Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-655/2022 11.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 1483 (bir min dörd yüz səksən üç) manat 80 qəpik əsas borc, 201 (iki yüz bir) manat 77 qəpik faiz borcu, 15 (on beş) manat 86 qəpik cərimə borcu, cəmi 1701 (bir min yeddi yüz bir) manat 43 qəpik məbləğində kredit borcunun və ödənilmiş 37 (otuz yeddi) manat 42 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin PİKÜMİD-nin Regional Məhkəmə-Hüquq şöbəsinn baş hüquqşünası Elxan Cilovxanov məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.01.2021-ci il tarixli 13nkQUBA/21 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 24% ödəmək şərtilə cavabdehə 1721 (bir min yeddi yüz iyirmi bir) manat məbləğində kredit verilmişdir. Bank üzərinə düşən öhdəliyi yerinə yetirərək, yuxarıda göstərilən məbləği cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gələrək, Cavabdeh kredit müqaviləsi üzrə 1483 (bir min dörd yüz səksən üç) manat 80 qəpik əsas borc, 201 (iki yüz bir) manat 77 qəpik faiz borcu, 15 (on beş) manat 86 qəpik cərimə borcu, cəmi 1701 (bir min yeddi yüz bir) manat 43 qəpik məbləğində kredit borcunun və ödənilmiş 37 (otuz yeddi) manat 42 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, o iddianı qismən qəbul edir, faizlərlə razılaşmır. Ona 1721 manat kredit verilib və həmin kredit restrukzasiya olunub. Qeyd etdi ki, əvvəl aldığı puldan, əsas hissədən ödədiyi bütün pullar çıxılsın, tutulan bütün faizlər qaytarılsın, ya da borcundan çıxılsın və yerdə qalan qalıq kəsiri ödəməyə hazırdır. Qətnamə çıxaran zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21.05.2020-ci il tarixli 209nkQUBA/20 saylı saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 1721 (bir min yeddi yüz iyirmi bir) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 12.04.2021-ci il tarixinə 1483 (bir min dörd yüz səksən üç) manat 80 qəpik əsas borc, 201 (iki yüz bir) manat 77 qəpik faiz borcu, 15 (on beş) manat 86 qəpik cərimə borcu, cəmi 1701 (bir min yeddi yüz bir) manat 43 qəpik məbləğində kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 1701 (bir min yeddi yüz bir) manat 43 qəpik kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan 03.12.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsinə görə 37 (otuz yeddi) manat 42 qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 37 (otuz yeddi) manat 42 məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə 1483 (min dörd yüz səksən üç) manat 80 qəpik əsas borc, 201 (iki yüz bir) manat 77 qəpik faiz borcu, 86 qəpik cərimə borcu, cəmi 1686 (min altı yüz səksən altı) manat 43 qəpik məbləğində kredit borcunun və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 42 məbləğində pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1483 (min dörd yüz səksən üç) manat 80 qəpik əsas borc, 201 (iki yüz bir) manat 77 qəpik faiz borcu, 86 qəpik cərimə borcu, cəmi 1686 (min altı yüz səksən altı) manat 43 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 42 qəpik məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-655/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-655/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver