Məhkəmə qərarları › İş №2(027)-637/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-637/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-637/2023 03.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-3151/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarının artırılaraq uşaq üçün hər ay 250 (iki yüz əlli) manat və Mediasiya üçün ödənilmiş 50 (əlli ) manat rüsumu məbləğində alınaraq ona verilməsi barədə iddianın təmin edilməsi ilə bağlı aliment miqdarının artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin hakimi Fərid Yaqubov tərəfindən, xx.xx.2016-ci il tarixdən Cavabdeh ilə Rəsmi nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay cəmi 90 (doxsan) manat sabit pul məbləğdə aliment tutularaq Dadaşova (Zülfüqarova) Elnurə Azər qızına verilməsi ilə bağlı 2(027)-3151/2016 saylı qətnamə qəbul edilmişdir. Buna baxmayaraq Cavabdeh əvvəl ki aliment ödənişlərindən təxminən 4 min manata yaxın borcu qalmışdır. O, Quba rayon Məhkəməsinin qəbul etdiyi 2(027)-3151/2016 saylı qətnaməsindən razı deyil. Övladlarının böyüməsi ilə əlaqədar bəzi xərcləridə artaraq alınan 90 manat aliment övladlarının xərclərin ödəmir. Cavabdeh 90 manat alimentdən başqa hec bir köməklik etmir övladlarının bütün xərcləri və baxılması tək onun üzərinə düşür, hal hazırda Bakı şəhərində kirayə qalır, onun hər iki böyrəklərindən palikistoskista xəstəliyindən əziyyət çəkir. Hec bir yerdə xəstəliyi ilə əlaqədar işləyə bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, aylıq əmək haqqısı 375 manat təşkil edir. Bundan əlavə musiqiçi kimi toylarda iştirak edir. Uşağa görə hər ay 200 manat aliment ödəyə bilər. Qeyd olunanlara əsasən, iddianın onun qəbul etdiyi hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-3151/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan X7 və X1 Elnurə Azər qızının yanında saxlanılmışdır. xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq X5 verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, təyin edilmiş aliment uşaqların tələbatlarını ödəmədiyindən iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirir. Habelə, uşaqlar böyüdükcə onların ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehdən hər ay uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair sübut təqdim etmədiyini, cavabdehin fikrini və bununla yanaşı, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyini nəzərə alınaraq, Quba rayon məhkəməsinin 2(027)-3151/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən 33,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, iddiaçı ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat məbləğində pulun 25 manatı Cavabdeh alınaraq, iddiaçıya ödənilməslidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon məhkəməsinin 2(027)-3151/2016 saylı, 04 oktyabr 2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 33,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 25 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar