 280 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdeh X2 təqsirli olması xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, qərarda göstərilən cavabdehin etirafı və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, İddiaçı dəymiş ziyanın əvəzi olaraq 4900 (dörd min doqquz yüz) manat pul cavabdeh X1 alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı dəymiş ziyanın əvəzi 4900 (dörd min doqquz yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən cavabdeh X7 qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-613/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-613/2021
19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver