Məhkəmə qərarları › İş №2(027)-663/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-663/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-663/2022 22.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, "xxxx" Kommresiya Bankı ASC-nin X1 və Cavabdeh2 oğluna qarşı kredit borcu tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: "xxxx" Kommresiya Bankı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qayadada iddiaçıın xeyrinə 4751 AZN əsas məbləğ üzrə, 1034,68 AZN faiz üzrə, 29,60 AZN cərimə üzrə, cəmi 5815,28 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 78,56 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçı "xxxx" Kommresiya Bankı ASC-nin nümayəndəsi Elxan Cilovxanov ərizə ilə məhkəməyə müraciət edərək, banka olan borc məbləği tam ödənildiyi üçün iddiadan imtina etdiklərini göstərmişi, bu səbəbdən də həmin mülki iş üzrə icarata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, iddiaçı "xxxx" Kommresiya Bankı ASC-nin iddiadan imtina etməsi qəbul edilməli və həmin əsasla hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262.4, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Kommresiya Bankı ASC-nin X1 və Cavabdeh2 oğluna qarşı kredit borcu tələbinə dair iddiadan imtinası qəbul edilsin və həmin iddia üzrə 2(027)-663/2022 saylı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar