Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-661/2021 16.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin məbləğinin artırılması” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, onun maddi vəziyyətinin çətin olmasını, birgə nikahdan dünyaya gələn övladlarının böyüdükcə xərclərinin artmasını, onun gözlərimdə əlillik olmasını və övladının tibb xərcləri, təhsil alması üçün təhsil xərclərini nəzərə alaraq qətnamənin dəyişdirilərək, aliment məbləğinin artırılaraq 250 (iki yüz əlli) manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdən Cavabdeh ilə rəsmi nikahından xx.xx.2006-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay cəmi 120 (yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Rəçəb qızına verilməsi ilə bağlı 2(027)-625/2019 saylı qətnamə qəbul edilmişdir. Buna baxmayaraq Cavabdeh əvvəlki aliment ödənişlərindən təxminən 4 min manata yaxın borcu qalıb. Birgə nikahından dünyaya gələn övladının qüsurlu olmasına görə cavabdeh bu vaxta kimi hec vaxt maraqlanmayıb. O, gözdən əlil olmağına baxmayaraq qüsurlu övladının əməliyyatını etdirməklə yanaşı övladının təhsil alması üçün müəllimələr də ayırmışdır ki, övladı qüsurlu olsa da təhsildən geri qalmasın. Buna baxmayaraq cavabdeh bütün bunları nəzərə almayaraq aliment borcunu tam şəkildə ödəməyib.Başqa gəlir yeri yoxdur və uşaq böyüdükcə uşağın tələbatı da çoxalır. Belə ki, birgə nikahından dünyaya gələn övladı qüsurlu gəldiyi üçün 15 min manata yaxın tibb xərcləri olub, hal-hazırda X2 təhsil aldığından təhsil və tibb xərcləri artmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından – xx.xx.2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli, 2(027)-659/2008 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2006-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, Cavabdeh 18 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Respublika” Diaqnostika Mərkəzinin epikrizindən görünür ki, çiyin qurşağı daxil olmaqlanyuxarı ətrafların anadangəlmə anomiyaları xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qeyd olunan maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən uşağının saxlanılmasında çətinlik çəkdiyini bildirir. İş materiallarından da görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 çiyin qurşağı daxil olmaqlanyuxarı ətrafların anadangəlmə anomiyaları diaqnozu ilə “Respublika” Diaqnostika Mərkəzində qeydiyyatdadı və həmin xəstəxanada müalicə alır. Habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda iddiaçının uşağın saxlanmasında çətinlik çəkdiyi nəzərə alınaraq, Quba rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı və iddia qismən təmin edilməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6 və 119.2-ci maddələrin , “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiası qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 2(027)-625/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-661/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-661/2021
16.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver