Məhkəmə qərarları › İş №2(027)-659/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-659/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-659/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərçişdi ki, Cavabdeh ilə xx xxxxxxx 2008-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurub. Birgə nikahdan xx xxxx 2009-cu il tarixdə Fatimə adlı övladı dünyaya gəlib. Ailə qurduğu ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan pisləşmişdir. Münasibətlərinin uyğun gəlməməsi səbəbilə uşağıyla birlikdə valideynlərin yanına qayıdıb. Uşağın saxlanılmasında çətinlik çəkdiyi üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)-1374/2012 saylı qətnaməsi ilə xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 70 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilib. Cavabdehlə faktiki ailə münasibətləri pozulduğu və nikahın formal xarakter daşıdığı üçün Quba rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(027)-496/2015 saylı qətnamsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra Cavabdeh uşağın saxlanılması üçün hər ay 70 manat məbləğində pul ödəyəcəyi barədə söz vermişdir. Qızının tələbatlarının artması, maddi çətinliklərin yaranması və qət edilmiş aliment miqdarının uşağın xərclərini belə qarşılamağa çatmadığı üçün alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)-13 74/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə dəyişdirilmiş, xx xxxx 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qət edilmiş 100 manat aliment miqdarı ilə uşağa baxmaq olmur, uşağın yemək xərclərini çətinliklə ödəyir. Qızı məktəblidir, onun ehtiyacları günü- gündən artır. Cavabdeh əmək qabilliyətlidir, pul qazanmaq qızına baxmaq üçün maddi yoxdur. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyaclara tələbatı da artır. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki minimum yaşayış tərzindən çox aşağıdır. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarının dəyişdirilərək, xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, ailə qurub, iki övladı var, onların da maddi ehtiyaclarını ödəməlidir. Məhkəməyə şəkər xəstəliyi ilə bağlı arayış təqdim edərək bildirdi ki, o şəkər xəstəsidir, xəstəliyə görə insulindən istifadə edir. Maddi vəziyyətinin aşağı olduğuna görə 200 (iki yüz) manat aliment ödəməyə imkanı çatmır bu uşağını da aparıb o biri uşağlarıyla birlikdə saxlamağa razıdır və qətnamə qəbul edərkən bunları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 214769 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah qeydi xx.xx.2015-ci il tarixdə pozulmuşdur və 81 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 436038 saylı doğum haqqında şəhadətnamənin və AZE-11616546 şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)-13 74/2012 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)- 1593/2018 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012ci il tarixli 2(027)-13 74/2012 saylı qətnaməsilə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi və Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 54 saylı arayışdan görünür ki, İddiaçı Quba rayon Qəçrəş kəndində qeydiyyatda olub, Quba rayon Dağlı kəndində yaşayır və himayəsində xx.xx.2009-cu il təvəllüdlü X3 vardır. İş materiallarında olan Şamaxı RİHB-nın Bağırlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 60 saylı arayışdan görünür ki, Cavabdeh, Şamaxı rayon Bağırlı kəndində və hal-hazırda həmin kənddə yaşayır, heç bir yerdə işləmir. İş materiallarında olan Şamaxı RİHB-nın Bağırlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 68 saylı arayışdan görünür ki, Cavabdeh aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır: Cavabdeh, X2, X5, X4. İş materiallarında olan Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 681 saylı arayışından görünür ki, Cavabdeh 1-ci tip şəkərli diabet xəstəsidir. Belə ki məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuş və hazırda o, anası ilə yaşayır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)-13 74/2012 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 70 (yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmiş, sonradan Quba Rayon Məhkəməsinə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(027)-13 74/2012 saylı qətnaməsi dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına kimi saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və bununla bağlı aliment miqdarının artırılaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə buna etirazını bildirərək, maddi imkanı olmadığını, ailə qurduğunu və himayəsində digər iki övladının olduğunu, özü də şəkər xəstəsi olduğunu və tələb olunan 200 manat alimenti ödəmək iqtidarında olmadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-1593/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar