Məhkəmə qərarları › İş №2(027)-642/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-642/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-642/2020 17.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddiaçı-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhəkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1763 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyun ayında İddiaçı-nə məxsus olan avtomobilinə maddi ziyan vurulmuşdur. Belə ki, xx.xx.2019-cu il saat 16:45 radələrində Gəndob- Yalama yolunun Şabran rayonu ərazisindən keçən 6-cı km-dən keçən Cavabdeh idarə etdiyi “VAZ 21540” markalı, “K 172 OO 71” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman ara məsafəsi saxlamaq qaydasını pozaraq İddiaçı-yə məxsus olan (idarə edən X3) “ESPERO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsi təfərindən xx.xx.2019-cu il tarixdən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və təqsirkar sürücü Cavabdeh inzibati məhsuliyyətə cəlb edilməsi üçün DİN-nin Baş Dövlət X4 göndərilmiş, həmin Baş idarənin TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Vurulmuş maddi ziyanın məbləğini müəyyənləşdirmək üçün “ESPERO” markalı avtomobil Xaçmaz rayonunda yerləşən avtoseris və ticarət müəssisəsinə aparılmış, həmin müəssisənin xx.xx.2019-cu il tarixli ziyan aktına əsasən avtomobilin təmir xərci 1763 manat hesablanmışdır. Cavabdeh mülki məhsuliyyətin icbari sığortasının olub-olmaması X2 rəsmi internet səhifəsində yoxlanmış və hadisə tarixinə avtonəqliyyat vasitəsinin icbari sığorta müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Bu baxımdan ziyanın ödənilməsi öhdəliyi Cavabdeh üzərində qalmışdır. Yol nəqliyyat hadisəsinin törədilməsindən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh vurulmuş ziyanı ödəməmiş və ödəmək üçün heç bir addım atmamışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, iddialarına əlavələri olmadığını, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İddiaçı-nin nümayəndəsi və Cavabdehməhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP3099313 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. İş materiallarında olan DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Kərimov Mirvahid Böyükağa oğlunun yol nəqliyyat hadisəsi zamanı bədən xəsarəti alması faktına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh ara məsafəsi saxlama qaydasını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuç inzibati tədbir görülməsi üçün BDYPİ-nə göndərilmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, “DARWOO ESPERO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yol-nəqliyyat hadisəsi zamanı 1763 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DARWOO ESPERO” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı-nin mülkiyyətindədir. İş materiallarında olan X1 Yoxlanması haqqında portaldan çıxarışdan görünür ki, “K 172 OO 71” dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı icbari sığorta müqaviləsi mövcud olmamışdır İş üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1660 saylı,xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtoservis və Ticarət Müəssisəsi” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxlışlı, “Espero” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1763 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə təkzib edilməz sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya 1763 manat məbləğində maddi ziyan dəymişdir. Sadalanan maddi hüquq normalarını hazırki iddiaya tətbiq edərək məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh1763 manat məbləğində pul alınaraq İddiaçı-nə ödənilməlidir. Həmçinin Cavabdeh bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Həmçinin iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1763 manat məbləğində pul tutularaq İddiaçı-nə ödənilsin. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar