Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-645/2024 16.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6400 (altı min dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 605/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-sinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02(iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən zərərçəkmiş şəxs İddiaçı dəymiş maddi zərərlə əlaqədar mülki məhkəmə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hökmə əsasən təqsirləndirilən şəxs Cavabdeh özgənin əmlakını talamaq məqsədi ilə internet vasitəsi ilə "xxxx" MMC-nin mebel istehsalında istifadə olunan laminat materialı işi ilə məşğul olması barədə məlumat əldə etmişdri. xx.xx.2023-cü ildə həmin müəssisədə anbardar işləyən X1 ilə telefon əlaqəsi yaradıb ona 7560 manat dəyərində hər birində 36 ədəd olmaqla, 6 palit laminat almağı və təhvil alan anda pulunu ödəyəcəyi barədə məlumat verib razılaşdırmış, xx.xx.2023-cü ildə isə mebel istehsalı ilə məşğul olan onunla mobil tcleionla əlaqə yaradaraq ona 6400 manata 6 palit laminat satacağı barədə yalan məlumat verib inandıraraq pulun kartına köçürmə yolu ilə ödəməsinə dair razılığa gələrək Cavid Quliyevə 6 palit laminatları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi O.Mehbalıyev küçəsində yerləşən mebel sexinə göndərməyi, eyni zamanda Mirhəsən Scyidova laminatların pulunu kart hesabına köçürməyi tapşırmışdır. İddiaçı laminatların yük avtomobilində gətirilməsini görüb saat 10:43-də ünvan 1 ünvanında yerləşən “Al market”də quraşdırılmış “Mpay” ödəniş terminalı vasitəsi ilə Cavabdeh "xxxx"dakı 4169 7388 8869 6477 nömrəli bank kartına 6400 manatı köçürsə də, Cavid Quliyevin bank hesabına pul ödənilmədiyindən o, laminatları təhvil verməyib geri qaytarmış və beləliklə Cavabdeh etibardan sui- istifadə etmə və aldatma yolu ilə zərçəkmiş şəxs İddiaçı 6400 manat pulunu ələ keçirərək sonuncuya 6400 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.. İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclaslarını onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 14 saylı CM-də cəza çəkən məhkum Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, iddianı qəbul edir, azadlığa çıxdıqdan sonra Mirhəsən Seyidəliyevə olan maddi zərəri hissə-hissə ödəyəcəyəcəkdir. Məhkəmə iddiaçını və cavabdehin ərizələrini nəzərə alaraq, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(010)-605/2023 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi; Cavabdeh cəzasının əvvəli 22 iyun 2023-cü il tarixindən hesablanması; Cavabdeh ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs İddiaçı ona dəymiş maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunması, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd "Mpay" ödəmə terminalına aid ödəniş qəbzi və Cavabdeh tərəfindən təqdim olunmuş 02 vərəqdən ibarət Cavabdeh oğuna məxsus "xxxx" ASCnə aid 4169 7388 8869 6477 nömrəli kart hesabından çıxarış iş materiallarında saxlanılması müəyyən edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş aryışdan məlum olunur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh müdafiə edilən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməli nəticədə iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 6400 manat borcun tutulması hissəsində tələbinin təmin olunması qənaətinə gəlir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6400 (altı min dörd) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-645/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-645/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver