Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-663/2024 02.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala saldığına görə ondan 2277,40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(-60)-231/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin böyük icra məmuru (probasiya üzrə) X1 və məhkum Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə elektron nəzarət vasitəsi tətbiq edilərək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilmişdir. Həmin protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd kabro və bir ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilərək, iltizamı alınmışdır. Cavabdeh cəzası xx.xx.2023-cü il tarixində bitdiyindən nəzarət qurğusu bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd kabro və bir ədəd elektron qolbaq ondan təhvil alaraq Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinə təhvil verilmişdir. Təhvil verilmiş mobil qurğuya xx.xx.2023-cü il tarixdə texniki baxış zamanı müəyyən olunmuşdur ki, ana platada zərbədən anten pinləri qırılıb təmiri mümkün deyil və istifadəyə yararsızdır. Texniki rəy İddiaçınə daxil olduqdan sonra cavabdehlə mobil əlaqə saxlanlaraq məlumat verilmiş O, mobil qurğuya heç bir zərbə və zərər yetirmədiyini bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yararsız hala düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir. Məhkum Cavabdeh vurulmuş ziyanın dəyərini könüllü ödəməsi üçün vaxt verilsə də o, ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə dət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, mobil qurğuda pozuntular (qısa müddətli və qapalı məkanlarda şəbəkənin tutmaması) olan vaxt icra şöbəsinə məlumat vermişdir. Qurğu istifadəsində olan müddətdə və onu təhvil verdikdə hər hansı ciddi yararszılıq olmayıb. Qurğunu təhvil verdikdə icra məmuri ilə birlikdə akt da tərtib olunmuşdur ki, həmin aktda da hər hansısa nasazlıqla bağlı qeyd olunmamışdır. Bir dəfə “Magastor”da qurğuda tutulma olmuş, bu barədə də dərhal İddiaçınə məlumat vermişdir. Göstərdiklərini nəzərə alaraq iddia əsassız olduğundan rədd olunmasını xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin yerinə yetirilməsi qoyulmuş, Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, ana palatada zərbədən antena pinləri qırılıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə İddiaçı böyük icra məmuru (probasiya üzrə) X2, məhkum Cavabdeh iştirakı ilə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həqiqətən Abıyev Aqşin Əziz oğluna məxsus 1 ədəd “Attenti” markalı 35650116 nömrəli elektron nəzarət vasitəsi komplektinin enerji ehtiyyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və qolbağının xarici örtüyünün görünüşü yoxlanıldı. Baxış zamanı elektron nəzarət vasitəsinin komplektində çatışmazlıq aşkar olunmadı. İş materiallarında olan Evrodizayn QSC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Attenti markalı V6 mobil qurğusunun antenasının təyinatı bu qurğu ilə birlikdə istifadə olunan Attenti markalı TX700 qolbağı ilə birbaşa əlaqə yaratmaqdır. Antenanın pinləri ana plataya birləşdirilir və bu pinlər qoparıldığı halda qolbaq ilə əlaqə kəsilir və izləmə mümkün olmur. İstehsalçının qurğular üzərində nəzərdə tutulmuş servis xidmətləri təlimatına əsasən bu kateqoriyalı zədə almış qurğular istifadəyə tam yararsız hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun normasının tələbinə görə iddia tələbini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Bu qanun normasında söhbət tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Mülki məhkəmə icraatında tərəfləri sübut etmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı cavabdeh tərəfindən mobil nəzarət qurğusunu yararsız hala saldığına görə 2277,40 manat manat vəsaitin ödənilməsi tələbini irəli sürsə də, bu ziyanın Cavabdeh müdaxiləsi nəticəsində vurulması, cavabdehin hansısa müdaxiləsi ilə bu ziyan arasında səbəbli əlaqənin olması və ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı tərəfindən cavabdehin təqsirli olmasını və bununla da mobil nəzarət qurğusuna 2277,40 manat məbləğində ziyan vurmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia əsassız olduğundan iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-663/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-663/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver