Məhkəmə qərarları › İş №2(027)-613/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-613/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-613/2022 14.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m üəy yən e td i : İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onunla alqı satqı edilənədək Quba şəhər 29-cu məhəllədə yerləşən 5 sot həyətyanı və 5 sotda yerləşən evin yaranmış komunal borcu olan Azərsu 187 manat 45 qəpik, Azərqaz 568 manat 88 qəpik və iddia ərizəsi üçün ödənilmiş məhkəmə rüsumu 30 manat ümumilikdə 786 manat 45 qəpik (yeddi yüz əlli altı manat qırx beş qəpik) olan borcların ödənilməsi və ya ona alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 ona Cavabdeh2 etibarnamə əsasında X1 mülkiyyətində olan Quba şəhər 29-cu məhəllə yerləşən 5 sot həyətyanı torpaq və həmin torpaq sahəsində ki, 1 mərtəbəli evi satıblar. Alqı-satqı zamanı məlum oldu ki, ona satılan evin kommunal xərcləri var. Azərsu 187 manat 57 qəpik, Azərqaz 568 manat 88 qəpik. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 mülkiyyətində olan Quba şəhər 29-cu məhəllə yerləşən 5 sot həyətyanı torpaq və həmin torpaq sahəsindəki, 1 mərtəbəli evinin kommunal sayğacların öz adına rəsimləşdirdiyi üçün və yaranmış borcları ödəmədiyinə görə bugünki gündə aldığı evin kommunal borcları olduğu ücün onun evinin kommunal xətlərin kəsilməsinə gətirib çıxarır. Halbu ki, 5 sot torpaq sahəsin və həmən evdə yerləşən 1 mərtəbəli evi alan vaxt Cavabdeh2 kommunal borcları özü ödəyəcəyini bildirmişdir. Hərdəfə o Cavabdeh2 kommunal borcların ödəməsini bildirsədə Cavabdeh2 hərdəfə ona müxtəlif vədlər verərək onu aldatmışdır. Aldığı 5 sot torpağ sahəsin və həmin 5 sot torpağ içində yerləşən İ mərtəbəli evin ona satılanadək yığılıb qalan 756 manat 45 qəpik (yeddi yüz əlli altı manat qırx beş qəpik ) kommunal borcları Cavabdeh1 (Quba şəhər M.Ə.Rəsulzadə küçəsi ev 59 sakini) və Cavabdeh2 (Quba şəhər H.Hacıyev küc, ev 47 sakini) ödəməklərindən yayınırlar. Buna görədə o, məcbur qalaraq Quba rayon Məhkəməsinə ərizə vermək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul edərək, onların həmin evdə yaşadığı vaxt qaz və su borcu yarandığını, həmin borcu ödəməyə etiraz etmədiklərini, lakin həmin borcları birdəfəyə imkanları olmadığından hissə-hissə ödəyəcəklərini göstərmişlər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.06.2021-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 (Heydərova Bahar Əlifəddin qızı əvəzinə) Quba şəhəri, 29-cu məhəllə yerləşən 5 sot həyətyanı torpaq və həmin torpaq sahəsində ki, 1 mərtəbəli evini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş çıxarışa əsasən Quba şəhəri, 29-cu məhəllədə yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı qzının adına qeydə alınmışdır. İş materiallarında olan Abonent kartından görünür ki, Cavabdeh2 Quba şəhəri, 29cu məhəllədə yerləşən evə dair su borcu 187,57 manat təşkil edir. İş materiallarında olan **********3 Smart sayğaclı abonentin saldosundan görünür ki, Cavabdeh2 Quba şəhəri, 29-cu məhəllədə yerləşən evə dair təbii qaz istifadəsinə görə borcu 568,88 manat təşkil edir. İş materiallarında olan 21.01.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı Quba şəhəri 29-cu məhəllədə yerləşən 5 sot həyətyanı və 5 sotda yerləşən evi 02.06.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 alması, keçmiş mülkiyyətçi, yəni Cavabdeh2 həmin evə dair qaz borcuna görə 568,88 manat və su borcuna görə 187,57 manat kommunal borclarının qalması sübuta yetirilmişdir. Həmçinin cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında iddianı qəbul edərək su borcuna görə 187,57 manat və qaz borcuna görə 568,88 manat borclarının olmasını təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikaksı Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəziniin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmiış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba şəhər 29-cu məhəllədə yerləşən evə dair yaranmış qaz borcuna görə 568,88 manat və su borcuna görə 187,57 manat kommunal borclar və iddia ərizəsi üçün ödənilmiş məhkəmə rüsumu 30 manat, ümumilikdə 786 manat 45 qəpik (yeddi yüz əlli altı manat qırx beş qəpik) olan borc alınaraq İddiaçı verilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba şəhər 29-cu məhəllədə yerləşən evə dair yaranmış qaz borcuna görə 568,88 manat və su borcuna görə 187,57 manat kommunal borclar və iddia ərizəsi üçün ödənilmiş məhkəmə rüsumu 30 manat, ümumilikdə 786 manat 45 qəpik (yeddi yüz əlli altı manat qırx beş qəpik) olan borc alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar