Məhkəmə qərarları › İş №2(027)-670/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-670/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-670/2021 23.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2263,69 (iki min iki yüz altmış üç manat 69 qəpik) manat, faiz borcuna görə 6,77 (altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2270,46 (iki min iki yüz yetmiş manat 46 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı” ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək bildirdi ki, İddiaçı-nin Quba filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 2411,5 (iki min dörd yüz on bir tam onda beş ) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxx 2019-cu il tarixdə İddiaçı-nin Quba filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxx 2019-cu il tarixli, QUFS-3931_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx xxxx 2019-cu il tarixli, QUFS-393İKMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, QUFS-393 İ KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəli əsasında, hər ayın 24-dan gec olmayaraq, ayda 41,23 (qırx bir manat 23 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, QUFS-3931_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2263,69 (iki min iki yüz altmış üç manat 69 qəpik) manat, faiz borcuna görə 6,77 (altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 2270,46 (iki min iki yüz yetmiş manat 46 qəpik) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 2263,69 (iki min iki yüz altmış üç manat 69 qəpik) manat, faiz borcuna görə 6,77 (altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2270,46 (iki min iki yüz yetmiş manat 46 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, hal-hazırda kredit borcunu ödəməyə imkanı yoxdur. Həm sezonda, həm də Qaz 66 markalı maşını var, onu satıb kreditini ödəyəcək və məhkəmədən göstərilənləri nəzərə almağı xahiş etdi. Məhkəmədə iş üzrə cavabdeh Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, kredit borcunu ödəməyə imkanı çatmır, üç övladı var, az təminatlı ailədir, maddi vəziyyəti çətindir. Madddi vəziyyətindən asılı olaraq kreditini az-az ödəyəcək və məhkəmədən göstərilənləri nəzərə almağı xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh3 iddianı qəbul edərək bildirdi ki, o ailə başçısını itirib, evdə dörd uşaq saxlayır,maddi imkanım ağırdı, krediti ödiyə bilmir və məhkəmədən göstərilənləri nəzərə almağı xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 2411,5 (iki min dörd yüz on bir tam onda beş ) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə İddiaçı-yə 2263,69 (iki min iki yüz altmış üç manat 69 qəpik) manat, faiz borcuna görə 6,77 (altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2270,46 (iki min iki yüz yetmiş manat 46 qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3 arasında imzalanmış xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Cavabdeh2 Quba rayonu, İsnov kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Quba Quba rayonu, Zərqova kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 00****** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Quba Quba rayonu, Zərqova kəndində qeydiyyatdadır. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Banka gecikdirilmiş borcunun olması və ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2019-cu il tarixli, QUFS-3931 KM P saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 illik 1 % (bir) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 2411,5 (iki min dörd yüz on bir tam onda beş ) manat məbləğində cavabdehə kredit almış, lakin müqavilə öhdəliklərini yerinə yetirməyərək, xx xxxxxx 2021-ci il tarixə iddiaçıya əsas borcuna görə 2263,69 (iki min iki yüz altmış üç manat 69 qəpik) manat, faiz borcuna görə 6,77 (altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 2270,46 (iki min iki yüz yetmiş manat 46 qəpik) manat məbləğində borcu yaranmışdır.. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, xx xxxx 2019-cu il tarixli, QUFS-3931_KMP saylı kredit müqaviləsi üzrə 2263 (iki min iki yüz altmış üç) manat 69 qəpik əsas borc, 06 (altı) manat 77 qəpik faiz borcu, cəmi 2270 (iki min iki yüz yetmiş) manat 46 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, xx xxxx 2019-cu il tarixli, QUFS-3931_KMP saylı kredit müqaviləsi üzrə 2263 (iki min iki yüz altmış üç) manat 69 qəpik əsas borc, 06 (altı) manat 77 qəpik faiz borcu, cəmi 2270 (iki min iki yüz yetmiş) manat 46 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar