Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-662/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənim xeyrimə 2691 (iki min beş yüz doxsan bir) manat məbləğində borcun, 49 (qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu və müdafiəçiyə ödənilmiş 200 (iki yüz) manat məbləğində müdafiə xərcinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin əvvəli "xxxx" ASCdən 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Krediti götürərkən aralarında kredit ödənişi barəsində razılığa gəlmişlər. Razılığa əsasən kreditin yarısını Cavabdeh Ödəməlidir. Həmkəndlisi Cavabdeh həmin vaxt ondan ev təmiri üçün 2000 (iki min) manat pul borc götürmüşdür. Qeyd olunan məbləğdən ona hissə-hissə olmaqla 800 (səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Həmin puldan ona 1200 (min iki yüz) manat məbləğində borcu qalmışdır. Bundan əlavə o, kreditə görə 2081.46 (iki min səksən bir manat, 46 qəpik) manat faiz ödəmişdir. Həmin faiz məbləğinin də yarısını, 1041 (min qırx bir) manat məbləğində ona pul borcu qalmışdır. Bundan başqa Cavabdeh 2021-ci ilin iyun ayında ondan 500 (beş yüz) manatlıq meyvə almışdır. Həmin puldan ona 50 (əlli) manat ödəmişdir. Bu puldan 450 (dörd yüz əlli) manat borclu qalmışdır. Hal-hazırda Cavabdeh ona 2691 (iki min beş yüz doxsan bir) manat məbləğində pul borcludur. Üzərindən bir müddət keçdikdən sonra ondan pulu istəsə də, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmağa başladı. Hər dəfə ödəyəcəyini bildiriərək onu aldatmışdır. Bir neçə dəfə usta kimi işlədiyi yerlərə gedib pulu tələb etsə də hər dəfə borcunu ödəməkdən yayınmışdır. Məcburiyyət qarşısında qalaraq Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Polis Şöbəsi tərəfindən Cavabdeh izahatı alınmışdır. Cavabdeh rayon polis şöbəsinə verdiyi izahatında borcunu etiraf etmişdir. Quba rayon Polis Şöbəsindən ona verilən rəsmi cavabda müraciətinin araşdırıldığı və məhkəməyə mülki iddia qaydasında müraciət etməli olduğu qeyd olunmuşdur. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək bildirmişdir ki, bankdan kredit aldıqdan cavabdeh ona kredit borcundan ümumilikdə 800 manat məbləğində pul qaytarmışdır. Bundan başqa, cavabdeh ondan 500 manat məbləğində meyvə almış, bu zaman 50 manat ödəmiş, lakin 450 manatı qalmışdır. Cavabedehin hazırda ümumilikdə ona olan borcu 1650 manat təşkil edir. İddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş qrafikindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 4700 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc pul və 500 manat məbləğində qarışıq meyvə almışdır. Cavabdeh 500 manat məbləğində aldığı nisyə malın 50 manatını ödəmiş və həmin borc üzrə iddiaçıya 450 manat məbləğində borcu qalmışdır. İddiaçı müraciəti əsasında izahatı alınmış Cavabdeh Quba RPŞ-nə verdiyi izahatında göstərmişdir ki, İddiaçı adına 4700 manat məbləğində kredit götürmüşlər. İddiaçı həmin puldan 2000 manatını borc olaraq ona vermişdir. 100 manat olmaqla 15 ay Şamamaya borclu olduğu puldan ödəmişdir. Daha sonra işdən çıxmış ona görə də, aylıq ödənişlərini icra edə bilməmişdir. İş materiallarında olan Quba rayon Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli hüquqi yardım haqqında müqaviləsindən görünür ki, İddiaçı Vəkil ilə müqavilə bağlamış və 200 manat məbləğində hüquqi yardım haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-740.2-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əziyev X1 Məmmədyarovadan 2000 manat məbləğində borc pul və 500 manat məbləğində nisyə meyvə almış və həmin pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh aldığı borc puldan 800 manat məbləğində və aldığı nisyə malın dəyərindən isə 50 manat məbləğində pul ödəmişdir. Halhazırda hər iki borc üzrə Cavabdeh İddiaçı ümumilikdə 1650 manat məbləğində borcu vardır. İddiaçı müraciəti əsasında izahatı alınmış Cavabdeh Quba RPŞ-nə verdiyi izahatında göstərmişdir ki, İddiaçı adına 4700 manat məbləğində kredit götürmüşlər. İddiaçı həmin puldan 2000 manatını borc olaraq ona vermişdir. 100 manat olmaqla 15 ay Şamamaya borclu olduğu puldan ödəmişdir. Lakin, cavabdeh qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 1650 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 1650 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, İddiaçı 49 (qırx doqquz) manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödədiyi 200 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1650 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı 49 (qırx doqquz) manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödədiyi 200 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-662/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-662/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver